“Taliban” üzrə 356 nəticə tapıldı
Taliban komandirləri onları əsgərlərinə zorla ərə vermək üçün işğal olunmuş ərazilərin ağsaqqallarından subay qız və qadınların siyahısını tələb edirlər. Xəbər verilir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Məlumata görə, silahlılar yerli sakinlərin evlərinə basqın edir və zorla gənc qızlarla evlənirlər. Əvvəllər bu norma 15-45 yaş arası evlənməmiş qızlara aid idisə, indi
Əfqanıstan ordusunun yüzlərlə hərbçisi ölkənin şimalında yerləşən Künduz vilayətində “Taliban”a müqavimət göstərməkdən imtina edərək təslim olublar. Xəbər verilir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb. Qəzet yazır ki, bu, ABŞ qoşunlarının geri çəkilməsindən sonra Əfqanıstan ordusunun sıralarında ən böyük seyrəlmədir. Həmçinin qeyd olunur ki, təslim
Türkiyə ən qısa müddətdə ölkənin cənub-qərbindəki meşə yanğınlarının nəticələrini aradan qaldırmaq və təbiət hadisəsindən zərər çəkmiş bölgələri bərpa etməkdə qərarlıdır. Xəbər verilir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Turk” və “Kanal D” telekanallarına müsahibəsində bildirib. “Yanmış meşələr küldən qalxacaq. Biz bu əraziyə yeni ağ
Taliban hərəkatı yeni ərazilər ələ keçirməyə davam edir. Xəbər verilir ki, qruplaşma Badaxşan vilayətinin mərkəzi olan Feyzabad şəhərinə də nəzarəti ələ alıb. Beləliklə, qruplaşma 8-ci vilayət mərkəzinə də nəzarət edir. Hazırda Taliban üzvləri ölkənin ikinci ən böyük şəhəri sayılan Qəndəharı ələ keçirməyə cəhd göstərir.
“Əfqanıstanı tərk etmək qərarından peşman deyiləm”. Xəbər verilir ki, bunu ABŞ prezidenti Co Bayden mətbuat konfransında bildirib. ABŞ-ın Əfqanıstanda “Taliban” hərəkatının geniş hücumu ilə bağlı qərarını dəyişib-dəyişməyəcəyi sualına cavab olaraq o deyib: "Son 20 ildə orada 300 mindən çox Əfqanıstan əsgərini təlim və təchiz etmək üçün 1 trilyon dollardan çox vəsait xərcləmişik. Əfqanı
Əfqanıstanın Özbəkistan və Tacikistanla sərhədi Taliban tərəfindən idarə olunur və KTMT terrorçuların ehtimal olunan hücumuna hazır olmalıdır. Xəbər verilir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. Qeyd edək ki, bundan öncə Şoyqu Taliban liderlərinin ətraf ölkələrə hücum etməyəcəkləri barədə Rusiyaya söz verdiyini bildirmişdi.
“Əfqanıstan hökumətinin radikal “Taliban” yaraqlılarının öhdəsindən gəlmək üçün kifayət qədər silahlı qüvvəsi var, bu, respublika hakimiyyətinin danışıqlarda üstünlük qazanmasına imkan verəcək”. Məlumata görə, bu sözləri Ağ Evin mətbuat katibi Jen Psaki mətbuat konfransında söyləyib. O, Əfqanıstanda sabitliyin bərpasına, Milli Təhlükəsizlik Qüvvələrinin müqavimətini gücləndirəcək silahlara,
“Taliban” hərəkatının üzvləri Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri olan Bəğlanın mərkəzi Pul-i Xumri şəhərini ələ keçiriblər. Bu barədə “AFR” agentliyinə istinadən xəbər verir. Qeyd olunub ki, hərəkatın yaraqlıları şəhərə daxil olub, “bayraq”larını Mərkəzi meydanda, həmçinin qubernatorun iqamətgahının qarşısında qaldırıblar. Hökumət qüvvələri məcburən geri çəkilib.
Hindistan Əfqanıstanın Məzari-Şərif şəhərindəki konsulluğunu müvəqqəti olaraq bağlayıb. Xəbər verilir ki, konsulluqdakı bütün diplomatlar ölkədən çıxarılıb. Məlumata görə, konsulluq Məzari-Şərifdəki Hindistan vətəndaşlarının xüsusi təyyarə reysi ilə evlərinə çatıdırılacaq. Bildirilib ki, "Taliban" terror təşkilatı ötən həftə Məzari-Şərifə və ətraf rayonlara hücuma başlayıb.
Əfqanıstanda gərgin vəziyyət davam edir. Son sutka ərzində Müdafiə və Təhlükəsizlik Qüvvələri ilə Taliban silahlıları arasında olan toqquşmalarda xeyli sayda insanın həlak olduğu bildirilir. Xəbər verilir ki, bu barədə "Tvitter"də məlumat yayan Müdafiə Nazirliyi yüzlərlə terrorçunun məhv edildiyini bəyan edib: "24 saat ərzində Nanqarxar, Kunar, Loqar, Paktiya, Paktika, Maydan Vardak, Qəndəhar, Sari-Pul, Helmand, Qunduz və Baqlan əyalətlərində keçirilə
“Taliban”ın hələ də Kabilə daxil olmaqla bağlı qərarı yoxdur”. Xəbər verilir ki, bunu hərəkatın sözçüsü Zabihullah Mücahid bildirib. Onun sözlərinə görə, “Taliban” əvvəlcə Kabul ətrafındakı əyalətləri hökumət qüvvələrindən təmizləyəcək. "Əməliyyat belə planlaşdırılıb. Yalnız bundan sonra Kabula dair qərar verəcəyik”.
Əfqanıstanın şərqindəki Qəndəhar əyalətində son 3 sutkada gedən atışmalar nəticəsində 20-dən çox uşaq ölüb. Xəbər verilir ki, bunu BMT-nin Uşaq Fondu (UNICEF) bildirib. Fondun rəsmi məlumatında qeyd edilir ki, son 72 saat ərzində ölən uşaqların sayı 27, yaralananlar isə 136 nəfərdir.