“Qazaxıstan” üzrə 415 nəticə tapıldı
Bu ilin yanvar-mart aylarında hava nəqliyyatı ilə Azərbaycandan ən çox Rusiyaya 1 582 reys təşkil olunub. Xəbər verilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur. Hesabat dövründə Azərbaycandan ümumiyyətlə 5 484 aviareys təşkil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 % çoxdur. Üç ay ərzində Türkiyəyə 1 209, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 716, Gürcüstana 471, Səudiyyə Ərəbistana 181, Qazaxıstana 167, Qətərə 153, Hindistana 135, Özbəkistana 96, İtaliyaya 90, Küveytə 88, Belarusa 64,
Xəbər verdiyimiz kimi, ötən ilin noyabrında həyat yoldaşı Səltənət Nukenovanı öldürməkdə təqsirləndirilən Qazaxıstanın sabiq iqtisadiyyat naziri 43 yaşlı Kuandıq Bişimbayevin dünən məhkəməsi keçirilib. Xəbər verilir ki, məhkəmə prosesi zamanı Nukenovanın dünyasını dəyişdiyi gecə cütlük arasında yaranan mübahisənin görüntüləri nümayiş etdirilib. Görüntülər restoranın videomüş
Qazaxıstan sakini öz uşaqlarını satmaqda təqsirli bilinib. Xəbər verilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Aral rayon sakini əkiz övladına hamilə olduğunu öyrənib və uşaqları dünyaya gəldikdən sonra onları satmaq qərarına gəlib. Qadın onun şərtləri ilə razılaşan tanıdığı ər-arvadla razılığa gəlib. Təqsirləndirilən şəxs ilk pul köçürməsini hamiləlik dövründə
Rusiya neft emalı 2024-cü ilin əvvəlində ikiqat zərbə ilə üzləşib. Sanksiyalar neft emalı zavodlarında təmir işlərinin aparılmasını çətinləşdirir və pilotsuz təyyarələrin hücumları dəyən ziyanın sayını artırır. Energetika və Maliyyə İnstitutunun (IEF) iqtisadiyyat şöbəsinin rəis müavini Sergey Kondratyev “Forbes”dəki köşə yazısında ölkənin yayda benzin qıtlığı ilə üzləşəcəyinə dair xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 167 ölkəsindən 341,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən (DSK) “Qafqazinfo”ya verilən məlumata görə, gələnlərin 26,8 faizi Rusiya Federasiyası, 19,9 faizi Türkiyə, 9,8 faizi İran, 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,7 faiz olmaqla Birləşmiş Ərəb Əmirliklə
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yaxın günlərdə Azərbaycana səfər edəcək. Xəbər verilir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. “Prezident Kasım-Jomart Tokayev martın 11-12-də Azərbaycan Respublikasına dövlət səfəri edəcək”, - məlumatda deyilir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların aparılması və Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasını
Xəbər verdiyimiz kimi, martın 4-də Türkiyənin Çanaqqala vilayətinin Yenice rayonunda zəlzələ baş verib. Bu haqda AFAD-ın yaydığı məlumatda deyilir ki, yeraltı təkanlar 4,9 bal gücündə olub. Zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss edilib. Göründüyü kimi, Türkiyədə zəlzələ kabusu bitmək bilmir. Görəsən, bu zəlzələ növbəti güclü zəlzələnin xəbərçisi ola bilərmi? Qeyd
Azərbaycanın əsas benzin tədarükçüsü olan Rusiya əksər ölkələrə benzin ixracına qadağa qoymağa hazırlaşır. Xəbər verilir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novakın nümayəndəsinə istinadən xəbər verir. Ölkənin Baş naziri Mixail Mişustin martın 1-dən xaricə yanacağın satışının altı ay müddətinə dayandırılması təklifini təsdiqləyib. Bundan başqa, Nazirlər Kabineti birjada dizel
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Federasiyası Müdafiə Nazirliyinin kollegiya iclasında beş ölkənin hərbi qüvvələrinin iştirak edəcəyi KTMT-nin “Qarşılıqlı fəaliyyət-2024” hərbi təliminin keçirilməsi barədə məlumat verib. Xəbər verilir ki, Şoyqunun sözlərinə görə, təlim Mərkəzi Hərbi Dairə qoşunlarının illik təliminin kulminasiya nöqtəsi olacaq və radikal qrupların artan təhlükəsi və Mə
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fevralın 21-də Rusiyaya səfər edəcək. Xəbər verilir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. “Kasım-Jomart Tokayev Kazanda keçiriləcək “Gələcəyin oyunları” beynəlxalq turnirinin açılış mərasimində iştirak etmək üçün fevralın 21-də Rusiya Federasiyasına işgüzar səfərə gedəcək”, - məlumatda qeyd olunub. Mətbuat xidmətinin məlumatına görə, çox
Qazaxıstanda koronavirusa yoluxma hallarının artması ilə bağlı səhiyyə müəssisələrində personal və pasiyentlər üçün maska rejimi bərpa edilib. Xəbər verilir ki, Qazaxıstanın baş dövlət sanitar həkimi Aycan Esmaqambetova qərar imzalayıb. Bununla yanaşı, ölkədə əhalinin kütləvi toplaşdığı ərazilərdə, hava limanlarında, dəmir yolu vağzallarında, bazarlarda, ticarət və əyləncə mərkəzlərində, teatr və kinoteatrlarda, banklarda tibbi və yaxud parça maskadan istifadə
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yanvar ayı üzrə 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Xəbər verilir ki, təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması