Bazar, 19 May

Axtarış

adisə” üzrə 4156 nəticə tapıldı

19.05.2024 - 17:32

İran Prezidenti İbrahim Rəisini aparan helikopter qəzaya uğradı

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Xəbər verilir ki, bu barədə IRNA məlumat yayıb. Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub. Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilmə


19.05.2024 - 14:35

Göyçayda 24 yaşlı gənci cərəyan vurdu

Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb. Xəbər verilir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb. Belə ki, rayonun Müskürlü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov İsamayıl Rafiq oğlu Potu kəndi ərazisində ağacdan alça yığarkən ehtiyatsızlıqdan yaxınlıqdan keçən elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb. Onun meyiti aidiyyəti üzrə


19.05.2024 - 12:23

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində müxtəlif bıçaq xəsarətləri alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yarası və sağ budun yuxarı 3/1-nin yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.


19.05.2024 - 11:39

Məşhur reper sevgilisini hoteldə vəhşicəsinə döyüb - ANBAAN VİDEO

Məşhur amerikalı reper Pi Diddinin (Paff Diddi, əsl adı Şon Kombs) Los-Ancelesdəki hotelin dəhlizində keçmiş sevgilisi Kessi Venturanı vəhşicəsində döydüyü görüntülər yayılıb. CNN tərəfindən yayımlanan görüntülərdə Diddinin Kessini yerə yıxaraq təpiklədiyi və paltarından tutaraq dəhlizdə sürüdüyü kadrlar yer alıb. Məlumdur ki, hadisə 2016-cı ildə baş verib. Bundan sonra qadın reperə qarşı zorakılıq iddiası ilə ş


19.05.2024 - 10:58

Azərbaycanda məktəbli qız özünü öldürdü

Beyləqanda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə Tatalılar kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbin yeddinci sinfində təhsil alan Samirə Həsənova (ad soyad şərti) özünü asaraq, həyatına son qoyub. İntiharın səbəbləri məlum deyil.


18.05.2024 - 14:36

22 yaşlı gənc dərmandan zəhərləndi

22 yaşlı gənc dərmandan zəhərlənib. Xəbər verilir ki, hadisə Şəki şəhər Bağbanlar küçəsində baş verib. Həmin  küçədə yaşayan 2002-ci il təvəllüdlü Məmmədov Asim Həsən oğlu yaşadığı evdə coxlu sayda dərman qəbul edib və vəziyyəti pisləşdiyi üçün o Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada A.Məmmədova lazımi tibbi yardım gö


17.05.2024 - 13:01

Məktəbli qızı öldürən azərbaycanlı həbs olundu

Rusiyada avtomobillə qızları vuran azərbaycanlı həbs olunub. Xəbər verilir ki, hadisə bir müddət əvvəl Kalininqradda baş verib. Faiq adlı həmyerlimiz yolu keçən məktəbli qızları vurub. Nəticədə onlardan biri hadisə yerində ölüb, digəri isə ağır xəsarət alıb. Məhkəmənin qərarı ilə Faiq barəsində 4.5 il azadlıqdan məhrumetmə  cəzası təyin edilib.


17.05.2024 - 11:06

Hindistanda İldırım 12 nəfəri vurub öldürdü 

Hindistanın şərqindəki Qərbi Benqal əyalətində ildırım vurması nəticəsində azı 12 nəfər ölüb.  Xəbər verilir ki, bu barədə xarici KİV məlumat yayıb.  Qeyd olunub ki, hadisə əyalətin paytaxtı Kolkatadan 327 km şimalda yerləşən Malda kəndində sakinlərin tarlalarda işlədiyi vaxtda qeydə alınıb.   Ölənlərdən əlavə, bir neçə nəfərin də yaralandığı deyilir. 


17.05.2024 - 09:26

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Bakıda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində qeydə alınıb. Ad və soyadı hələlik bilinməyən 15 yaşlı qız özünü çoxmərtəbəli binadan ataraq canına qəsd edib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.


16.05.2024 - 18:43

Estoniyada təlimlərdə ABŞ-li və britaniyalı desantlar xəsarət aldılar - VİDEO

NATO-nun Estoniyada keçirilən təlimi zamanı ABŞ və Böyük Britaniyadan olan bir qrup desant yaralanıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilir ki, NATO ölkələrindən olan 250 paraşütçü Yarvamaa poliqonunda gözlənilməz problemlə üzləşib, güclü külək eniş zamanı onları bütün sahəyə səpələyib. Hadisə nəticəsində desantlar müxtəlif dərəcəli xəsarət alıblar. Onlar


16.05.2024 - 17:04

17 yaşında itən oğlan illər sonra tövlədə tapıldı - FOTO

Əlcəzairdə 17 yaşında ikən yoxa çıxan şəxs 27 ildən sonra qonşunun tövləsində tapılıb. Xəbər verilir ki, hadisə Celfe vilayətində qeydə alınıb.  17 yaşında yoxa çıxan və öldüyü güman edilən Ömər bin Omran 27 ildən sonra qonşusunun samanla dolu zirzəmisində sağ tapılıb. Əlcəzair polisi itkin düşən şəxsin illərlə zorla ot tayasında saxlandığını açıqlayıb. Faktla bağlı cinayət işi açılıb. 61 yaş


16.05.2024 - 13:05

Bakıda yolu keçən gənc qızı avtomobil vurub

Bakının Nərimanov rayonunda 26 yaşlı qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Xəbər verilir ki, 1998-ci il təvəllüdlü Məltəm Asif qızı Şahabbaslı yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41