“VasifTalıbov” üzrə 31 nəticə tapıldı
Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefasından sonra Naxçıvanda gözlənilməz hadisələr baş verdi. Xəbər verilir ki, 27 il Vasif Talıbovun köməkçisi olan Ramiz Məmmədov muxtar respublikada əsas söz sahiblərindən birinə çevrilib. Halbuki, Talıbovun rəhbərliyi dövründə Ramiz Məmmədov sadəcə köməkçi vəzifəsini icra etmiş, ona heç bir sahəyə müdaxilə imkanı
Naxçıvan Muxtar Respublikasının (NMR) Şahbuz rayonu, Ağbulaq kəndində yerləşən, bir vaxtlar “Nəqşicahan” Holdinqin nəzdində olan Ağbulaq İstirahət Mərkəzi və Ağbulaq Xizək Mərkəzi satılıb. Xəbər verilir ki, mərkəz NMR Həmkarlar İttifaqları Şurası tərəfindən satın alınıb. Artıq istirahət mərkəzində Həmkarlar İttifaqları Şurası yenidənqurma işləri aparır. Şuradan bildirilib ki, bu işlərə ötə
Vasif Talıbovun istefasından sonra “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətində onun ailə üzvlərinə məxsus paylar başqa şəxslərə transfer edilib. Naxçıvanbank Talıbovlara məxsus bizneslərdən biri olsa da, ailənin buradakı payları uzun müddət gizli saxlanılıb. Bank demək olar ki, hər il müstəqil audit hesabatı yayımlasa da payçılar və onların payının miqdarı müxtəlif üsullarla gizlədilib. Bankın yalnız 2017-ci ilə dair
Naxçıvan Muxtar Respublikasında yeni taksi xidməti fəaliyyətə başlayıb. Xəbər verilir ki, bu barədə TNS-ə Naxçıvandan məlumat verilib. Bakıda fəaliyyət göstərən “Xan” taksi xidməti Naxçıvan şəhərində öz ofisini açıb, muxtar respublika ərazisində fəaliyyət göstərməyə başlayıb. Artıq muxtar respublika sakinləri bütün mobil operatorlardan *8777 nömrəsinə zəng edərək bu taksi xidmətindən istifadə edə bilə
Dövlət Sərhəd Xidməti Naxçıvan Muxtar Respublikası (NMR) Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası (İİR) ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilməsi ilə bağlı yayılmış məlumatlara münasibət bildirib. Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhə
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətində növbəti dəfə problem yaranıb. Naxçıvan “xan”ının sağlıq durumu kəskin pisləşdiyi üçün Bakıdan gedən tanınmış həkimin müdaxiləsinə ehtiyac yaranıb. Xəbər verilir ki, vəzifədən istefa verdiyi ötən 40 gün ərzində Vasif Talıbov üçüncü dəfə tibbi yardım almaq məcburiyyətində qalıb. Onun səhhətinin pisləşməsi son
Naxçıvan MR-in keçmiş iqtisadi inkişaf naziri Famil Seyidovun yaxın vaxtlarda həbsi gözlənilir. Xəbər verilir ki, bu barədə tanınmış jurnalist və ekspert Heydər Oğuz məlumat yayıb. Məlumata görə, Famil Seyidov artıq “Gəmiqaya Taxıl” MMC-nin nəzdindəki anbar müdiri vəzifəsindən də uzaqlaşdırılıb.
Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verməsi onunla bağlı indiyə kimi ictimaiyyətə məlum olmayan bir çox sirlərin üzərindəki pərdəni götürdü. Məlum oldu ki, Talıbov və ailə üzvləri ötən 27 ildə vəzifə səlahiyyətindən sui-istifadə edərək 30 milyard manata yaxın sərvət toplaya biliblər. Bu sıraya dövlət vəsaitinin talan edilməsi, ayrı-ayrı sahibkarlara mə
Bakıda və ölkənin digər şəhər və rayonlarında yaşayan Naxçıvan Muxtar Respublikası sakinlərinin "ASAN xidmət" mərkəzlərində şəxsiyyət vəsiqələrini dəyişdirməsi mümkün olacaq. Xəbər verilir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov məlumat verib. O bildirib ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan,
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov Dubaydakı mülklərini satıb. Xəbər verilir ki, Vasif Talıbov oğlu Seymur Talıbovla birlikdə 2022-ci ilin oktyabr ayının əvvəlində Dubaya səfər edib. Onlar təxminən 10 gün orada qalıblar. Talıbovlar Dubayda qaldıqları müddətdə oradakı əmlaklarını və şirkətlərini satıblar. Xatırladaq ki, Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq” şirkəti də artıq onun əlindən alı
Naxçıvanda “Sürət Kargo” MMC-nin ofisində yoxlamalar başlayıb. Xəbər verilir ki, yoxlamalar şirkətin Naxçıvan şəhəri Təbriz küçəsi, 1 ünvanındakı mərkəzi ofisində və anbarlarında aparılır. Məlumata görə, sözügedən şirkət həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının daşınmasını həyata keçirir. “Sürət Kargo” MMC Azərbaycan Respublikasında və Türkiyədə qeydiyyatdan keçmiş və hə
"Vasif Talıbova dərs demişəm, dərsini oxumurdu, zəif idi" Xəbər verilir ki, bu sözləri deputat Fəzail Ağamalı Post Tv-yə müsahibəsində deyib. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov barəsində danışıb: "Vasif Talıbov kimi insanlarla mənim hər zaman məsafəm olub. Baxmayaraq ki, mən ona dərs demişəm. Tarix fakültəsini bitirib, dərs oxumurdu, çox zəif idi, amma sakit biri idi,