Cümə, 29 Mart

Axtarış

Hadisə” üzrə 4039 nəticə tapıldı

28.03.2024 - 20:25

Administrator iş başında ÖLDÜ

Bakıda kafedə ölüm baş verib.  Xəbər verilir ki, hadisə Nizami rayonunda yerləşən kafelərdən birində qeydə alınıb. Kafenin administratoru, 62 yaşlı Əliağa İsayev iş başında qəfil ölüb. Ölümün səbəbləri məlum deyil.


28.03.2024 - 14:44

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Ermənistan Baş naziri Nikol Paşinyanın son bir ay ərzində atdığı addımlar Rusiya ilə hərbi-siyasi münasibətlərin tamamilə məhv edilməsinə yönəldiyi təəssüratını yaradır. Bu sözləri açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib. O bildirib ki, Nikol Paşinyan Vladimir Putini 15-17 martda prezident seçkiləri münasibəti ilə ən gec təbrik edən KTMT və Aİİ üzvü oldu: “Rəsmi protokol təbrikini əhatə edə


27.03.2024 - 20:14

Şəmkirdə yeddinci sinif şagirdi bıçaqlandı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb. Belə ki, yeddinci sinif şagirdi olan 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb. Yaralının yaxınlarının dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayı


27.03.2024 - 14:55

Şəmkirdə yeniyetmə atasının maşınını aşırıb, ölən var

Şəmkirdə yeniyetmə atasının maşınını aşırıb. Xəbər verilir ki, hadisə Yeni Həyat kəndində qeydə alınıb. 2007-ci il təvəllüdlü Ayxan Amasov sürücülük hüququ olmadan atasına məxsus VAZ-2112 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəzada Ayxan Amasov, sərnişinlər - 2009-cu il təvəllüdlü Turxan Alıyev və 1998-ci il təvəllüdlü


27.03.2024 - 13:30

Batdığı palçığa təkrar girənlər – Solovyov Azərbaycan düşmənçiliyini gizlədə bilmədi

Məsəl var, deyərlər, “eşşək batdığı palçığa bir də girmir”. Ağlı və dərrakəsi uzunqulaq qədər də olmayan qalmaqallı rusiyalı telejurnalist Vladimir Solovyovun gönü necə qalındırsa, yenidən batdığı yerə girib. Xatirinizdədirsə, bir neçə il öncə, 28 iyun 2022-ci ildə adını çəkməyə belə iyrəndiyimiz bu məxluq Qarabağdakı qondarma və kriminal rejimin qalıqlarının “xarici işlər naziri” David Babayanla müsahibəsinə görə siyasi səhvə yol verdiyini etiraf


27.03.2024 - 10:44

Sumqayıtda 16 yaşlı qız itkin düşüb

Sumqayıtda 16 yaşlı qız itkin düşüb. Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib. Belə ki, 2008-ci il təvəllüdlü Əbilova Nərmin Rövşən qızı yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib.


27.03.2024 - 08:57

Azərbaycanın quru sərhədləri açılmayacaq 

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”. Bunu açıqlamasında Rusiyanın Moskva vilayətində, “Crocus City Hall” konsert kompleksində martın 22-də baş vermiş terror hadisəsi kontekstində Azərbaycan sərhədlərinin bağlı qalması məsələsini şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov


26.03.2024 - 13:37

Moskvada bıçaqlı şəxs insanlara hücum edib: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Moskva vilayətində bıçaqlı şəxs kompüter klubuna soxularaq insanlara hücum edib. Müəssisəyə quraşdırılmış müşahidə kamerası baş verənləri qeydə alıb. Kadrlardan görünür ki, əlində bıçaq tutmuş şəxs klubun girişində dayanan gənclərə hücum edir, onlardan birinə bir neçə bıçaq zərbəsi vurur. Xəsarət alan şəxs onun əlindən qaça bilir. Sonra həmin şəxs müəssisənin içindəki insanlara hücum edir. İlkin


25.03.2024 - 16:43

66 yaşında uşaq doğub: dünyanın ən yaşlı anası indi necə görünür? 

Pensiyaçı nəinki analıq xoşbəxtliyini yaşayıb, həm də Ginnesin Rekordlar Kitabına düşüb. Məlumat verilir ki, bu hadisə 2005-ci ildə baş verib. O zaman Rumıniya sakini Adriana İliesku 66 yaşında ilk dəfə ana olub. O, Eliza adlı bir qızı dünyaya gətirib və bununla da o dövrdə dünyanın ən yaşlı valideyni statusunu qazanıb. Bundan sonra Adriana tənqid atəşinə tutulub. Mətbuatın və ictimaiyyətin diqqəti ona yönəlib.


25.03.2024 - 16:20

Solovyov cəmiyyəti yanlış yönləndirməklə məşğuldur - Mətbuat Şurasının BƏYANATI

Azərbaycan Mətbuat Şurası rusiyalı teleaparıcı, jurnalist Vladimir Solovyovun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyir. Məlumatıa görə, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbə


25.03.2024 - 14:36

Bakıda özünü göz görə-görə ölümə atan qadınla bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB 

“Bakıda avtomobil yoluna çıxan qadın barəsində qanunvericiliyə uyğun tədbirlər görülür”. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib. Qeyd olunub ki, paytaxtın Suraxanı rayonunda yolun hərəkət hissəsinə keçməklə təhlükə yaradan şəxsin əməlləri ilə bağlı yayılan görüntülər araşdırılıb. İ.Əmiraslanlı bildirib


25.03.2024 - 11:52

Bakı sakini binanın 9-cu mərtəbəsindən yıxılıb

Bakının Nizami rayonunda yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Xəbər verilir ki, hadisə Babək prospektində qeydə alınıb. Belə ki, 33A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Rauf Rafiq oğlu Aydazadə eyvandan yıxılıb. Ağır xəsarətlər alan R.Aydazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.


Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45