“Qadağa” üzrə 786 nəticə tapıldı
Ötən həftə taksilərin fəaliyyəti ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilmiş dəyişikliklərə əsasən, artıq iyul ayından etibarən bu kateqoriyaya aid maşınların rəngləri fərqli olacaq. Belə ki, paytaxt Bakıda fəaliyyət göstərəcək taksilərin rənginin ağ və qırmızı olması nəzərdə tutulur. Bu baxımdan bir çox taksi sürücüsü avtomobillərinin sözügedən
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinin “Copilot” süni intellekt proqramından istifadəsi qadağan edilib. Xəbər verilir ki, kibertəhlükəsizlik idarəsi bunu şəxsi məlumatların oğurlanması riski ilə izah edib. Palatadan isə məsələ ilə bağlı hərhansı açıqlama verilməyib. “Copilot” süni intellekt proqramı “Microsoft” şirkətinin məhsuludur.
“Kommersant” nəşri qardaş ölkədə sabah keçiriləcək bələdiyyə seçkilərindən və Prezident Ərdoğanın mümkün planlarından yazıb Türkiyədə sabah keçiriləcək bələdiyyə seçkiləri Rusiya mediası da diqqətlə izləyir. Musavat.com xəbər verir ki, “Kommersant” nəşri sabahkı seçki ilə bağlı geniş təhlil dərc edib. Rusiya nəşrinin qiymətləndirməsinə görə, bu seçki 2028-də olacaq prezident seçkisinin
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Xəbər verilir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Pensiyaçı nəinki analıq xoşbəxtliyini yaşayıb, həm də Ginnesin Rekordlar Kitabına düşüb. Məlumat verilir ki, bu hadisə 2005-ci ildə baş verib. O zaman Rumıniya sakini Adriana İliesku 66 yaşında ilk dəfə ana olub. O, Eliza adlı bir qızı dünyaya gətirib və bununla da o dövrdə dünyanın ən yaşlı valideyni statusunu qazanıb. Bundan sonra Adriana tənqid atəşinə tutulub. Mətbuatın və ictimaiyyətin diqqəti ona yönəlib.
Azərbaycan Respublikasının Konstitusiyasında qadın və kişilərin eyni hüquq və azadlıqlara malik olduqları, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünəfəaliyyət növü, peşə və iş yeri seçmək hüququnun olduğu qeyd edilir. Başqa bir qanun isə Azərbaycan qadınlarının peşə seçimi ilə bağlı bəzi ayrı-seçkiliklərə məruz qalmasına səbəb olur. Qanunlardakı bu
“İkinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur”. Xəbər verilir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib. Onun sözlərinə görə, burada xala uş
Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat
“Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq”. Xəbər verilir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək: “Bu, sabah ictimaiyyətə açıqlanacaq”.
ABŞ Prezidenti Cozef Bayden Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsinin Konqresdə qəbul ediləcəyi təqdirdə onu imzalayacağına söz verib. Xəbər verilir ki, bu barədə “C-SPAN” kanalı məlumat yayıb. Jurnalist Amerika liderindən “TikTok”un qadağan edilməsi ilə bağlı sənədi imzalayıb-imzalamayacağını soruşub. Bayden isə öz növbəsində deyib: “Əgər onlar qəbul etsələr, imzalayacağam”. Qeyd edə
Xəbər verdiyimiz kimi, “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Xəbər verilir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib ki, bu da müzakirələrə səbəb olub. Belə ki, bir çoxları məntəqə tipli müəssisədə saxlanılma şəraiti
Aleksey Navalnının xanımı Yuliya Navalnaya martın 17-də vətəndaşları prezident seçkilərinə saat 12-də qatılmağa və seçki bülletenlərini korlamağa çağırıb. Xəbər verilir ki, bu məqsədlə Yuliya Navalnaya rusiyalı seçicilərə videomüraciət edib. O bildirib ki, səsvermə günündə “Günorta Putinə qarşı” təşəbbüsü mərhum əri Aleksey Navalnıya məxsusdur. Etiraz əlaməti olaraq insanlar martın 17-də saat 12-də, günorta saatları