“UEFA” üzrə 162 nəticə tapıldı
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Azərbaycan və Belarus milliləri üz-üzə gələcək. Xəbər verilir ki, "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Yığmalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar: Azərbaycan: 12 Magomedaliyev (GK) 3 Salahli 4 Mustafazade 8C Makhmudov 9 Dadaşov 11 Sheydaev 13 A. Hüseynov 14 Eddy 15 B. Hüseynov 18 J. Huseynov 20 Richard Almeida Belarus: 12 Pavlyuchenko (GK) 2 Pechenin 3 Bacharou 4 Khadarkevich 5 Malkevich 6 Politevich 8 Shauchenka 9 Ebong 10 Bakhar 14
"Qarabağ" klubu cari mövsüm vurduğu qolların sayını 100-ə çatdıra bilər. Məlumata görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda indiyədək bütün turnirlərdə 98 dəfə fərqlənməyə müvəffəq olub. "Köhlən atlar" Azərbaycan Premyer Liqasında 65, ölkə kubokunda 15, UEFA Konfrans Liqasında isə 18 dəfə rəqib qapılarına yol tapıb. Ağdam təmsilçisi daxili yarışlarda 80 dəfə qol sevinci yaşayıb.
Bu gün UEFA Çempionlar Liqasında ikinci yarımfinal görüşü keçiriləcək. Xəbər verilir ki, Madriddə “Real” yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin “Mançester Siti” klubunu qəbul edəcək. Santyaqo Bernabeu adına stadionundakı matç çox maraqla gözlənilir. Çünki komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda “şəhərlilər” 4:3 hesablı qələbə qazanıb. Artıq İspaniya çempionluğunu təmin etmiş “Real” bu mövsüm ikinci böyük
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Xəbər verilir ki, keçiriləcək görüşlərlə bütün yarımfinalıçların adına aydınlıq gələcək. Avropa Liqası, 1/4 final Cavab oyunları 14 aprel 20:45. "Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya) İlk oyun - 1:1 23:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya) İlk oyun - 1:1 23:00. "Lion" (Fransa) - "Vest Hem" (İngiltərə) İlk oyun - 1:1 23:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) İlk oyun - 0:1 *** İtaliyanın "Atalanta"
“Keşlə” futbol klubu ad dəyişikliyi ilə bağlı UEFA, AFFA və PFL-ə müvafiq qaydada rəsmi müraciət edib. Xəbər verilir ki, bütün hüquqi prosedurlar yekunlaşdıqdan və sənədlər tam şəkildə təqdim olunduqdan sonra PFL “Şamaxı” futbol klubunu “Keşlə” futbol klubunun tamhüquqlu xələfi olaraq qəbul edib. “Şamaxı” futbol klubu ev oyunlarını Şamaxı şəhər stadionunda keçirəcək.
UEFA Avropa Konfrans Liqasındakı iştirakına görə “Qarabağ”a növbəti maliyyə vəsaiti ayrılıb. Xəbər verilir ki, turnirin play-off mərhələsində çıxış etdiyi üçün UEFA-nın ayırdığı 300.000 (üç yüz min) avro maliyyə vəsaiti (əlavə bonus) c-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.
Rusiya 2023 və 2028-ci il Avropa çempionatının ev sahibliyi üçün UEFA-ya müraciət edib. Xəbər verilir ki, bu barədə goal.com saytı məlumat yayıb. Bildirilib ki, Rusiya ilə yanaşı Türkiyə və Böyük Britaniya da qitə futbol qurumuna məktub göndərib.
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Xəbər verilir ki, cavab mərhələsinin bütün oyunları eyni gündə gerçəkləşəcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniya "Barselona"sını qəbul edəcək. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmayıb. Turnirin 6 qat qalibi İspaniya "Sevilya"sı İngiltərədə "Vest Hem"in qonağı olacaq. Əndəlusiya təmsilçisi ilk matçda rəqibinə 1:0 hesabı ilə
UEFA Konfrans Liqasının Fransada “Marsel”lə “Qarabağ” arasında keçirilmiş pley-off mərhələsinin ilk oyununda baş verən hüquqi pozuntularla bağlı qərarlarını açıqlayıb. Xəbər verilir ki, Nəzarət, Etika və İntizam Komitəsi Fransa klubuna ümumilikdə 44 250 avro cərimə kəsib. Cərimənin 20 000 avrosu azarkeşlərin təxribatçı siyasi və təhqiramiz hərəkətləri ilə əlaqədar tətbiq olunub. Qarşılaşmanın gedişində Ermənistan və qondarma rejimin
"Bu oyuna həqiqətən çox böyük maraq var". Məlumata görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın "Marsel" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis bildirib ki, qışdan sonra Azərbaycanda belə oyun keçirilməyib: "Bizim azarkeşlər də çox istəklidir. Bizə inandıqlarına görə onlara
“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metronun iş rejimində dəyişiklik edilməsi xahişi ilə müraciət ünvanlayıb. “Köhlən atlar”ın Mətbuat Xidmətindən verilən məlumata görə, müraciət və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika
Xorvatiyanın "Dinamo Zaqreb" klubu İspaniyanın "Sevilya"ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu üçün İspaniyaya səfər edib. Azərbaycan millisinin futbolçusu Mahir Emreli də klubla birgə İspaniyaya gedib. Xəbər verilir ki, bu barədə klubun instaqram səhifəsində paylaşım edilib. Qeyd edək ki, fevralın 17-də Avropa Liqası turniri çərçivəsində oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.