Bazar, 19 May

Axtarış

Bina” üzrə 1543 nəticə tapıldı

29.03.2021 - 16:26

18 yaşlı qız 9-cu mərtəbədən özünü atdı - Sumqayıtda İNTİHAR

Sumqayıt şəhərində 18 yaşlı qız intihar edib. Martın 29-u səhər saatlarında şəhərin 17-ci mikrorayonunda yaşayan 2003-cü il təvəllüdlü Misirli Könül Elçin qızı özünü öldürüb. O, binanın 9-cu mərtəbəsində yerləşən yaşadığı mənzildən özünü atıb. Faktla bağlı araşdırma aparılır.  


29.03.2021 - 09:40

Hacıbala Abutalıbovun saymaqla qurtarmayan şirkətlərinin və obyektlərinin SİYAHISI

Hacıbala Abutalıbovun Bakı şəhərinə 18 ildə vurduğu ziyanı bundan sonrakı 180 ilə aradan qaldırmaq mümkün deyil. Yaşlı nəslin xatirindədir. Bir zamanlar dəniz tərəfdən baxanda Bakını amfiteatra bənzədirdilər. Hətta İtaliyanın Nepal şəhəri də bu mənzərəyə görə Bakıdan geri qalırdı. Bax Hacıbala Abutalıbov Bakının bu mənzərəsini yerlə bir etdi. Bu gün paytaxt qarışıq, nizamsız tikilmiş və memarlı


27.03.2021 - 18:25

İtalyan jurnalist Ermənistanın Azərbaycana qarşı yeni siyasi oyunundan yazdı

İtaliyanın “Lo Spessore” analitik portalında italyan tədqiqatçı-jurnalist Domeniko Letizianın Cəbrayıl rayonun işğalı vaxtı Ermənistan tərəfindən orada qanunsuz olaraq tikilmiş “ibadətgah”la bağlı erməni tərəfinin yalanlarının ifşa edilməsi və məsələyə münasibətdə həqiqətlərin İtaliya ictimaiyyətinin diqqətinə çatıdırılması məqsədilə “Azərbaycanı gözdən salmaq üçün Ermənistanın yeni siyasi oyunu” sərlövhəli mə


26.03.2021 - 11:26

Dubay generalı - bizim "Səhra tülküsü"

Hansısa yaramaz jurnalistlər AMEA şefi Ramiz Mehdiyevin səhhətinin pisləşməsi xəbəri yaymışdılar, idarə bunu dərhal təkzib elədi. Akademiyanın saytından bəyan edildi ki, Ramiz müəllim sağ və salamatdır, sizin də sağ və salamat olmağınızı o bir Allahdan arzu edir, yaz görüm siz tərəfdə havalar necədir... Bunun özü çox yaxşı haldır. Akademiyanın öz şefinin səhhətini nəzarətdə saxlamasını nəzərdə tuturam.


25.03.2021 - 12:12

İki milyon manat qanpulu tələbi: “Şərurlu İsfəndiyar”la bağlı daha bir qalmaqal 

Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Əzizxan Əliyev "Şərur" Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı 2 milyon manat təzminat tələbi ilə iddia qaldırıb. Səbəb isə onun yeganə oğlu Nahid Əliyevin ölümüdür. 19-yaşlı Nahid Əliyev Azadlıq prospekti və Süleyman Sani Axundov küçəsinin kəsişməsində (Mərkəzi Seçki Komissiyasının binasının yaxınlığı) "Şərur" MTK-nın inşa etdiyi çoxmərtəbəli binada qəlibçi işləyib.


19.03.2021 - 13:20

Sarkisyan Paşinyanın yolu ilə gedir: “Qarabağ heç vaxt Azərbaycanın olmayacaq”

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan bəyan edib ki, o heç vaxt “siyasət səngərini” tərk etməyəcək. O bəyan edib ki, “təslimçilər çıxıb getməlidirlər və xalq dövlətyönlü hökumət seçməlidir”. Aftafa.tv bildirir ki, Sarkisyan bu bəyanatı martın 18-də Yerevanda onun barəsində açılmış cinayət işinə baxan dinləmədən sonra məhkəmə binasının qarşısına toplaşmış


18.03.2021 - 18:45

Ramiz Mehdiyevin adamı ilə bağlı daha bir CİNAYƏT İŞİ - TƏFƏRRÜATLAR

Ötən gün Baş Prokurorluğun Mətbuat xidməti bir məlumat yaydı. Məlumatda deyilirdi ki, “Xızı rayonunun inzibati ərazisində fəaliyyət göstərən “Cənnət bağı” Altıağac istirahət mərkəzinin istifadəsinə verilən torpaq sahəsində ağac və kolların qanunsuz kəsilməsi və məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən


18.03.2021 - 18:23

“Xəzər adaları”na “silinən” milyardın Qarabağ savaşındakı ƏKS-SƏDASI... – Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?

General Rövşən Əkbərovun həbsilə bağlı cinayət işində Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun da adının hallanmasına dair məlumatlar istər-istəməz “İbrahimov qardaşları” mövzusunu bir daha gündəmə gətirmiş oldu. Xatırladaq ki, general Əkbərovun 2001-ci ildə qətlə yetirdiyi iddia edilən iş adamı Elçin Əliyevin anası bununla bağlı cinayət işinə Nazim İbrahimovun da cəlb edilməli olduğunu


18.03.2021 - 11:41

Elman Rüstəmov və Rəşad Əhmədov: Milyonları mənimsəmə mexanizmi – ŞOK FAKTLAR

Ötən gün Milli Məclisin iclasında millət vəkili Fəzail Ağamalı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu ciddi tənqid edib. Bildirib ki, onun bərbad idarəçiliyi sayəsində Azərbaycanda bank sektoru ağır duruma salınıb, onminlərlə insanın həyatı cəhənnəmə çevrilib. Millət vəkilinin sözlərinə görə, Elman Rüstəmovun nəzarət etdiyi bütün sahələrdə acınacaqlı durum baş


16.03.2021 - 13:59

Hadrut əməliyyatı necə keçirilib? - Prezident detalları açıqladı

“Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü”. AFTAFA.TV xəbər verir ki, bunu prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırarkən etdiyi çıxışında deyib. Prezident bildirb ki, Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu


14.03.2021 - 16:12

Azərbaycanda müğənni ölümdən döndü - Açıqlama

Müğənni Günel Ələkbərovanın başına iş gəlib. Aftafa.tv xəbər verir ki, bu haqda sənətçi paylaşdığı videoda deyib. O bildirib ki, gecə saatlarında evində qazında sızma olub: "Allah məni saxladı. Dünən evimdə az qala yanğın baş verəcəkdi. Gecə qızımla yatmışıq. Xalam bizdə qonaq idi, yatmayıb. Burnundan əməliyyat olunduğu üçün iy hiss etməyib. Mətbəxə keçəndə görüb ki, qazdan


14.03.2021 - 11:49

Rusiya Müdafiə Nazirliyi sülhməramlılarla bağlı məlumat yaydı

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir". Aftafa.tv xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə bugünkü açıqlamasında bildirilir. "İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41