Bazar ertəsi, 20 May

Axtarış

Qəzza” üzrə 217 nəticə tapıldı

06.11.2023 - 16:10

Netanyahunun qardaşı oğlu Qəzzada ÖLDÜRÜLDÜ

Qəzzada davam edən qarşıdurmalarda İsrailin baş naziri Binyamin Netanyahunun qardaşı oğlu Yair Edu Netanyahu həlak olub.  Xəbər verilir ki, bu barədə Rusiya mediası məlumat yayıb.  Bildirilir ki, Netanyahunun qardaşı oğlu, snayper bölməsinin lideri, kapitan Yair Edu Netanyahu HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadaları ilə toqquşmada həlak olub. "İsrailin baş naziri Netanyahunun qardaşı oğlu kapitan Yair Edou Netanyahu Qəssam Briqadalarına qarşı aktiv qarşıdurma zamanı Qəzzada öldürü


05.11.2023 - 15:35

İsrail Qəzzanın cənubla əlaqəsini KƏSDİ

İsrail Ordusu Qəzza şəhərinin anklavın cənubuyla əlaqəsini kəsib. Xəbər verilir ki, bu barədə “The Washington Post“ “Planet Labs”ın peyk çəkilişləri vasitəsilə apardığı tədqiqatlara istinadən məlumat yayıb. İsrai Ordusu Qəzza sektoruna şimal-qərbdən 6,5 km daxil olub və Əl-Şati qaçqın düşərgəsinə qədər irəliləyib. İsrail Ordusunun digər bölmələri isə cənubdan Qəzza sektoruna 6,5 km daxil olub. Bununla da şəhərin


03.11.2023 - 17:14

HƏMAS-ın əlində olan girovlar PUA-larla axtarılır

ABŞ Qəzza zolağında radikal HƏMAS hərəkatının saxladığı girovları axtarmaq üçün kəşfiyyat pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir. Bu barədə ABŞ administrasiyasındakı mənbələr məlumat yayıb. Bildirilir ki, girovların axtarışı azı bir həftədir ki, davam edir. Administrasiyadan hesab edilir ki, HƏMAS-ın İsrailə daxil olmasından sonra itkin düşdüyü bildirilən 10 amerikalı yaraqlıların əlində olan 200-dən çox girovlar arasında ola bilər.


03.11.2023 - 14:58

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ açıqlaması

Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzaya hücumlarına sərt reaksiya verib. Xəbər verilir ki, "Bu vəhşiliyi izah edəcək bir anlayış yoxdur" - deyən Ərdoğan "Hər kəsin təhlükəsizliyini təmin edəcək yeni mexanizmlər üzərində işləyirik", - deyə bildirib. Ərdoğan Qazaxıstanın paytaxtı Astanada


03.11.2023 - 09:22

İsrail ordusu Qəzzanı tam mühasirəyə aldı

“İsrail əsgərləri Fələstinin radikal HƏMAS hərəkatına qarşı əməliyyat zamanı eyniadlı sahil anklavının ən böyük şəhəri Qəzzanı tam mühasirəyə alıblar”. Xəbər verilir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib. O, axşam brifinqində deyib: “İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin mühasirəsini tamamlayıb. Qəzza şəhərini tamamilə mühasirəyə alıblar”.


02.11.2023 - 17:44

Qəzzada ölənlərin sayı 9061 nəfərə çatıb

Qəzza zolağında Fələstin-İsrail qarşıdurması nəticəsində həlak olanların sayı 9061 nəfərə çatıb.  Xəbər verilir ki, bu barədə məlumatı anklavın Səhiyyə Nazirliyinə istinadən “Əl-Cəzirə” telekanalı yayıb.  Yaralıların sayının isə 32 minə çatdığı bildirilir. Bununla yanaşı, 2060 nəfərin dağıntılar altında itkin düşdüyü açıqlanıb.


02.11.2023 - 12:01

İsraildə 8 azərbaycanlı həlak olub - RƏSMİ

“Qəzzada Azərbaycan vətəndaşının olub-olmamasına dair məlumatımız yoxdur”. Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, oktyabrın müharibə başlayandan bəri İsraildə 8 Azərbaycan vətəndaşı həlak olub: “Səfirliyimizin fəaliyyəti isə davam etdirilir. Hansısa ciddi məhdudiyyət yoxdur".


01.11.2023 - 14:15

İsrail ordusunun Qəzzadakı quru əməliyyatından YENİ GÖRÜNTÜLƏR - VİDEO

İsrail ordusunun Qəzza zolağında genişmiqyaslı quru əməliyyatının yeni görüntüləri yayılıb.  Xəbər verilir ki, bu barədə görüntüləri İsrail Müdafiə Ordusu (SAXAL) təqdim edib.   Məlumata görə, İsrail ordusu Qəzza zolağına ümumi sayı 20 mindən çox olan bir neçə zirehli və piyada diviziyası ilə daxil olub. 


30.10.2023 - 10:01

İran XİN rəhbəri Türkiyəyə gedir

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfər edəcək. Xəbər verilir ki, bu barədə İSNA agentliyi məlumat yayıb. İran XİN rəhbərinin oktyabrın 31-də Qəzzadakı vəziyyətə görə Qətərə səfər edəcəyi, daha sonra Türkiyəyə gedəcəyi bildirilib.


29.10.2023 - 08:53

“İsrail əsgərləri HƏMAS-ı məhv etmək məqsədi ilə Qəzza zolağına daxil olub” - Netanyahu

İsrail hərbçiləri Fələstinin HƏMAS radikal təşkilatını məhv etmək və 7 oktyabrda İsrailə hücum zamanı əsir götürərək anklavda saxladığı girovları azad etmək məqsədi ilə Qəzza zolağına daxil olub. Xəbər verilir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. “İsrail vətəndaşları, dünən gecə quru qoşunlarımız Qəzzanın qapılarından keçərək şər yuvasına daxil oldular. Bu, aydın şəkildə


28.10.2023 - 15:56

"Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik" - Ərdoğan

“Biz Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik”. Xəbər verilir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Böyük Fələstin Mitinqi”ndə çıxışı zamanı bildirib. O, Qərbi yeni müsəlman-xristian qarşıdurmasını yaratmağda ittiham edərək, Qəzzada insanların ölümündə də məhz Qərbin günahkar olduğunu vurğulayıb: “Rusiya-Ukrayna mharibəsində ölənlər üçün timsah göz yaşı tö


28.10.2023 - 15:00

İsrail hərbi əməliyyatların yeni mərhələsinin başladığını elan edib

İsrailin müdafiə naziri Yoav Qalant hərbi əməliyyatların yeni mərhələsinin başladığını elan edib. Xəbər verilir ki, İsrailin müdafiə nazirinin sözlərinə görə, hərbi əməliyyatlar yeni əmrlər alınana qədər davam edəcək. “Biz yerin üstündə və altında hücum etdik, bütün səviyyələrdə və hər yerdə terrorçulara hücum etdik. Oktyabrın 27-də “Jerusalem Post” qəzeti IDF radiosuna istinadən yazıb


Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41