“Azərbaycan” üzrə 8797 nəticə tapıldı
Ermənistan, Azərbaycan və Rusiya SSRİ dövründə fəaliyyət göstərən bütün nəqliyyat kommunikasiyalarının bərpa imkanlarını müzakirə edirlər. Aftafa.tv xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan parlamentdəki çıxışında söyləyib. Onun sözlərinə görə, müzakirələr avtomobil və dəmir yollarının bərpası istiqamətində aparılır. Bununla bağlı üçtərəfli danışıqların
Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Əzizxan Əliyev "Şərur" Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı 2 milyon manat təzminat tələbi ilə iddia qaldırıb. Səbəb isə onun yeganə oğlu Nahid Əliyevin ölümüdür. 19-yaşlı Nahid Əliyev Azadlıq prospekti və Süleyman Sani Axundov küçəsinin kəsişməsində (Mərkəzi Seçki Komissiyasının binasının yaxınlığı) "Şərur" MTK-nın inşa etdiyi çoxmərtəbəli binada qəlibçi işləyib.
Bu il martın 23-də Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin AP tərəfdən həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko və AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev tərəfindən Birgə Bəyanat verilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bu sə
Ermənistanın baş naziri Nikol Paşinyan 8-9 aprel tarixində Moskvaya səfər edəcək. Bu haqda yazan erməni mənbələr Moskvada kommunikasiyaların açılması ilə bağlı üçtərəfli formatda (İlham Əliyev, Putin və Paşinyan) yeni sənədin imzalanacağını iddia edirlər. Söhbət hansı sənəddən gedir? Regionda kommunikasiyanın açılması məsələsi iki bəyanatda əksini tapıb: - 10 noyabr razılaşmasının 9-cu bəndi; - 11 yanvarda
“30 il öncə Dağlıq Qarabağın və Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə yaşanan qətliamlar azərbaycanlı qardaşlarımızla bərabər bizim də ürəyimizi dağlamışdı”. Aftafa.tv xəbər verir ki, bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 7-ci qurultayında Türkiyə Prezidenti, partiyanın sədri Rəcəb Tayyib Ərdoğan bildirib. Minsk Qrupunun ötən dövr ərzində fəaliyyətinin səmərəsiz olduğ
Vaxtaşırı mediada keçmiş məmurların şəxsi həyatları ilə bağlı maraqlı və bir o qədər də qəribə məlumatlara yer verilir. Biz isə bu dəfə daha da dərinə gedəcək və belə demək mümkünsə, keçmiş məmurlarımızın intim şərgüzəştlərinə nəzər salacağıq. Üstəlik bu məmurların ortaq cəhəti bu cür şəxsi fantaziyalarını Azərbaycanda yox, əsasən gözdən könü
“Biz təəssüflə qeyd edirik ki, “Human Rights Watch” (HRW) təşkilatının bu yaxınlarda Azərbaycanda saxlanılan erməni müharibə əsirlərinə qarşı pis rəftarın olduğunun iddia edildiyi hesabatı qərəzli yanaşmanı əks etdirir və beynəlxalq ictimaiyyəti çaşdırır”. Aftafa.tv xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Səbinə Əliyeva “Human Rights Watch” təşkilatının 19 mart 2021-ci il tarixli hesabatı
"Ermənistanın yarası təzədir, müharibədə məğlub olduğunu hələ başa düşə bilməyib. Diaspora və erməni mətbuatını izləyəndə bu müharibənin nəticələrini hələ başa düşmədiklərini anlayırsan". Aftafa.tv xəbər verir ki, bunu açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib. General bildirib ki, Azərbaycan hərbçiləri bölgədə sülhün və sabitliyin davamlılığını təmin
“Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, Azərbaycan İrəvanın əsirlər, Bakının isə diversant kimi qələmə verdiyi Emənistanın 73 vətəndaşını 3 şərtin yerinə yetirilməsi müqabilində azad edəcəyini bildirib”. Aftafa.tv xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. “Birincisi, Ermənistan Dağlıq Qarabağdan silahlı qüvvələrini çıxartmalı, ikincisi, işğal altındakı Kərki kəndi boş
Bu il o qədər hadisələr yaşayıb, o qədər şey gördük ki, daha heç nə bizi öldürə bilməz. Bizi öldürsə-öldürsə, ancaq qiymət artımı öldürəcək”. Aftafa.tv xəbər verir ki, bunu Xalq artisti Röya Ayxan “MTV Azərbaycan”da yayımlanan “10-da görüşək” proqramında deyib. O, prodüsserinə səslənərək “Mən də gərək qiymətimi qaldırım”,-
“2009-cu il fevralın 11-də ölkənin Hərbi-Hava Qüvvələri Komandanı, general-leytenant Rail Rzayevin qətlindən tutmuş, 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin "qəzaya uğramasınadək" baş verənlərdə xain Nəcməddin Sadıkovun birbaşa iştirakı var”. Bunu Azərbaycan MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, ekspert Ərəstun Oruclu bildirib: “Rail Rzayevə həyatına təhlükə olduğunu çatdırırlar və bu zaman onun yanında
Beynəlxalq hüquq müdafiəsi təşkilatları arasında, xüsusilə də Azərbaycanda və postsosialist məkanında ən çox tanınanı mərkəzi mənzil-qərargahı ABŞ-da yerləşən, dünyanın 70-dən çox ölkəsində təmsilçiliyi olan Human Rayts Votç (Human Rights Watch) təşkilatıdır. İllik büdcəsi onmilyonlarla dollar olan HRV vaxtilə “soyuq müharibə silahı” kimi yaradılsa da, hazırda dünyanın ən böyük geosiyasi təzyiq alətlərindən