Bazar, 19 May

Axtarış

Peyvənd” üzrə 653 nəticə tapıldı

01.11.2022 - 10:20

COVİD-19-un üzərindən sirr pərdəsi götürülür

Ekspert: "Bu virusu məqsədli, süni şəkildə yaradan və yayan dövlətə qarşı ciddi sanksiya tətbiq edilməlidir" Almaniya və ABŞ-dan olan tədqiqatçılar qrupu koronavirusun biomühəndislik üsulu ilə - yəni süni yaradıldığına dair sübutlar tapıblar.  Bu barədə N-TV kanalına araşdırmada iştirak edən Vürzburq Universitet Xəstəxanasının alimi Valentin Bruttel məlumat verib. “Tədqiqatımızın nəticələri göstərir ki,


27.10.2022 - 15:37

Rusiya COVID-19-a qarşı növbəti vaksini dövriyyəyə buraxdı

Rusiya COVID-19 əleyhinə növbəti vaksini mülki dövriyyəyə buraxıb. Məlumata görə, bu barədə Tibbi Bioloji Federal Agentliyin rəhbəri Veronika Skvartsova bildirib. Onun sözlərinə görə, "Konvasel" adlanan peyvəndin COVID-19-un yeni variantı olan “Cerberus”a qarşı da təsirli olacağı gözlənilir. Qeyd edək ki, Rusiyada COVID-19 əleyhinə indiyə kimi, “Sputnik V”, “Sputnik layt”, “Epivakcorona” və “Covivak” vaksinləri dövriyyədə olub.


21.10.2022 - 10:22

Rusiyada ölkəyə gələnlər üçün koronavirus testi ləğv edilir

Rusiyada xaricdən gələnlər üçün koronavirus testi ləğv olunur. Xəbər verilir ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) göstərişi ilə oktyabrın 21-dən ölkəyə gələn əcnəbilər koronavirus testi verməyə bilərlər. İndi Rusiya ərazisinə gələn hər bir əcnəbinin təqdim olunan anketi doldurması kifayətdir. Karonavirusdan peyvənd olunmamış rusiyalılar üçün də COVID-19 testi ləğv edilib. İ


12.10.2022 - 21:38

“Pfizer” COVID peyvəndini satışa çıxarmazdan əvvəl sınaqdan keçirməyib

Pfizer”in qlobal inkişaf etmiş bazarlar üzrə rəhbəri Canin Smoll şirkətin COVID peyvəndini bütün dünyaya yaymağa başladığı zaman onun koronavirusun ötürülməsinin qarşısını alıb-almadığını bilmədiklərini söyləyib. O, Avropa İttifaqı Parlamentində verdiyi ifadə zamanı peyvəndin müvafiq sınaqlardan keçmədiyini bildirib. Smoll bunu lazımi zamanın olmaması və pandemiya şəraitində cəld hərəkət etmək zərurəti ilə izah edib. Avropa Parlamentinin niderlandlı ü


02.10.2022 - 15:43

Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan vəfat edən olmayıb.    


24.09.2022 - 16:36

Pandemiyanın sonu çatdı – Karantin nə vaxt ləğv ediləcək?

Bir neçə gün öncə səhiyyə naziri Teymur Musayev Azərbaycanda pandemiyanın sonuna doğru getdiyimizi bəyan etdi. Xəbər verilir ki, bu barədə  danışan  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının direktoru da pandemiya ilə bağlı səhiyyə naziri kimi  bənzər açıqlama verib. Həkim də rəsmilərə istinad edərək, pandemiyanın


22.09.2022 - 14:29

Nazir Azərbaycanda pandemiyanın sona doğru getdiyini AÇIQLADI

"Azərbaycanda koronavirusa yoluxma halları hələ də var. Lakin ölüm halları minimal səviyyədədir. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm". Xəbər verilir ki, bunu report-un sualını cavablandıran səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, Azərbaycanda yetərincə vaksin ehtiyatı var: "Bu baxımdan bu günə qədər heç bir peyvənd olmayan şəxsləri vaksinasiyadan keçməyə çağırı


20.09.2022 - 12:06

Nazirlik uşaqlar arasında yayılan mövsümi infeksiyaları AÇIQLADI

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev uşaqlar arasında geniş yayılan mövsümi infeksiyalar və əlamətlərini açıqlayıb. Nazilikdən verilən xəbərə görə, ekspert bildirib ki, hazırkı mövsümə uyğun olan infeksiyalara rotavirus, adenovirus və influenza (qrip) virusu aiddir. Bu xəstəliklərin hər birinin özünə xas xüsusiyyətləri var: “Rotavirus infeksiyası əsasən fekal-oral yolla ötürülür və mədə-bağırsaq sisteminin infeksion xə


17.09.2022 - 18:50

Peyvənd olunanların sayı açıqlandı - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 081 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların say 166, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 511, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 84 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 880 506 birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 379 218, ikinci mərhələ üzrə


11.09.2022 - 19:11

Bu virus uşaqlar üçün çox təhlükəlidir - Pediatrdan AÇIQLAMA

“Son iki aya yaxındır ki, uşaqlar arasında qusma, ishal, temperatur halları geniş yayılıb. Bunun səbəblərindən biri rotavirus infeksiyasıdır. Bu virus bağçada uşaqlar arasında müşahidə olunur. Çünki bu virus oyun zallarında oyuncaqla kontakt zamanı asanlıqla  yayıla bilir”. Xəbər verilir ki, bunu açıqlamasında tanınmış pediatr Kənan Qarayev deyib. Həkimin sözlərinə görə, adıçəkilən virus xüsusilə 1 yaşın altında olan uş


06.09.2022 - 13:30

Rusiya meymunçiçəyinə qarşı peyvənd hazırladı

Rusiyanın Federal Tibbi və Bioloji Agentliyi meymunçiçəyinə qarşı peyvənd hazırlayıb. Xəbər verilir ki, bu barədə agentliyin rəhbəri Veronika Skvortsova bildirib. “Rusiya peyvəndi istehsal texnologiyasına görə alman peyvəndinə çox yaxındır. Meymunçiçəyi peyvəndi preklinik sınaqlar zamanı yüksək immunogenlik və təhlükəsizlik nümayiş etdirib”, - Skvortsova bildirib.


05.09.2022 - 20:43

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 5 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, bir gündə birinci və ikinci mərhələ üzrə vaksinasiya həyata keçirilməyib. üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 nəfərdir. Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 865 343 təşkil edir.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41