Bazar, 19 May

Axtarış

Zelenski” üzrə 738 nəticə tapıldı

16.12.2021 - 10:23

Zelenskidən Rusiyaya: İstənilən formata hazırıq!

Kiyev Donbas münaqişəsinin nizamlanması üçün Rusiya ilə istənilən danışıqlar formatına hazırdır. Xəbər verilir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Rada" telekanalına açıqlamasında deyib.


14.12.2021 - 17:52

Zelenski Donbasdakı itkilərin sayını açıqladı

Ukrayna Donbasdakı münaqişə zamanı 15 minə yaxın insanını itirib. Xəbər verilir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib. “Milyon yarım insan öz evlərini tərk etməyə məcbur oldu və məcburi köçkünə çevrildilər. Ukrayna Donbasda sülhün davamlı olmasını təmin etmək üçün bütün lazımi səyləri etməyə hazırdır. Ötən illər ərzində Ukrayna tərəfi Rusiyaya mü


06.12.2021 - 21:30

Zelenski Donbasda: Qalib gələcəyik...

Ukrayna Prezidenti Vladimir Zelenski ordunun Donbasdakı ön mövqelərinə baş çəkib. Xəbər verilir ki, Zelenski qüvvələrin əməliyyat zonasında əməliyyat vəziyyəti ilə tanış olub. Zelenski hərbçilərlə söhbət edib, onlara qiymətli hədiyyələr və dövlət mükafatları təqdim edib. O, hərbçilərlə görüşündə mütləq qalib gələcəklərinə əmin olduğunu vurğulayıb.


02.12.2021 - 09:00

Zelenski: “Ukrayna müasir dronlar istehsal edən hərbi zavod tikəcək”

Ukrayna prezidenti Vladimir Zelenski müasir dronların istehsalı üçün hərbi zavodun tikiləcəyini elan edib. Ölkədə ilk dəfə belə zavod yaradılacaq. Onun sözlərinə görə, 30 ildə ilk dəfə olaraq təhlükəsizlik sektoru və bütün proqramların müdafiəsi üçün maliyyə vəsaiti 320 milyard qriveni keçəcək. Nəzərə alaq ki, 2018-ci ildə bu məbləğ 191,7 milyard qrivna olub. “Bu vəsaitlər çərçivəsində biz ilk dəfə olaraq raket proqramını, Ukrayna


29.11.2021 - 10:02

Zelenski ilə mübahisə edən jurnalistə cinayət işi açıldı

Volodimir Zelenski ilə sərt tonda mübahisə edən “senzor.net” saytının baş redaktoru Yuriy Butusov barəsində cinayət işi açılıb. Xəbər verilir ki, cinayət işini Ukrayna Dövlət İstintaq Bürosu (DİB) qaldırıb. Buna səbəb jurnalistin ötən gün - Qolodomor faciəsinin ildönümü günü sosial şəbəkə hesabında paylaşım etdiyi video olub. Jurnalistin paylaşdığı videoda bir müddət əvvəl hərbi məşğə


26.11.2021 - 18:36

“Dövlət çevrilişinə cəhd...” – Kremldən kritik açıqlama

“Vladimir Zelenskinin iddiasının əksinə olaraq, Rusiyanın Ukraynada dövlət çevrilişi etmək planı yoxdur”. Xəbər verilir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov deyib. “Rusiyanın belə bir planı yoxdur. Rusiya heç vaxt belə şeylər etmir”, - Kremlin sözçüsü bildirib. Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 1-də ölkəsində planlaşdırılan dövlət çevrilişi ilə bağlı məlumat aldığını bildirib. Onun sözlərinə görə, ona biznesmen Rinat


25.11.2021 - 18:54

Milli aviaşirkət yaradırıq - Zelenski

Biz vədlər verməklə yanaşı, əməli şəkildə həyata keçirməyə gedirik. Bu bizim milli aviaşirkətimizdir və onun yaradılmasına bu gündən rəsmən başlanılacaq. Xəbər verilir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O, qurulacaq şirkətin adını "Ukrayna Milli Hava Yolları" adlandırmağı planlaşdırdıqlarını bildirib. Bundan əlavə, forum çərçivəsində Ukraynanın İnfrastruktur Nazirliyi ilə "Airbus" şirkəti arasında milli aviaşirkətə dair anlaşma memorandumu


19.11.2021 - 14:25

PUTİN, NƏHAYƏT, ETİRAF ETDİ – Kreml öz tərəfdaşlarını düşmənə çevirib

Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-də Xarici İşlər Nazirliyinin kollegiyasında çıxışı zamanı Avropa İttifaqını, NATO-nu, o cümlədən ayrı-ayrı ölkələri - ABŞ-ı, Fransanı, Almaniyanı, Polşanı və Ukraynanı ittiham etdi.  Putin dedi ki, Qərb Rusiyaya təhlükəsizlik təminatı verməyənə qədər Kreml onlara hər zaman “qırmızı cizgiləri” xatırladacaq. “Biz heç kimlə münaqişə istəmirik” deyən Kreml sahibi əslində buna tərs siyasət yürüdü


12.11.2021 - 14:25

Zelenski Gürcüstanın baş nazirindən Saakaşvili ilə bağlı xahiş etdi

Ukrayna Prezidenti Volodimir Zelenski və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub. Xəbər verilir ki, bu barədə Ukrayna lideri tvitter hesabında yazıb. “Qaribaşvili ilə telefon söhbətində qeyd etdim ki, Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin hüquqları beynəlxalq normalara uyğun olaraq tam təmin edilməlidir”, - V.Zelenski yazıb. O vurğulayıb ki, İ.Qaribaşvilidən Mixeil Saakaşvilinin anası, qohumları və ukraynalı həkimlərin onu ziyarət


11.11.2021 - 11:06

Zelenski: Rusiya sərhədimizə 100 minlik qoşun toplayıb 

Rusiyanın Ukrayna sərhədi yaxınlığına qoşun yerləşdirilməsi Kiyevi təəccübləndirmir və qorxutmur. Xəbər verilir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bizim Qərb partnyorlarımız Rusiya qoşunlarının Ukraya ətrafında yerləşdilməsi ilə bağlı məlumat veriblər. İndi bütün dünya görür ki, kim həqiqətən də sülh istəyir, kim 100 minlik qoşunu sərhədə yığır! Eyni zamanda


07.11.2021 - 12:21

Zelenskinin tikdiyi yollardan rus tankları keçəcək

Prezident Vladimir Zelenskinin başlatdığı “Böyük tikinti” kampaniyası çərçivəsində təmir edilən yollar Ukraynaya maksimum iki il xidmət göstərəcək və bu, Rusiya tanklarının Kiyevə getməsi üçün mükəmməldir. Xəbər verilir ki, bu açıqlama ilə Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy çıxış edib. “Hazırda tikilən bu yollardan bir-iki il sonra rus tankı keçəcək. Zelenski belə yollar tikməklə Rusiya ordusu ilə birgə oynayır",


04.11.2021 - 17:31

Erməni deputat Zelenskiyə orta barmaq göstərdi - Video

Ukrayna Ali Radasının hakim Xalqın Xidmətçisi Partiyasından olan erməni əsilli deputatı Qeo Leros parlamentdə çıxışı zamanı Prezident Vladimir Zelenskiyə orta barmaq işarəsi göstərib. Xəbər verilir ki, erməni deputat Zelenskini satqın adlandırıb. “Demək istəyirəm ki, həqiqəti deməkdən qorxmuram. İstədiyin qədər hüquq-mühafizə orqanlarını üstümə göndərə bilərsən, iş aça bilərsən, amma mən həqiqə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41