Cümə, 17 May

Axtarış

azərbaycan” üzrə 8779 nəticə tapıldı

07.05.2024 - 20:30

Azərbaycan-Ermənistan sərhədində zəlzələ baş verdi

Ermənistan-Azərbaycan sərhədində 2 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mətbuat xidməti məlumat yayıb. Yeraltı təkanlar mayın 7-də saat 20:40-da Şoqakat kəndindən 19 kilometr şimalda qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub.


07.05.2024 - 18:35

Güneydə tarixi qala məhv edilir

Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən tamamilə yox olmaq təhlükəsi qarşısındadır. Xəbər verilir ki, bu barədə yerli mədəni fəallar məlumat yayıb. Bildirilib ki, bununla bağlı Ərdəbil əyalətinin Mədəni İrs İdarəsinə edilən müraciətlər də cavabsız qalıb. Qeyd edək ki, Ultan qalası Muğan


07.05.2024 - 17:50

Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı

Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb. Xəbər verilir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Tədbirlər çərçivəsində “Polsan Anka” MMC-nin Ukraynadan idxal etdiyi “Business Meat Product LLC” şirkətinə məxsus 20 ton ət məhsulu partiyasından (dondurulmuş sümüksüz mal əti) Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Tə


07.05.2024 - 16:33

Keçmiş baş nazir vəzifəsindən azad edildi

Sabiq baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib. Əldə etdiyimiz məlumata görə, N.Məmmədov ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciət edib. ADU-nun mətbuat katibi Cavid Zeynallı faktı təsdiqləyib. O bildirib ki, hələ sözügedən vəzifəyə yeni təyinat olmayıb. Qeyd edə


07.05.2024 - 16:15

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununa əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat nö


07.05.2024 - 15:28

Bu ailələrin övladları təhlükə qarşısındadır - XƏBƏRDARLIQ

“Autizm diaqnozu yalnız uşaqlara qoyula bilər” fikri tamamilə yalnışdır.  Xəbər verilir ki, bu sözləri “Birgə və Sağlam” İctimai Birliyi və DOST Agentliyinin “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə Birliyin nəzdindəki Autizm Mərkəzində keçirilən seminarda mərkəzin mütəxəssisi, psixoloq Aynur Qəribova bildirib. Onun sözlərinə görə, həmin diaqnoz istənilən yaşda özünü göstərir:  “Autizm diaqnozu istə


07.05.2024 - 11:25

Bu gün 4 rayonda qaz olmayacaq

Bu gün Bakının Binəqədi, Xəzər və Sabunçu rayonlarında, həmçinin Tovuz rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Xəbər verilir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində və “Abşeronneft” Neft-Qazçıxarma İdarəsinə (NQÇİ) məxsus 3 qaz ölçü qovşağında daraldıcı qurğuların ə


07.05.2024 - 11:04

Bazar günü Azərbaycan dili imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçircək. Xəbər verilir ki, mayın 12-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin mə


07.05.2024 - 10:36

Azərbaycanda qızılcaya yoluxma ilə bağlı vəziyyət NECƏDİR? - AÇIQLAMA

Azərbaycanda ötən il yanvar-noyabr aylarında 1 493 nəfər qızılcaya yoluxub. Ölkədə ötən il qızılcaya yoluxanlar arasında ağırlaşma və ölüm hallarına da rast gəlinib. Ölüm halları əsasən, uşaqlar və tələbələr arasında qeydə alınıb. Bəs hazırda qızılca xəstəliyinə yoluxanların sayında hansı dəyişiklik var? İnfeksionist-hepatoloq Mərdan Əliyev deyib ki, 2023-cü ilin noyabr ayından sonra qızı


06.05.2024 - 20:14

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb. Xəbər verilir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb. İki dövlətin ekspert qruplarının işi davam edir.


06.05.2024 - 17:06

Nağd 100, ipoteka ilə 200 min – Azərbaycanda dodaquçuqladan faizlər

Ölkədə ipoteka ilə mənzil almaq, sözün əsl mənasında müşkülə çevirilib. İpoteka ödənişlərinin və faizlərin yüksək olması əksər vətəndaşlar üçün çıxılmaz vəziyyət yaradır. Kredit müddəti uzandıqda isə, ödəniləcək məbləğin dəyəri faizlərlə birlikdə alınan mənzilin ümumi dəyərindən minimum 2 dəfə daha baha olur. 100 min manat civarında olan mənzilin ipoteka ilə qiyməti


06.05.2024 - 16:46

Bakı dünyanın “İdman paytaxtı” SEÇİLDİ

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. Bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58