Bazar, 19 May

Axtarış

AYNA” üzrə 5054 nəticə tapıldı

13.04.2021 - 11:55

Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib…- İLGİNC FAKTLAR

Azərbaycanda qanunsuz ov edən ərəbləri ölkəmizə gətirən vəzifəli şəxsin kimliyi bəlli oldu! Səid Məhərrəmovun qanunlarımızın ayaqlar altına atılmasının qarşılığında ərəblərdən külli miqdarda vəsait aldığı iddia olunur.“Hürriyyət”in ötən saylarının birində “Ərəbləri Azərbaycana hansı məmur dəvət edib?” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda qeyd


13.04.2021 - 10:33

Putinin Bakı və Ankaraya telefon zəngi

Qarabağ zəfərindən sonra Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin intensiv şəkildə təmaslarının şahidi olmaqdayıq. Elə son bir ayın monitorinqi Qarabağ məsələsinin Bakı, Ankara və Moskvanın siyasətində prioritetlərdən olduğunu demək üçün kifayət edir. Ötən ay Azərbaycan və Rusiya rəhbərliyi arasında bir neçə dəfə təmaslar olub. Sonuncu dəfə isə aprelin 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İ


13.04.2021 - 09:13

Ukrayna və Rusiya arasındakı gərginlik artmaqda davam edir 

Ukrayna və Rusiya arasındakı gərginlik artmaqda davam edir. Xəbər verilir ki, Ukrayna prezidentinin mətbuat katibi Yuliya Mendel Rusiyanın ölkəsinin şərq sərhədləri yaxınlığında 4 mindən çox hərbi qüvvə topladığını açıqlayıb. Bu qüvvələrlə yanaşı Krımda da 40 mindən çox rus hərbçisinin olduğunu söyləyən Mendel Prezident Vladimir Zelenskinin Parisə gedəcəyini və Donbasda artan gərginlik və Rusiyanın addımlarından danışacağını


12.04.2021 - 21:30

“Kreml üçün Ukrayna ölüm ya qalım məsələsidir” – Rusiya bu halda dağıla bilər...

“Əsas və qlobal gündəm yenə Rusiya ilə bağlıdır. Bu gün bir çox postsovet ölkəsində, o cümlədən bizdə (“sülhməramlılar” problemi) və Ukraynada “Rusiyanın caynağından necə qurtulaq”, “ölkədə xaos yaratmamaqla liberal dəyərləri, demokratikləşməni necə həyata keçirək” düşüncəsi siyasi gündəmə hakim kəsilib”. Bu barədə  açıqlamasında Azərbaycan Yüksəliş Partiyası Başqanı Anar Əsədli fikir səsləndirib. Partiya


12.04.2021 - 17:31

Nazirlikdən İqbal Ağazadəyə ağır sözlər: Qeyri-ciddi, populist və məlumatsızdır!

"Ümid Partiyasının sədri İqbal Ağazadə təxminən bir ay əvvəl internet kanallardan birində çıxışı zamanı Kənd Təsərrüfatı Nazirliyini (KTN) damazlıq heyvan, kənd təsərrüfatı texnikası və gübrənin qiymətini şişirdərək pul mənimsəməkdə ittiham etmişdi. İqbal Ağazadənin arqumentləri o qədər əsassız idi ki, siyasi partiya sədrinin bu qədər qeyri-ciddi açıqlamasının məlumatsızlıqdan qaynaqlandığı qə


12.04.2021 - 16:15

Rusiya-Ukrayna müharibəsi başlasa, Türkiyə kimi dəstəkləyəcək? 

Ukrayna və Rusiya arasında münasibətlər getdikcə gərginləşir. Tərəflərin sərhəddə qoşun yığması müharibə ehtimalını bir qədər də artırır. Belə həssas məqamda Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfər etməsi çoxsaylı suallar doğurur. Maraqlıdır, Azərbaycanın Vətən Müharibəsində olduğu kimi, Türkiyə Ukraynaya da dəstək verəcəkmi? Qlobal və Regional Təhlükəsizlik Problemlə


12.04.2021 - 11:14

Bunun üçün Rusiyanın dağılmasını gözləyin - NATO zabiti

Krımın Ukraynanın tərkibinə qayıtması üçün Rusiyanın dağılmasını gözləmək lazımdır. Xəbər verilir ki, bunu NATO-nun Rusiyadakı keçmiş nümayəndəsi, ABŞ Hərbi-Dəniz Qüvvələrinin istefada olan birinci dərəcəli kapitanı Harri Tabax deyib.Onun sözlərinə görə, Rusiya dağılacağı halda, Krım ya Ukraynaya dost olan müstəqil dövlət kimi qalacaq, ya da Ukraynanın tərkibinə daxil olacaq.


12.04.2021 - 09:55

Putin ordunu buna görə sərhədə yığır - Alman nəşri

Vladimir Putin qoşunları Ukrayna sərhədinə toplamaqla Qərbi təhrik edir. Qərb qorxutma metodları ilə hərəkət etməlidir. Bu, onilliklər ərzində funksionallığını tam olaraq göstərən üsuldur. Xəbər verilir ki, bu barədə Almaniyanın “Die Velt” nəşri məqalə dərc edib.  “Rusiya Ukrayna ilə sərhədə qoşunlarını toplayır. Bu, Kremlin iddia etdiyi kimi, manevrdirmi? Yoxsa eskalasiyanın yeni mərhələsi başlayır? Hər halda, bu, gö


11.04.2021 - 18:45

Donbasda atəşkəs pozuldu - Ukrayna ordusu itki verdi

İşğal edilmiş Donbas bölgəsində separatçıların açdığı atəş nəticəsində Ukrayna ordusunun bir hərbçisi həlak olub. Xəbər verilir ki, Ukrayna Silahlı Qüvvələrinin verdiyi açıqlamada separatçıların gün ərzində atəşkəsi 10 dəfə pozduqları bildirilib. Açıqlamada Donbasın Pişevika, Avdiyivka və Zolotoye şəhərlərindən separatçıların açdığı atəş nəticəsində Ukrayna ordusundan bir əsgərin öldüyü deyilib. Ukrayna baş qərargah rəisi Ruslan Xomçak


11.04.2021 - 17:05

Lavrov yola salınır, onu əvəz edəcək şəxs məlum oldu 

Vəzifə verilən üç qubernator Şoyquya yaxındır, hakimiyyətdə daha ciddi kadr dəyişiklikləri gözlənir Son günlərdə Rusiya prezidenti Vladimir Putinin üç qubernatoru vəzifəsindən azad etməsi diqqət çəkib. Penza vilayətinin rəhbəri İvan Belozertsevin həbsindən sonra daha üç qubernator “könüllü” istefa verib. Diqqəti çəkən əsas məqam hər üç qubernatorun müdafiə naziri, Putinin varisi olacağı deyilən Sergey Şoyquya yaxın olmasıdır. İstefaya gedənlərdən biri


10.04.2021 - 18:05

ABŞ Ukraynaya hansı silahları verməlidir? – “Ən zəif yeri Hərbi Hava Qüvvələridir”

Beynəlxalq mətbuatda Rusiyanın iri miqyaslı hərbi gücünü Ukrayna sərhədləri yaxınlığında toplamasına geniş yer ayrılır. Bütün baş verənlər Rusiyanın Ukraynaya qarşı təcavüzünün heç də bitmədiyinin sübutudur. Döyüşlər 2014-2015-ci illərdə öz zirvə nöqtəsinə çatmışdı. İndi isə münaqişə yenidən qızışır və onun həlli hələ də yoxdur. Son yeddi il ərzində beynəlxalq ictimaiyyət


10.04.2021 - 17:25

Putin Ukraynada gərginliyi buna görə artırır - Vaşinqton Post

Rusiya hökuməti daxili problemlərdən diqqəti yayındırmaq məqsədiylə Ukrayna ilə gərginliyi artırır. Məlumata görə, bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib. “Putin Rusiyanın durğun iqtisadiyyatı və koronavirusa pis cavab reaksiyası sayəsində artan ictimai narazılıqla toqquşur. Sentyabrda keçirilməsi planlaşdırılan parlament seçkisi yaxınlaşır və müstəqil sorğular göstərir ki, yalnız 27% hakim partiyaya səs verəcək, 41%


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41