Bazar ertəsi, 20 May

Axtarış

Tramp” üzrə 149 nəticə tapıldı

11.02.2022 - 16:16

Trampın malikanəsində gizli sənədlər tapıldı

ABŞ Milli Arxivlər və Qeydlər İdarəsi ölkənin keçmiş prezidenti Donald Trampın yaşadığı Mar-o-Laqodakı malikanəsində gizli və tam məxfi qeyd olunan bir neçə sənəd tapıb. Xəbər verilir ki, bu barədə mənbələrə istinadən “Vaşinqton Post” məlumat yayıb. Arxiv əməkdaşları Trampın Ağ Evdən çıxararaq Mar-o-Laqoya apardığı bir neçə qutu sənəd ələ keçiriblər. Sənədlər arasında Şimali Koreya lideri Kim Çen İ


01.02.2022 - 18:59

Azərbaycanda yol terroru: 60 ölü, 33 yaralı... - Müqəssir kimdir?

Daxili İşlər Nazirliyi yanvarın 1-dən fevralın 1-dək respublikanın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin statistikasını açıqlayıb. Statistikaya əsasən, son bir ayda ölkə ərazisində 53 yol-nəqliyyat hadisəsəi baş verib. Bu qəzalar zamanı 60 nəfər ölüb, 33 nəfər isə müxtəlif xəsarət alıb. Bəs bu qəzaların və baş verən ölüm hallarının artma səbəbi nədir? Bu məsə


27.01.2022 - 16:36

"Forbes" jurnalı Trampın sərvətini açıqladı

"Prezidentliyinin son ilində Donald Trampın təxminən nağd 93 milyon dollar nağd pulu var". Xəbər  verilir  ki,  bununla  bağlı "Forbes"  jurnalı növbəti buraxılışında  məqalə  dərc edib. "Forbes" öz qiymətləndirməsini Nyu-York Baş prokuroru Letisiya Ceymsin keçən həftə Tramp Təşkilatının mümkün saxtakarlıq sxemləri ilə bağlı mülki araşdırmanın bir hissəsi olaraq açıqladığı sənədlərə əsaslandırıb. Nəşr Trampı


15.01.2022 - 14:28

Tramp ABŞ-nin 2 ştatında mitinq keçirməyi planlaşdırır

ABŞ-ın sabiq Prezidenti Donald Tramp yanvarın 29-da Texas ştatında öz tərəfdarları ilə mitinq keçirəcək. Xəbər verilir ki, eks-prezidentin digər mitinqi Arizona ştatında təşkil olunacaq. D.Tramp bildirib ki. bu mitinqlər Kapitoliyə hücumun ildönümü ilə bağlı keçirməyi planlaşdırdığı mətbuat konfransının alternativi kimi görür.


07.01.2022 - 15:09

"Bayden Amerikanı məhv edir" - Tramp

ABŞ prezidenti Bayden keçən il yanvarın 6-da Tramp tərəfdarlarının Konqres binasına basqın etməsinin ildönümü ilə əlaqədar yerli medialardan birinə  açıqlama verib.  Xəbər verilir ki, o, Trampın 2020-ci il seçkiləri ilə bağlı yalan bəyanat yaydığını və öz maraqlarını ölkəsinin mənafeyindən üstün gördüyünü ifadə edib: “Tariximizdə ilk dəfə prezident nəinki seçkiləri uduzdu, həm də təcavüzkar kü


04.01.2022 - 13:06

Trampın övladları onun fırıldaqçılıq əməli şübhəsi ilə əlaqədar ifadə veriblər

ABŞ-ın sabiq prezidenti Donald Trampın qızı İvanka Tramp və oğlu kiçik Donald Tramp Birləşmiş Ştatların sabiq dövlət başçısının biznesi ilə bağlı aparılan təhqiqatla əlaqədar Nyu-York şəhər Prokurorluğuna çağırılıb. Bu barədə “The New York Times” qəzetinə istinadən yazıb. İstintaq sabiq president Donald Trampın fırıldaqçılıq əməlindən şübhələnir. İddiaya görə, Trampın şirkətlərindən biri


04.01.2022 - 09:20

İran Prezidenti ABŞ-ı qisasla HƏDƏLƏDİ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və keçmiş dövlət başçısı Maykl Pompeo general Qasım Süleymaninin qətlinə görə mühakimə olunmalıdırlar. Xəbər verilir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib. “Əgər ədalət zəfər çalmasa, o zaman İran xalqından qisas gələcək”, – dövlət başçısı bildirib.


30.12.2021 - 17:56

Əfqanıstanın keçmiş prezidenti ilk dəfə ölkədən qaçmasından danışdı

Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni ilk dəfə ölkədən necə qaçdığından danışıb. Xəbər verilir ki, bu barədə o, “BBC Radio4” radiostansiyasının “Today” proqramında bəhs edib. Qəninin iddiasına görə, belə bir addımı şəhərin dağılmasının qarşısını almaq məqsədilə atıb. Onun bildirdiyinə əsasən, bu ilin avqust ayının 15-də səhər baş verənləri anlamayıb və yalnız Ö


24.12.2021 - 13:29

Trampın Ağ Evdəki şəxsi qeydləri yayımlana bilər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ali Məhkəməyə müraciət edib. Xəbər verilir ki, eks-prezident Milli Arxivdəki şəxsi qeydlərinin yanvarın 6-da Konqresin reydini araşdıran Nümayəndələr Palatasının komitəsinə verməsinin qarşısını almağı xahiş edib. Trampın vəkilləri bu barədə Ali Məhkəməyə ərizə təqdim edib. Qeyd edək ki, Tramp prezidentliyi dövründən sonra bir çox məhkəmədə uduzub.


18.12.2021 - 11:33

Elmar Məmmədyarovun oğlu məhkəməlik oldu - 4,5 milyonluq mülkə görə

Nyu-York Mellon Bankının (THE BANK OF NEW YORK MELLON) iddiası əsasında Nyu-York əyalət məhkəməsi (New York County Courts) keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarova qarşı vergi davası açıb.  Xəbər verilir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. Onun iddiasına görə, vergi davasına sabiq nazirin oğlunun adına aldığı 4.5 milyonluq mənzillərlə bağlı məlumatlar ictimailəşəndə


02.12.2021 - 12:04

Tramp yenidən ABŞ prezidenti olmaq istəyir: “Namizəd olacam”

ABŞ-ın sabiq prezidenti Donald Tramp “GB News” kanalına müsahibəsində uduzduğu 3 noyabr seçkilərinin saxtakarlıqla oğurlandığına dair iddiasını təkrarlayıb. Xəbər verilir ki, eks-prezident 2024-cü ildə yenidən prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sualı da cavablandırıb. “Ölkəni sevirsənsə, başqa seçimin yoxdur. Bu, sual deyil”, - Tramp deyib. Ölkəsini sevdiyini və onu görünməmiş bir səviyyəyə çatdırdığını iddia edən Tramp koronavirus peyvə


15.11.2021 - 16:10

Anar Məmmədovun batan gəmisi xilas oldu - “Trump Tower”də təmir gedir

Bakıda “Trump Tower” oteli kimi tanınan məşhur binada təmir-bərpa işlərinə başlanıb. Hazırda binanın həm fasadında, həm də içərisində ciddi təmir işləri aparılır. Bəllidir ki, görünüşcə gəmi yelkəninə bənzəyən bu bina keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən inşa edilib. Anar Məmmədovun “gəmisi” yenidən hə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41