Bazar, 19 May

Axtarış

Donetsk” üzrə 319 nəticə tapıldı

09.03.2022 - 19:06

Rusiya Donetskə "İsgəndər" raketi atdı

Rusiya qoşunları Donetsk vilayətinin Kramatorsk rayonuna "İsgəndər" taktiki raket kompleksini atıb.  Xəbər verilir ki, Ukrayna Milli Polisinin mətbuat mərkəzinin yaydığı məlumatda ilkin olaraq itkilərin olmadığı bildirilib.  "Bu gün səhər, martın 9-da Kramatorsk istiqamətində Rusiya işğalçı qoşunları "İsgəndər" kompleksindən raket atıblar. Raket vurulub, onun qalıqları Yasnoqorka şəhərinin "Şpıçkinou" stansiyasının ərazisinə düşüb. İlkin məlumata görə, itki yoxdur", - məlumatda deyilir. 


09.03.2022 - 15:55

Zelenskinin Krım və Donbas təklifinə Kremldən cavab

Rusiyanın mövqeyi bəllidir: Krım – Rusiya regionudur, bunu de-fakto və de-yure tanımaq lazımdır, Luqansk və Donetsk “xalq respublikaları” isə müstəqil dövlətlərdir. Xəbər verilir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Zelenskinin təklifi barədə medianın sualını cavablandırarkən deyib. Qeyd edək ki, Zelenski Krım və Donbas məsələsində kompramisə gəlmək yollarını axtarmaq üçün Rusiya ilə birbaşa dialoqa hazır olduğunu


09.03.2022 - 13:49

Donetskdə 74 yaşayış məntəqəsi ələ keçirildi

Donetsk separatçıları artıq 74 yaşayış məntəqəsinin ələ keçirildiyini elan edib. Xəbər verilir ki, bu barədə “Donetsk xalq respublikası” adlı qondarma qurumun “ərazi müdafiə qərargahı” açıqlama yayıb. Eyni zamanda, Donetsk separatçıları Zaçatyevskaya stansiyasına da nəzarət etdiklərini bildiriblər.


08.03.2022 - 18:42

"Rusiya ilə Krım və Donbassla bağlı müzakirə edə bilərik" -  Zelenski

"Ukrayna Rusiya ilə Donetsk və Luqanskın işğal olunmuş əraziləri, eyni zamanda Krımın gələcəyi üçün təhlükəsizlik zəmanətləri ilə bağlı dialoq aparmağa hazırdır". Xəbər verilir ki, bunu Ukrayna Prezidenti Voladimir Zelenski "ABC News"a müsahibəsində deyib. İşğaldan əvvəl bu ərazilər Ukraynanın bir hissəsi olub. Bütün bu məsələləri həll etmək üçün Rusiya Prezidenti Putinlə birbaşa dialoqa başlanmalı


06.03.2022 - 09:37

Zelenskidən növbəti müraciət: “Hücuma keçin!”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının nəzarətinə keçmiş ərazilərdə yaşayan əhalini düşmənlərlə mübarizəyə çağırıb. “Donbas! Barəndə deyilənləri xatırla: “Donbasa heç kim diz çökdürə bilməyib! Heç kim də diz çökdürə bilməz! Bu sözləri Donetsk və Luqanskda hər kəs bilir. Bunu tez-tez təkrarlayıblar. Bəs indi? Donbas, indi əsl vaxtıdır!”, - deyə V.Zelenski qeyd edib. V.Zelenski əhalini azadlığı uğ


02.03.2022 - 15:36

Böyük plan - Ukrayna iki hissəyə bölünür: Şərqi və Qərbi Ukrayna...

Vaxtilə Qərbi Ukraynanı işğal edən Polşa: Tarix 100 il sonra təkrarlanır. Diqqət ediriksə, Rusiya qoşunları daha çox Ukraynanın şərq hissəsini amansız bombardmana məruz qoyur. Bu baxımdan Xarkov xüsusilə diqqət çəkir, şəhər misli görnməmiş dağıntılara məruz qalıb. Paytaxt Kiyevin vurulması isə fərqli strateji yanaşma tələb edir. Ortada çox ciddi tarixi səbəblər var. 1934-cü ilə qədər Ukraynanın paytaxtı onun şərq hissə


02.03.2022 - 10:44

Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durum barədə məlumat verib

“Ukrayna xalqının Rusiya işğalına qarşı qəhrəmancasına müqavimətinin yeddinci günü davam edir”. Xəbər verilirki, bu barədə açıqlama Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yer alıb. “Ciddi sayda canlı qüvvə və texnika itkisinə baxmayaraq, düşmən Kiyevə hücumu davam etdirir. İşğalçıların qarşısı Kozelets, Bobrovitsa və Makiyev ərazilərində alındı. Svitilnya, Peremoha və Hostroluçça yaşayış məntəqələrində isə düşmən hücum imkanları


28.02.2022 - 09:39

Zelenskini öldürmək əmri verildi: 400 Vaqner üzvü Kiyevdə...

Rus Vagner qrupu Ukrayna prezidenti Zelenski və hökumətindəki bəzi şəxslərə sui-qəsd təşkil etmək üçün 400-dən çox muzdlu döyüşçüsünü Kiyevə göndərib. Xəbər verilir ki, bunu Vaqnerinin fəaliyyətini izləyən bir qaynaq Britaniyanın “The Times” qəzetinə deyib. Vaqnerin fəaliyyəti ilə bağlı məlumatlı mənbə qeyd edib ki, yanvar ayında Ukraynaya 2000-4000 arasında muzdlu müxtəlif missiyalarla gəlib. Onların əksəriyyəti Ukraynanı


23.02.2022 - 21:04

Ukraynada fövqəladə vəziyyət elan olundu - Zelenski fərman imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisində (Donetsk və Luqansk vilayətləri istisna olmaqla) fövqəladə vəziyyət rejimi tətbiq etməklə bağlı fərman imzalayıb. Xəbər verilir ki, fərmana əsasən, 24 fevral 2022-ci il saat 00:00-dan etibarən ölkədə 30 gün müddətinə fövqəladə vəziyyət elan edilir. Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti ölkədə fövqəladə vəziyyət elan olunması ilə bağlı qə


23.02.2022 - 18:38

Ukraynada əsgər müsahibə verərkən bomba partladı: Çaxnaşma anları kameraya düşdü – VİDEO

Rusiyanın müstəqilliyini tanıdığı Donbassda bir əsgər müsahibə verərkən bomba partlayıb. Ukraynanın şərqində Donbas bölgəsində artan gərginlik nəticəsində Rusiya prezidenti Vladimir Putin tarixi çıxış edərək Donetsk və Luqanskı rəsmən tanıdığını açıqlayıb. Tanınma qərarından sonra Putin Rusiya silahlı qüvvələrinə Donetsk və Luqanskda sülhün qorunmasını tapşırıb. Beləliklə, Rusiya qüvvələri Ukraynanın şərqindəki Donbas bö


23.02.2022 - 17:15

Rusiyanın Ukraynaya təcavüzü: Mümkün 5 ssenari

Rəsmi Moskvanın Ukrayna ərazisində qurulan separatçı Donetski və Luqanski “respublikalarının” müstəqilliyini tanıması, daha sonra bu qondarma rejimlərin nəzarətində olan ərazilərə “sülh qüvvəsi” adı altında ordu daxil etməsindən sonra beynəlxalq analitiklər kimi Ukraynanın yerli analitikləri də hadisələrin gələcək inkişafına dair fikirlərini açıqlayıb. Xəbər verilir ki, “Ukrayna Gələcəyin İnstitutu”nun mütəxəssisləri Rusiyanı


23.02.2022 - 16:54

Donbasda vəziyyət: Hansı hissə Ukraynadadır? – Xəritə

Rusiyanın “dxr” və “lxr”in “müstəqilliyini” tanımasından dərhal sonra rusiyalı deputat Leonid Kalaşnikov Luqansk və Donetsk vilayətlərinin Ukraynanın nəzarətində olan ərazilərinin də qondarma-separatçı qurumlara qatıla biləcəyini dedi. Xəbər verilir ki, Donetsk vilayətinin sahəsi 26.517 kv/km, əhali 4,2 milyon, Luqansk vilayətinin sahəsi 26.684 kv/km, əhalisi 2.17 milyon nəfərdir. 2014-cü ildə baş verən qarşıdurmalardan sonra separatçılar Luqansk və Donetsk vilayətlərinin bir hissəsini işğal


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41