“Parlament” üzrə 863 nəticə tapıldı
Latviya Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsini alqışlayır. Xəbər verilir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.
Bu gün, mayın 20-də Ukrayna Prezidenti Volodimir Zelenskinin beş illik səlahiyyət müddəti başa çatır. Ukrayna Konstitusiya Məhkəməsi (KM) Ali Radanın keçmiş spikeri, xalq deputatı Dmitri Razumkovun qeyd etdiyi kimi, prezidentin səlahiyyət müddəti ilə bağlı şərh verməyib (sadəcə olaraq, heç kim KM-ə müraciət etməyib). Parlamentari hesab edir ki, bu, Ukrayna daxilində hər hansı mənfi nəticələrə gətirib çıxarmazdı, lakin belə bir şərhin olmaması
"Nikol Paşinyanın istefasını tələb edən etirazçı arxiyepiskop Baqrat Qalstanyan baş nazir postuna namizəd olmalıdır". Xəbər verilir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Facebook”da yayımladığı videoda bildirib. "Hesab edirəm ki, Qalstanyan düzgün yoldadır, o, dünən Milli Assambleyada Nikol Paşinyana etimadsızlıq ifadəsi prosesinə başlamaq üçün artıq parlamentin siyasi qüvvələri ilə məsləhətləş
Son günlər dövlətin ayırdığı müavinətlər arasında veteran pulunun da artırılması məsələsi müzakirə mövzusuna çevrilib. Müharibə iştirakçıları hazırda 80 manat müvainət alsa da bu məbləğin az olması zaman-zaman dilə gətirilib. Məlumata görə, millət vəkili Vüqar Bayramov da veteran pulunun artırılması ilə bağlı parlamentə təklif təqdim edib. Deputat qeyd edib ki, təklif zamanı müavinətin iki
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. Bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.
İtaliya parlamentinin deputatı və keçmiş nazir Pyero Fassino Romanın "Fiumicino" hava limanında "duty free"dən ətir oğurlamaqda şübhəli bilinir. Xəbər verilir ki, bu barədə "Repubblica" qəzeti yazıb. Bildirilir ki, Roma yaxınlığındakı Civitavekkiia prokurorluğu Fassinonu şübhəli şəxs siyahısına daxil edib. Deputat aprelin 15-də cibində ətir bir mağazadan çıxarkən görüntülənib. Müşahidə kameraları Fassinonun kassadan kənarda 100 avroluq ətiri pulunu ödəmədən götürərək
Azərbaycan xalqının düşməni olan Mixail Qorbaçov mükafatı haqq etmişdimi? “Nobel həftəsi” adətən payızda başlayır- oktyabr və noyabr aylarında. Amma bu mövzuda indi yazmağın səbəbi var... Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılması və sərhədlərin müəyyənləşməsi istiqamətində atılan addımlar, ilk sərhəd sütunlarının quraşdırılması Prezident İlham Əliyevin növbəti
Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda səfərdədir. Xəbər verilir ki, Toivo Klaar Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanla görüşüb. Tərəflər Ermənistan-AB əməkdaşlığını və regional məsələləri müzakirə ediblər.
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Xəbər verilir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılacaq. İkiqat vergitutmanın aradan qaldırılması Türkiyədən idxal olunan məhsulların ucuzlaşmasına səbəb olacaq. İqtisadçı Eyyub Kərimli Baku TV-yə bildirib ki, qanunun qüvvə
Qida məhsullarının tərkibində müxtəlif gəmiricilərin və ayı geninin olmasına dair iddialar absurddur. Xəbər verilir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib. Agentlik sədri qeyd edib ki, ictimailəşdirilən istənilən mə
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. Məlumata görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana rəsmi səfər edib. Xəbər verilir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb. Tokayevi Zvarnots Hava Limanında Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb. Qazaxıstan prezidenti İrəvana səfəri çərçivəsində erməni həmkarı Vaaqn Xaçaturyan, eləcə də Baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanla görüşəcək.