Bazar, 19 May

Axtarış

Pekin” üzrə 132 nəticə tapıldı

28.11.2022 - 19:05

“Taliban” Çinə təklif verdi: “İndi söz sizdədir, tələsin”

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı Çinə “Vaxan dəhlizi”nin logistik potensialını inkişaf etdirməyi təklif edib.  Bu barədə Əfqanıstanın sənaye və ticarət naziri Nurəddin Əzizinin Çinin Çendu şəhərində Mərkəzi və Qərbi Asiyadan olan sahibkarların nəqliyyat və logistika sammitinin iştirakçılarına ünvanladığı məktubunda qeyd olunub. “Taliban” üzvü xatırladıb ki, tarixi İpək Yolu məhz Bədəxşan əyalətinin Vaxan bö


21.11.2022 - 20:23

Bu ölkədə yenidən karantin qaydaları sərtləşdirildi

Çində COVİD-19 ölümləri ilə bağlı tədbirlər sərtləşdirilib. Xəbər verilir ki, pandemiya səbəbiylə ölüm hallarının qeydə alındığı Çinin paytaxtı Pekində bəzi məktəblər bağlanıb. Belə ki, noyabrın 19 və 20-də Pekində yaşı 87-91 arasında olan üç nəfər koronavirus xəstəsi  vəfat edib. Noyabrın 20-də paytaxtda ümumilikdə 962 yeni yoluxma faktı aşkar edilib ki, onlardan 266-sı karantin zonalarından kənarda qeydə alınıb.  Sü


14.11.2022 - 15:56

Yaxın müttəfiqi də Rusiyanı tək qoyur? - O da Putindən imtina etdi

Çindən Rusiya-Ukrayna müharibəsi ilə bağlı maraqlı açıqlama gəlib. Xəbər verilir ki, yüksək çinli məmur Pekinin Rusiyanın Ukraynadakı hərbi uğursuzluqları haqqında danışıb. Sözügedən şəxs Rusiyanın Ukraynadakı ehtiyatsız davranışından “narahat olduğunu” və “utandığını” bildirib. Bu fikirlərin kimə məxsus olduğu açıqlanmır. Lakin bəyanat Kambocanın Pnompen şəhərində keçirilən sammitdə səsləndiyi üçün ağıla ilk olaraq Çinin Baş nazir


03.10.2022 - 15:16

Türkiyə və Belarus da imtina etdi — Putinin ümidi yalnız bir ölkəyə qaldı

Prezident Vladimir Putin Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirdikdən sonra tərəfdaşlarından dəstək gözləyir. Xəbər verilir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilir. Mərkəzin ekspertlərinin fikrincə, Rusiya liderinin bu yöndəki gözləntiləri özünü doğrultmur: “Ankara ilk gündən açıqlama verib ki, Ukraynanın parçalanmasını və ərazilərinin ilhaqını tanımır. Türkiyə Xarici İşlər


21.09.2022 - 21:30

 “Hər dəqiqə Ermənistan-Azərbaycan müharibəsi başlaya bilər” - Müsahibə

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Polesinin İrəvana səfəri zamanı Ermənistana nümayiş etdirdiyi dəstək regionda marağı olan böyük dövlətlər arasında rəqabəti artırır. Bundan sonra Ermənistan üzərində 3 dövlət - Rusiya, İran və ABŞ arasında güclü rəqabət başlayacaq. Bu da bölgədə daha ciddi oyunlara işarədir. Belə bir şəraitdə Ermənistan-Azərbaycan münasibətlərinin


27.08.2022 - 18:08

Pekin ABŞ siyasətçiləri ilə bağlı Tayvana xəbərdarlıq etdi

Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Ma Syoquan bildirib ki, Pekin amerikalı siyasətçilərin adaya səfərlərinin artması ilə əlaqədar Tayvanın hakim Demokratik Tərəqqi Partiyasına xəbərdarlıq edib.  ABŞ senatoru M. Blekbernin adaya səfərindən sonra Çin Taypeyə etiraz edib. Bəyanatda bildirilir ki, Blekbernin təxribatlar və Tayvanın qondarma müstəqilliyi naminə xarici siyasi qüvvələrin dəstəyini almaq cə


18.08.2022 - 18:09

Dünyanın ən çirkli havası olan şəhərləri - SİYAHI

Şanxay, Moskva və Tehran havanın çirklənməsinin dünyada ən yüksək səviyyədə azot dioksid (NO2) olan şəhərləri kimi açıqlanıb.  Xəbər verilir ki, bu barədə Amerikanın qeyri-kommersiya təşkilatı Health Effects və Institute for Health Metrics and Evaluation araşdırma institutunun qlobal hava vəziyyəti üçün məruzəsində qeyd edilib. Bu göstərici üzrə dördüncü yeri Rusiyanın daha bir şəhəri - Sankt-Peterburq tutub. İlk onluğa Pekin, Qahirə, Aş


11.08.2022 - 19:39

Tayvan: “Çin bizi işğal etməyə hazırlaşır”

“Çin hərbi təlimlər adı altında Tayvanı işğal etməyə hazırlaşır”. Tayvan təmsilçisi Cozef Vu bu barədə Taybeydə keçirdiyi mətbuat konfransında açıqlayıb. O qeyd edib ki, atışma səbəbindən Hind-Sakit Okean regionunda ən işlək marşrutlardan birində dəniz və hava nəqliyyatı bağlanmalı olub. Onun sözlərinə görə, ABŞ konqresmeninin səfərindən bəhanə kimi istifadə edən Pekin işğala hazırlaşarkən


07.08.2022 - 21:30

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

Tayvan Silahlı Qüvvələri ada yaxınlığında Çin hərbi təlimlərinə cavab olaraq avqustun 9-u və 11-də canlı artilleriya atəşi ilə hərbi manevrlər keçirəcək. Adanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, yerli təlimlərdə özüyeriyən haubitsalardan və minaatanlardan atəş açılacaq. Bu arada, Çin Xalq Azadlıq Ordusunun komandanlığı bölgədəki hərbi təlimlərin müddətini uzadıb. Manevrlərin mütəmadi şəkil


05.08.2022 - 15:16

Çin Pelosiyə qarşı sanksiyalara hazırlaşır

Çin hökuməti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və onun yaxın qohumlarına Tayvana “təxribat xarakterli səfər etdiyinə görə” sanksiyalar tətbiq edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir. “Pelosinin çirkin, təxribatçı hərəkəti ilə əlaqədar Pekin ÇXR-in müvafiq qanunlarına uyğun olaraq Pelosi və onun yaxın qohumlarına qarşı sanksiya tədbirləri tətbiq etmək


05.08.2022 - 09:42

"ABŞ Çinin bu hərəkətinə icazə verməyəcək" - Pelosi

Çin Tayvanı dünyadan, o cümlədən ABŞ siyasətçilərinin mübahisəli adaya səfərləri kontekstində təcrid edə bilməyəcək.  Xəbər verilir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.  Onun sözlərinə görə, Vaşinqton Pekinə Taypeylə bağlı bu cür planları həyata keçirməyə imkan verməyəcək: "Çin Tayvanı təcrid etməyə çalışdı, Lakin onlar bizim ora səyahət


04.08.2022 - 15:51

Blinken: “Tayvanın status-kvonunu dəyişdirmək üçün bütün birtərəfli səylərə qarşıyıq”

“Birləşmiş Ştatlar Tayvanın status-kvonunu dəyişdirmək üçün bütün birtərəfli səylərə, xüsusilə də güc tətbiqinə qarşıdır”. Xəbər verilir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib. Blinken əlavə edib ki, ABŞ-ın Tayvanla bağlı mövqeyi dəyişməyib. Tayvan Müdafiə Nazirliyi isə bu gün bildirib ki, Çin adanın ətrafında keçirilən hərbi təlimlər zamanı çoxsaylı ballistik raketlə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41