“Səudiyyə” üzrə 171 nəticə tapıldı
Futbol üzrə Polşa milli komandası Qətərdə keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb. Çeslav Mixneviçin baş məşqçi olduğu kollektiv C qrupunun II turunda Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib. Görüşdə ilk qolu 39-cu dəqiqədə Pyotr Zelinski vurub. Son nöqtəni isə 82-ci dəqiqədə kapitan Robert Levandovski qoyub. Bu, 34 yaşlı hücumçunun mundiallar tarixində ilk qolu olub. Bu qələbədə
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Qətərdə keçirilən dünya çempionatında argentinalılar üzərində qələbəyə görə milli komandanın hər bir oyunçusuna “Rolls Royce Phantom” avtomobili hədiyyə edib. Məlumata görə, Səudiyyə Ərəbistanı millisinin oyunçuları belə bir hədiyyəni ağlasığmaz adlandırıblar. Belə ki, 2022-ci ildə buraxılan “Phantom” modelinin qiyməti 460-550 min dollar
Ukrayna Milli Təhlükəszilik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya hərbçilərinə “Şahed-136” kamikadze dronlarının idarə olunmasını öyrədən İran təlimatçılarının Krımda öldürüldüklərini təsdiq edib. Xəbər verilir ki, bunu Britaniyanın The Guardian qəzeti yazıb. Danilovun sözlərinə görə işğal olunmuş Ukrayna torpaqlarında Rusiyanın müdaxiləsini dəstəkləyən başqa iranlılar da hədə
Səudiyyə Ərəbistanının Məkkə şəhəri və ətraf rayonlarda cümə axşamı səhər saatlarında başlayan güclü yağışlar nəticəsində iki nəfər ölüb. Xəbər verilir ki, bu barədə krallığın eyniadlı əyalətinin hakimiyyət orqanları məlumat yayıb. Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin məlumatına görə, ən çox yağıntı Ciddə vilayətinin dənizkənarı ərazilərinə düşüb. Güclü yağışlar tufan
Qətərdəki dünya çempionatı argentinalı hücumçu Lionel Messinin karyerasında sonuncu olacaq. Futbolçu bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında danışıb. “Əlbəttə, bu mənim son dünya çempionatımdır, onu qazanmaq üçün son şansımdır. Mənim və ümumi arzumuzu həyata keçirmək üçün son şansdır. Bunun karyeramın ən xoşbəxt anı olub-olmadığını bilmirəm, amma özümü çox yaxşı hiss edirəm. Mənə düşən
"Mançester Yunayted"in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo özünə gələn transfer təklifləri barədə danışıb. Xəbər verilir ki, 37 yaşlı hücumçuya təklif göndərdiklərini açıqlayan yeganə klub "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) olub. Ronalda isə bu haqda deyib: “Bəli, çox böyük təklif var idi, bu, doğrudur. Amma mətbuatda hər cür cəfəngiyyat yazırlar ki, məni heç kim istəmir. Bu, qə
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Üçüncü Komitəsinə üzv ölkələr İranda insan haqlarının vəziyyəti ilə bağlı Kanadanın təklif etdiyi qətnamə layihəsinə səs veriblər. Xəbər verilir ki, özünü Qafqazda “demokratiya brilliantı” adlandıran Ermənistan qətnaməyə qarşı çıxıb. İranda insan haqlarının vəziyyətilə bağlı qətnamə layihəsi lehinə 79, əleyhinə 30 səs, 71 nəfər bitərəf olmaqla
İranda Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlar səngimir. Günbəgün artan və genişlənən aksiyaların hədəfi də artıq dəqiqləşib - mövcud molla idarəçilik rejimi. Etirazçılar sistem daxilində siyasi islahat tələb etmir, qəti şəkildə teokratik rejimin getməsini istəyir. Aksiyalar rejimin ən qatı tərəfdarı olan Qum və Məşhəd kimi şəhərləri də əhatə edib. Aksiyalar başlayandan yüzlərlə
İranın Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığı haqqında yayılan xəbərlərdən sonra ABŞ-ın İrana döyüş təyyarələri göndərdiyi bildirilir. Məlumata görə, ABŞ Mərkəzi Komandanlığına İranın ballistik raketləri və PUA-larının Səudiyyə Ərəbistanındakı hədəflərə gözlənilməz hücumları barədə xəbərdarlıq edilib. ABŞ-ın hərbi hava qüvvələrini artırmaq üçün İ
"Kreml İranın Səudiyyə Ərəbistanına və digər ölkələrə mümkün hücumu barədə məlumatlara malik deyil". Xəbər verilir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Peskov ABŞ mediasının xəbərini şərh edərkən deyib: “Düzünü desəm, bizdə belə bir məlumat yoxdur və bu fərziyyələrin haradan qaynaqlandığını da bilmirik”. Xatırladaq ki, "The Wall Street Journal" İranın Səudiyyə Ərəbistanına hücum edə
Səudiyyə Ərəbistanının tikintisinə başladığı “The Line” (“Xətlər”) şəhərinin yeni videogörüntüləri yayılıb. Görüntülərdə şəhərin tikintisinə necə başlandığı əks olunur. Belə ki, 170 kilometr uzunluğunda olacaq şəhərdə 9 milyon insanın yaşaması nəzərdə tutulur. “Ağıllı şəhər” hündürlüyü 500 metrə qədər olan “divardan” ibarət olacaq. Həmçinin şəhərdə avtomobillər olmayacaq.
Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman Ukraynaya 400 milyon dollarlıq humanitar yardım göndərəcəyini elan edib. Xəbər verilir ki, Krallığın vəliəhdi bu bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra verib. Məhəmməd bin Salman qeyd edib ki, Səudiyyə Ərəbistanı gərginliyin aradan qaldırılması istiqamətində əlindən gələn bütün səyləri davam etdirəcək, habelə Rusiya ilə