Cümə, 17 May

Axtarış

Lukaşenko” üzrə 184 nəticə tapıldı

04.11.2021 - 13:23

Putin və Lukaşenko bu gün yeni SSRİ-ni elan edəcək

“Rusiya və Belarusun İttifaq dövlətinə birləşməsi SSRİ-nin dirçəlişinin başlanğıcı ola bilər. Keçmiş sovet respublikaları da bu formanın üstünlüklərini qiymətləndirərək, sonradan prosesə qoşulmaq istəyə bilər”. Xəbər verilir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri və Avrasiyaya inteqrasiyası komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib. O, hesab edir ki, keçmiş ittifaq dövlətlərinin yeni


19.10.2021 - 10:23

Lukaşenko: Belarusa diversiya hücumu hazırlanır

Belarusun müdafiə və iqtisadi obyektlərinə diversiya hücumu planlaşdırılır. Xəbər verilir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko deyib. O bildirib ki, xarici xüsusi xidmət orqanları və əlaltıları əmək kollektivlərinin vəziyyətini öyrənirlər, tətil hazırlayırlar: “Sabotajlar müdafiə komplekslərində, iqtisadi və həyati əhəmiyyətli sahələrdə planlaşdırılır”. Lekaşenko bununla bağlı Dövlət Təhlükəsizliyi Komitə


03.10.2021 - 09:16

Lukaşenko hansı halda ömürlük prezident olacağını açıqladı

Belarus Prezidenti Aleksandr Lukaşenko ölənə qədər prezident olmayacağını söyləsə də, Qərbin təzyiqi olduğu təqdirdə canı bahasına olsa belə, ölkənin müstəqilliyini müdafiə edəcəyini vurğulayıb. “And içirəm, ölənə qədər də prezident olmayacağam. And içirəm. Hər şey Belarusdakı vəziyyətdən asılı olacaq. Əgər siz, Qərbdəki himayədarlarınız vəziyyətimizə necə gəldi müdaxilə etmə


01.10.2021 - 13:51

"Niyə üzr istəməliyəm?" - Lukaşenko buna görə CNN-ə ƏSƏBİLƏŞDİ

“Belarus xalqı qarşısında üzr istəniləcək bir şey yoxdur”. Xəbər verilir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko CNN-ə müsahibəsində deyib. “Mən bu imkandan istifadə etmək istəməzdim. İstəsəydim, Belarus mediası vasitəsilə bunu edərdim. CNN vasitəsilə üzr istəməyin nə anlamı var? Bu, uyğun sual deyildi. Üzr istəniləsi nəsə yoxdur”, – deyə Lukaşenko CNN müxbirinin “İnsan haqlarının pozulmasına görə bu mü


10.09.2021 - 09:15

Rusiya Belarusa 630 milyon dollar yardım göndərəcək

Hökumətlər Minskə yeni maliyyə yardımı ilə bağlı razılığa gəlib. Xəbər verilir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. “Sentyabrdan 2022-ci ilin sonuna qədər bu məbləğ 630 milyon dollar təşkil edəcək”, – deyə Kreml rəhbəri bildirib.


06.09.2021 - 15:55

Lukaşenko Putinlə bu mühüm məsələləri müzakirə edəcək - Özü AÇIQLADI

“Rusiya Prezidenti ilə görüş mənim üçün çox vacibdir. Bəlkə də, Rusiya və Belarus üçün maraqlı olacaq bəzi təklifləriniz olacaq. Onu da müzakirə edəcəyik”. Xəbər verilir ki, bu sözləri ölkə Prezidenti Aleksandr Lukaşenko bildirib. O, daha sonra deyib: “Rusiya Federasiyası ilə neftlə bağlı məsələləri müzakirə edəcəyik. Neftlə bağlı Rusiyanın dəstəyinə ehtiyacımız var”.


02.09.2021 - 18:20

Lukaşenko bəzi sirləri açdı: “Pitinlə razılaşdıq ki, …” 

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə birlikdə sentyabrın 10-dan 16-dək iki ölkə ərazisində keçiriləcək “Qərb-2021” təlimində iştirak edəcəklərini bildirib. Xəbər verilir ki, bu haqda informasiyanı “Pul Pervoqo” Telegram kanalı yayıb. “Putinlə razılaşdıq ki, təlimlərin böyük hissəsini nəzarətə götürəcəm. Təlimlər Belarusda da baş tutacaq. Bu işə bir çox poliqon cəlb ediləcək. O, öz poliqonunda, mə


02.09.2021 - 09:54

Solovyovdan Lukaşenkoya Krım cavabı: Qəribə şərtdir!

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Krımı tanıması ilə bağlı irəli sürdüyü şərt qəribədir. Xəbər verilir ki, bu sözləri rusiyalı jurnalist-aparıcı Vladimir Solovyov deyib. “Öz siyasi qərarını “oliqarx”larla bağlamaq, hələ özgələrlə... Sadə dillə desək, uzaqgörənlik deyil. Rusiyada 90-cı illərin anlayışı ilə qəbul edilən “oliqarx” yoxdur. Prezidentin açıqlaması çoxvektorluluğun əks-sədasıdır. İndi bu, belə görünür: Qərb Belarusu rə


13.08.2021 - 10:52

Putin Lukaşenkonu təqaüdə yola salır

“Rusiya Lukaşenkonu yola salmağa qərar verib. Bu, yeni yox, ötən il Belarusda başlayan xalq hərəkatından sonra (hətta istisna deyil ki, daha əvvəl) verilmiş qərardır”. Məlumata görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib. Onun sözlərinə görə, Qərb də bunu bilir və Lukaşenkoya qarşı sanksiya üstünə sanksiya qoyur: “İlk baxışdan anlamağın çətin olduğu paradoksal situasiya yaranıb: Lukaşenko Rusiyanın dərin inteqrasiya (faktiki birləş


09.08.2021 - 18:59

"Tezliklə prezident postundan gedəcəyəm" - Lukaşenko

“Lukaşenkonun vəzifəsindən gedəcəyi vaxtı axtarıb tapmağa ehtiyac yoxdur. Tezliklə bu, olacaq”. Xəbər verilir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşündə deyib. “Mən bu ölkədə böyümüşəm. O mənimdir. Təqaüdə çıxmaq və başqa bir işlə məşğul olmağı təsəvvür edə bilmirəm. Lakin bu, o demək deyil ki, mən vəzifə kürsü


24.07.2021 - 20:12

Ukrayna separatçılarla görüş üçün Minskə getməyəcək

Ukrayna Minskdəki üçtərəfli kontakt qrupunda iştirak etməyəcək. Xəbər verilir ki, bunu üçtərəfli kontakt qrupunda Ukrayna nümayəndə heyətinin müşaviri Aleksey Arestoviç deyib. “Mən bilmirəm ki, onlar nəyi rəhbər tuturlar, amma Ukrayna üçün iki şey önəmlidir. Birincisi, biz hesab edirik ki, epidemioloji situasiya bizə Minskə getməyə imkan vermir və biz videokonfrans rejimində qalmağı üstün tuturuq. İkincisi isə Belarusdakı situasiyadır. Biz prezident Lukaşenkonu seçilmiş saymırıq”,


21.07.2021 - 20:23

Lukaşenko III Dünya müharibəsinin anonsunu verdi

Avropa dövlətlərinin Rusiya, Belarus və Çinə qarşı hibrid hücumları üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər. Xəbər verilir ki, bunu “Sky News Arabia”ya müsahibəsi zamanı Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib. O, bildirib ki, Qərb dövlətlərinin Belarusun daxili işlərinə qarışması, ölkədə çevrilişə cəhd etməsi əvvəl-axır qlobal miqyaslı müharibə ilə nəticələnəcək. Savaşın başlıca iştirakçı


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41