Çərşənbə axşamı, 21 May

Axtarış

Azərbaycan” üzrə 8797 nəticə tapıldı

02.05.2024 - 10:44

Viza rejimi asanlaşdırılır - SƏBƏB

COP29-da qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq. Xəbər verilir ki, bunun üçün xüsusi COP29 viza müraciət prosesi tətbiq olunacaq. Bu barədə yaxın zamanlarda məlumatın elan edilməsi gözlənilir. Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Konfrans Bakı Olimpiya


02.05.2024 - 10:03

Ukrayna Azərbaycanı sülh sammitində iştiraka dəvət etdi

Ukrayna Azərbaycanı qarşıdan gələn, İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştiraka dəvət edib. Kiyev həmçinin Bakını sülh formuluna qoşulmağa çağırıb. Xəbər verilir ki, bu barədə Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk feysbuk hesabında yazıb. O qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynə


01.05.2024 - 18:33

Apreldə 50 aptekdə yoxlama aparılıb - 7-də nöqsan aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin aprel ayı ərzində Bakı şəhəri üzrə 15, respublikanın digər şəhər və rayonlarında isə 35 aptek olmaqla, ümumilikdə 50 aptekdə planlı yoxlama aparılıb. Mərkəzdən verilən xəbərə görə, yoxlamalar zamanı 7 aptekdə nöqsan aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3 maddələri üzrə protokollar tərtib edilib.


01.05.2024 - 17:55

Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. Xəbər verilir ki, bu barədə Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 242 nəfər az olub. Builki hadisələr üzrə 4 min 788 nəfəri məlum (it, pişik), 3 min 924 nəfəri isə naməlum heyvanlar (it, pişik, siçovul) dişləyib. Həmçinin,


01.05.2024 - 16:36

Azərbaycanda “TikTok” bağlanacaq? - Mühüm AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb. Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahibi olan Çinin “ByteDance” platforması satılmasa, qadağa işə düşəcək.  Analoji addımın Avropa İttifaqı tərəfindən atılması da gözlənilir. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. Araşdırmalara əsasən, Azərbaycanda da vətəndaşların əksər hissəsi sözügedən


01.05.2024 - 16:12

Bu gündən I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB

2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb. Xəbər verilir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır. Qeyd edək ki, birinci sinfə sənəd qəbulu sentyabrın 13-dək davam edəcək. *** 08:03 Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Xəbər verilir ki, sənəd qəbulu


01.05.2024 - 14:40

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

4 kənddən sonra Vardenisə keçəcəklər və çoxları oradan 10 kənd, Sünikdən isə səkkiz kəndin Azərbaycana veriləcəyini deyirlər.  Xəbər verilir ki, bu barədə erməni politoloq Artur Xaçikyan açıqlayıb.  Politoloq qeyd edib ki, artıq Zəngəzur dəhlizinin tikintisinə başlanılıb: "Çoxları deyir ki, bizim ərazimizdən keçən Azərbaycanı Naxçıvanla birləşdirəcək yolları asfaltlayırlar. Bu, kapitulyasiyadır, bizim ərazimizdə bir qrup daxili düş


01.05.2024 - 13:36

Xarici valyutaya tələb niyə artıb?

Valyuta bazarında müşahidə edilən kəskin artım artıq bitib. İlin əvvəlində xarici valyutaya olan artım dövlət büdcəsinin xərclərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% artması ilə əlaqədardır. Xəbər verilir ki, bunu AMB sədri Taleh Kazımov deyib. O bildirib ki, həmçinin bu dövrdə hüquqi şəxslərin avans ödənişləri və Azərbaycan iqtisadiyyatına edilən investisiyalar artıb. "Həm


01.05.2024 - 13:15

Sabah 28° isti olacaq

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rü


01.05.2024 - 12:25

Elektron siqaretlə bağlı tələblər qoyula bilər

“Azərbaycanda elektron siqaretin tərkibi ilə bağlı tələblər qoyulmalıdır”. Xəbər verilir ki, bunu deputat Emin Hacıyev bu gün keçirilən Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deyib. Onun sözlərinə görə, bundan başqa, onun tərkibi ilə bağlı məlumatlar əks olunmalıdır: “Hazırda Qazaxıstanda elektron siqaretin istifadəsi qadağan edilib. Rusiyada bu müzakirə edilir. Əgər elektron siqaretlər bizə təqdim edildiyi kimi


01.05.2024 - 10:26

Ukrayna XİN Bakı-İrəvan razılaşmasını dəstəklədi

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyasına dair sazişləri alqışlayıb. Xəbər verilir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlik vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sərhədin suverenlik və ərazi bütövlüyünə hörmət əsasında delimitasiyası, ziddiyyətlərin sülh yolu ilə həlli, o


01.05.2024 - 09:21

Tətil başlayır - 5 günlük istirahət... 

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili başlayır.  Xəbər verilir ki, ibtidai siniflər üçün mayın 6-sı dərs günüdür.  Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də


Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41