Bazar ertəsi, 20 May

Axtarış

Avtomobil” üzrə 2102 nəticə tapıldı

10.05.2024 - 17:14

Bakıda avtomobil gənc qızı vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, yolu keçən 2004-cü il təvəllüdlü Aydan Ağaverdi qızı Həmzəyevanı avtomobil vurub. Hadisə zamanı xəsarət alan A.Həmzəyeva təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.


10.05.2024 - 15:57

Bakıda maşını oğurlayıb hissələrini sökdülər

Bakıda avtomobil qaçırılıb. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səfadar Axundov müəyyən olunaraq saxlanılıb.


10.05.2024 - 11:05

Maşın almaq istəyənlərə vacib xəbər: Avtomobillər bu tarixdə kəskin ucuzlaşacaq 

Adətən, hər ilin yaz və yay aylarında ölkənin avtomobil bazarında müxtəlif maşınların qiymətlərində ucuzlaşma müşahidə olunur. Bu ildən tətbiq edilən utilizasiya və taksi fəaliyyəti ilə bağlı qərarları nəzərə alsaq, bu tendensiyanın daha kəskin formada özünü göstərəcəyini deyə bilərik. Artıq bir zamanlar taksi fəaliyyətində istifadə olunan, lakin hazırda istifadə üçün yaramayan maşınların ucuzlaşması


08.05.2024 - 19:00

Bakıda bu taksi şirkəti qiymətləri qaldırdı

“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb.  Xəbər verilir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb. Məsələ ilə bağlı “Bolt” taksi şirkətinin səlahiyyətli nümayəndəsi qiymətin qalxması faktını təsdiqləyib. Onun sözlərinə görə, qiymət 10% yox, 9% artırılıb. Açıqlamada qeyd olunur ki, qəbul olunan yeni qərara əsasən, istehsal tarixi 15 ildən artıq olan nəqliyyat vasitə


08.05.2024 - 18:22

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Xəbər verilir ki, hadisə rayonu ərazisində qeydə alınıb. Belə ki, motosikletlə "Prado" markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.


08.05.2024 - 14:05

Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb. Xəbər verilir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə cinayə


08.05.2024 - 13:18

Qəbələdə minik maşını yanıb

Qəbələ rayonunun Bum qəsəbəsində “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb. Xəbər verilir ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


07.05.2024 - 16:15

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununa əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat nö


07.05.2024 - 14:43

Sumqayıtda işıq dirəyi aşdı: bu qəsəbə işıqsız qaldı

Avtomobil qəzası nəticəsində Sumqayıt şəhərində işıq dirəkləri aşıb. Xəbər verilir ki, bu barədə Azərişıq ASC məlumat yayıb. Məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində baş verib: "Ərazidən keçən avtomobil yoldan çıxaraq elektrik dirəklərindən birini aşırdıb və həmin dirəyin kabellərinin dartılması nəticəsində daha bir dirək də aşıb. Hazırda hadisə yerində Azərişıq ASC-nin


05.05.2024 - 16:12

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO

Rusiya Prezidenti Vladimir Putin inauqurasiya mərasiminə yenilənmiş “Aurus” avtomobili ilə gələcək. Dövlət başçısının yeni avtomobili ilk dəfə “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramının efirində nümayiş etdirilib. Onun yaradıcılarının sözlərinə görə, avtomobilin ön hissəsi dəyişdirilib - optika, radiator barmaqlığı, qabaq bamper, kapot. Qanadlar da dəyişib. Ümumiyyətlə, avtomobil öz sələfi ilə müqayisədə daha müasir olub. “Aurus”un


05.05.2024 - 09:00

Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər. 1962-ci ildə istismara verilmiş körpüdə təhlükəsizlik məqsədilə sınaqlar aparılıb. 2023-cü ildə İngiltərənin "Twi Caspian Sea" şirkətinin Azərbaycandakı filialının və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssislərinin birgə iştirakı ilə Cavanşir yolötürücüsündə müayinə və sınaq işləri yerinə yetirilib.


02.05.2024 - 16:06

Qırğızıstanda DƏHŞƏT - Dondurma maşını uşaqların üstündən keçdi - 18 yaralı 

Qırğızıstanda açıq havada “Manas” dastanını ifa edən 29 məktəblini dondurma maşını vurub. Yeddi nəfər reanimasiyadadır. Xəbər verilir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, fciə rayonun Suzak kəndində baş verib. “Porter” markalı yük maşını qəflətən sürətlənərək yamacla 9-16 yaşlarında olan uşaqların üzərinə sürüb. Yerli hakimiyyət orqanlarının məlumatına gö


Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41