Çərşənbə, 24 Aprel

Axtarış

Kuleba” üzrə 72 nəticə tapıldı

11.04.2024 - 16:15

“Bəzi ölkələr Ukraynaya hətta bir “Patriot” belə vermək istəmirlər”

Ukraynanın əlavə hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var və bütün dünyada potensial olaraq istifadəyə verilə biləcək 100-ə yaxın Patriot batareyası müəyyən edib. Xəbər verilir ki, bunu Ukraynanın xarici işlər nazir Dmitro Kuleba “The Washington Post”a müsahibəsində deyib. Onun sözlərinə görə, bəzi ölkələr Ukraynaya hətta bir “Patriot” belə vermək istəmirlər. “Bir “Patriot” batareyası 1 milyard dollara başa gəlir. Keçə


04.04.2024 - 10:39

Ukrayna XİN-dən XƏBƏRDARLIQ: “Müharibə Avropa ərazisinə keçə bilər”

“Qərb ölkələri hələ də Ukraynaya kifayət qədər sayda hava hücumundan müdafiə sistemi ötürməyib. Vəziyyəti dəyişmək üçün siyasi iradə lazımdır”. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Reuters” agentliyinə müsahibəsində bildirib. “Tərəfdaşlar bizə müxtəlif sistemlər (hava hücumundan müdafiə - red.) veriblər, biz bunu yüksək qiymətləndiririk, lakin müharibənin miqyasını nəzərə alsaq,


29.01.2024 - 19:20

Ukrayna ilə bağlı vəziyyət dəyişdi – B planı işə düşür

Rusiya ilə müharibə zamanı ABŞ-nin Ukraynaya hərbi yardımı uzunmüddətli ola bilər, Vaşinqton bunun üçün B planı hazırlayır. Xəbər verilir ki, bunu ukraynalı siyasi ekspert Vitali Kulık deyib. Onun sözlərinə görə, ABŞ-nin mövcud hökuməti sabiq prezident Donald Trampın Ağ Evə mümkün qayıdışı fonunda gələcəkdə tənqid olunmamaq üçün hazırlığa başlayıb. Kulık qeyd edib ki, ABŞ Dövlət Departamenti


28.01.2024 - 12:55

Ukrayna və Litva birgə PUA istehsal etməyi planlaşdırır

Ukrayna və Litva birgə pilotsuz uçuş aparatları (PUA) istehsal etməyi planlaşdırır. Xəbər verilir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitro Kuleba Kiyevdə litvalı həmkarı Qabrielus Landsberqis ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, Litva lazımi texnologiyaya malikdir: “Bizim istehsalı genişləndirmək imkanımız var. Bu, müzakirəmizin əsas mövzusu idi”. Nazir qeyd edib ki, Ukrayna-Litva əməkdaşlığının ən qısa vaxtda maksimum nəticə


29.11.2023 - 12:23

"Ukrayna Silahlı Qüvvələri Avropanın ən güclü ordusudur" - Kuleba

Ukrayna Silahlı Qüvvələri Avropanın ən güclü ordusudur.  Xəbər verilir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. Onun fikrincə, bütün Avro-Atlantik ictimaiyyət Ukraynanın Rusiya ilə münaqişədə qələbəsində maraqlı olmalıdır: "Ukrayna Avropanın ən güclü və döyüşkən ordusuna malikdir".


07.11.2023 - 11:52

Ukrayna tarixin ən dəhşətli qışına hazırlaşır - Kuleba

Ukrayna tarixinin ən dəhşətli qışına hazırlaşır. Xəbər verilir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. “Mən onlarla şam almışam. Atam yük maşını dolusu odun alıb. Tarixin ən dəhşətli qışına hazırlaşırıq. Əgər “Taurus” ala bilməsək, HHM sistemləri almalıyıq”, - Kuleba bildirib.


10.08.2023 - 16:48

Ukrayna XİN rəhbəri Rusiya ilə danışıqların şərtini açıqlayıb

Ukrayna Rusiya ilə danışıqlara vasitəçinin köməyilə başlamağa hazırdır, lakin əvvəlcə rus qoşunları ölkə ərazisindən çıxarılmalıdır. Xəbər verilir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində deyib. “Rusların Ukraynadan getməyə hazır olması şərti ilə üçüncü tərəfin vasitəçiliyi ilə danışıqlar mümkündür. Buna müharibə və diplomatiyanın tandemi ilə nail olmaq olar. Mü


24.07.2023 - 21:52

BMT nümayəndəsi Odessaya səfər edib

BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun Odessaya səfər edib, burada şəhərin tarixi mərkəzinə və Spaso-Preobrajenski kafedralına baxış keçirib. Xəbər verilir ki, bu barədə brifinqdə BMT Baş katibinin nümayəndəsinin müavini Farhan Hak bildirib. “BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun bu gün Odessaya səfər edib. İndi o, şəhərin meri və vilayətin qubernatoru ilə birlikdə şəhərin tarixi mərkəzindəki dünya mədəni irsi obyektlərinə və Spaso-Preobrajenski


06.06.2023 - 18:00

Kulebadan çağırış: Rusiya cəzalandırılmalıdır

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Kaxovka SES-in partladılmasına münasibət bildirib. Xəbər verilir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb: “Bu gün Rusiya terrorçu rejimi son on illiklərin ən böyük fəlakətlərindən birini törədib. Rusiya ən sərt şəkildə cəzalanmalıdır, Avropa və dünya ictimaiyyəti, əgər Rusiyanın terror aktlarına susarsa, bu, bizi nüvə fəlakətinə qədə


31.01.2023 - 19:05

Kuleba: İlkin mərhələdə 120-140 tank alacağıq!

Ukrayna müttəfiqlərindən ilkin mərhələdə 120-140 müasir tank almalıdır. Xəbər verilir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. “Birinci yardım dalğasında Ukrayna silahlı qüvvələri 120-dən 140-a qədər Qərb modelli müasir tanklar alacaq. Bunlar “Leopard 2”, “Challenger 2”, “M1 Abrams”dır. Biz “Leclerc”ə də ümid edirik" - deyə nazir əlavə edib.


27.01.2023 - 21:38

Ukraynaya qırıcılar verilməyəcək - Almaniya

Ukraynaya qırıcı təyyarələrin verilməsindən söhbət gedə bilməz. Xəbər verilir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius deyib. Qeyd edək ki, bundan öncə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ölkəsinin Qərb ölkələrindən F-16 qırıcılarını ala biləcəyini açıqlamışdı.


24.01.2023 - 10:42

Gözlənilməz qərar: Timoşenko da istefa verdi

Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko istefa ərizəsi yazıb. Xəbər verilir ki, bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb. Timoşenkonun əvəzinə bu vəzifəyə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksey Kulebanın təyin edilməsi planlaşdırılır.


Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33