Bazar, 19 May

Axtarış

Qazax” üzrə 604 nəticə tapıldı

27.09.2021 - 17:20

Ölkə üzrə COVID-19-a yoluxma statistikası

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb. Xəbər verilir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 54.3 faiz. Abşeronda bu rəqəm 13.3 faiz, Aranda 12.1 faiz , Gəncə-Qazaxda 7.0 faiz, Şəki-Zaqatalada 3.6 faiz, Quba-Xaçmazda 2.9 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.3 faiz, Yuxarı Qarabağda 1.5 faizdir. Naxçıvanda yoluxma 0.07 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.


22.09.2021 - 17:19

Qazax sakini minaya düşərək öldü

Qazax rayon Xanlıqlar kənd sakini, 1988-ci il təvəllüdlü Məmməd Mərdanov rayonun Bala cəfərli kəndində minaya düşərək ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır.


21.09.2021 - 16:54

Bu türk dövləti Azərbaycanla hava əlaqəsini BƏRPA EDİR

Qazaxıstan hökuməti Azərbaycanla hava əlaqəsinin bərpası ilə bağlı qərar qəbul edib. Xəbər verilir ki, qərarda reyslərin sayının artırılacağı da bildirilir. Qazaxıstan hökumətindən bildirilib ki, hava əlaqələri ölkəmizlə yanaşı, daha 15 ölkə – Rusiya, Türkiyə, BƏƏ, Özbəkistan, Almaniya, Maldiv adaları, Koreya, Polşa, Macarıstan, İtaliya, Çexiya, Şri-Lanka, Çin, Səudiyyə Ərəbistanı və Küveytlə də bərpa ediləcək.


17.09.2021 - 09:36

“Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi

“Qarabağ” UEFA Konrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib. Xəbər verilir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrə “Bazel”ini qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Qeyd edək ki, H qrupunun digər matçında “Kayrat” Qazaxıstanda Kiprin “Omoniya” klubu ilə qolsuz heç-heçəyə razılaşıb.


15.09.2021 - 09:37

Tağı Əhmədovun yeyə bilmədiyi milyonları - Onun üçün də tunelin sonu göründü

YAP-ın Yasamal təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılan sabiq metropoliten rəisinin “qəpik-qəpik” yığdığı pulu indi də sələmçilər əlindən alıb; hüquqşünas: “Ən qısa zamanda barəsində həbs qərarı verə bilərlər…” “3 milyonu elə bil ki, qurban vermişdim. Yoxsa Eldar kim idi ki, mən ona, yaxud da Çovdarova pul verim?!” – deyən Tağı Əhmədovun varidatı daha 3 milyon manat azalıb. Bu dəfə “Bakı


14.09.2021 - 16:54

Ermənistan özünü ərzaqla təmin edə bilmir

Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin kənd təsərrüfatı dövriyyəsində olan torpaqlarının sahəsi 315 milyon hektar təşkil edir və bu ölkələrin istehlak bazarı 183 milyon insanı əhatə edir. Həmin ölkələr sırasında umumdaxili məhsulda aqrar sahənin payının ən çox olduğu Ermənistan özünü ərzaqla təmin etmək göstəricisi üzrə axırıncı pillədədir. Sözügedən parametrlərin müqayisəsi üzrə


14.09.2021 - 11:58

Tağı Əhmədov 2 milyon manat sələm verdiyi şəxsi döyüb

Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun 2 milyon manat pulunu sələmə verərək qazanc əldə etməkdə adı hallanır.  Xəbər verilir ki, T.Əhmədovun mərmər biznesi ilə məşğul olan şəxslərə faizlə pul verdiyi iddia olunur. Qazaxıstandan Azərbaycana mərmər gətirilməsi ilə məşğul olan Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarov hazırda dələduzluqda ittiham olunurlar və onların işinə Bakı Ağır Cinayətlə


14.09.2021 - 09:35

Qarabağa qayıdan sakinlər necə yaşayacaq, nə ilə dolanacaq? – İqtisadi təkliflər

2020-ci il iyulun 7-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı. Beləliklə, 1991-ci ildə tətbiq edilmiş bölgü dəyişdirilərək iqtisadi rayonlarımızın sayı 10-dan 14-ə çatdırıldı.  Müvafiq fərmanla Cəbrayıl, Zəngilan, Qubadlı Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayon olan Şərqi Zəngəzurda birləşdi. Qarabağ iqtisadi rayonunun tə


07.09.2021 - 20:55

Azərbaycanda koronavirusa yoluxma statistikası AÇIQLANDI

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb. Xəbər verilir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 54.6 faiz, Abşeronda yoluxma 13.3 faiz, Aranda 11.8 faiz , Gəncə-Qazaxda 6.9 faiz, Şəki-Zaqatalada 3.7 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.6 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.3 faizdir. Magistraturaya II turda uğur qazananların elektron qeydiyyatı başlayır. Başlıbelin 12 sakininin meyit qalıqlarının kimə aid olması müəyyənləşib, onlar əvvəlki yerdə ayrı-ayrı


01.09.2021 - 09:54

“Füzulidən Cəbrayıla gedən yol minalardan təmizlənib” - ANAMA

Hazırda durduğumuz ərazi Füzulinin Qarğabazarı kəndidir. Burada Füzulidən Cəbrayıl rayonuna gedən yolun minalardan təmizlənməsini həyata keçiririk. Sahənin birinci mərhələsi (3.4 kilometr) artıq yekunlaşıb və istifadə üçün təhvil verilib. Orada artıq müəyyən işlər aparılır, yollar çəkilir. Xəbər verilir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) supervayzeri Natiq Əsədov deyib. Onun sözlərinə görə, sözügedə


31.08.2021 - 15:16

Müdafiə naziri istefa verdi

Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev istefa verib. Xəbər verilir ki, dövlət başçısı Kasım-Jomart Tokayev onun istefasını qəbul edib. Nazirin istefası sursat anbarında baş verən partlayışla əlaqədardır. Xatırladaq ki, avqustun 26-da Jambyl vilayətində mühəndis sursatının saxlandığı bir hərbi hissənin anbarında yanğın baş verib. Partlayış nəticəsində15 nəfər ölüb, itkin düşmüş bir nəfərin axtarışı hələ davam etdirilir.


31.08.2021 - 13:52

4 ölkə Xəzərdə birgə hərbi təlimlər keçirəcək

Rusiya, Azərbaycan, İran və Qazaxıstan Xəzər dənizində birgə təlimlər keçirəcək. Xəbər verilir ki, bunu Rusiya Xəzər Donanması komandanının müavini kontr-admiral Sergey Yekimov jurnalistlərə verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, Rusiya, Azərbaycan, İran və Qazaxıstandan gələn gəmilərin Dəniz Kuboku yarışının bitməsindən sonra sentyabr ayının əvvəlində Xəzər dənizində birgə dəniz təlimlə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41