Bazar, 19 May

Axtarış

dollar” üzrə 1355 nəticə tapıldı

07.04.2021 - 13:20

Bakıda evli qadının gizli sevgisi, intim görüşlər, şok ölüm - VİDEO

Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Rəşad Süleymanov və qohumu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə açılmış iş üzrə aparılan məhkəmə prosesində şok təfərrüatlar üzə çıxıb. Publika.az cinayət hadisəsinin təfərrüatlarını əldə edib. Öncə


07.04.2021 - 09:35

Növbə “baronlar”a çatır:  - Eldar Mahmudov və digərləri üçün sayılı günlər qaldı.

Növbə “baronlar”a çatır:  - Eldar Mahmudov və digərləri üçüün sayılı günlər qaldı Eldar Mahmudovun rəhbərliyi altında işləmiş daha iki generalın – MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin və həmin nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinovun həbsi sabiq MTN nazirinin nədən hələ də azadlıqda qalmasına dair məntiqi sualı yenidən gündəmə gətirir. Artıq sözü


06.04.2021 - 19:39

ABŞ-da olan xanım şirkət rəhbəri Bakıya qayıtdı, həbs edildi, azadlığa buraxıldı, zərərçəkənlər isə narazıdır - TƏFƏRRÜAT

Avstraliyada yerləşən “International Group for Educational Consultancy” (IGEC) şirkətinin Bakı nümayəndəliyinin (IGEC MMC) rəhbəri Ülviyyə Cəlilzadə axtarışa verildikdən sonra Azərbaycana qayıdıb. Həbs edilən Ülviyyə Cəlilzadə sonra ev dustaqlığına buraxılıb. Zərərçəkənlər isə istintaqın gedişindən narazıdır. Xəbər verilir ki, Ülviyyə Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq; təkrar törədildikdə), 178.2.4 (dələduzluq;


06.04.2021 - 14:16

Hədə-qorxu ilə külli miqdarda əmlak və pul ələ keçiriblər... - MTN generallarının həbsinin səbəbi açıqlandı

Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, istintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində iş


06.04.2021 - 11:55

Abid Şərifovun ailə üzvlərinə məxsus biznes çökür? 

Son zamanlar Baş nazirin sabiq müavini Abid Şərifovun ailə üzvlərinə məxsus şirkətlərlə bağlı qalmaqallı məlumatlar yayılır. Xəbər verilir ki, İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus “Abeona Global Limited” şirkəti 4 ay əvvəl öz fəaliyyətini dondurub. Qeyd edək ki, Nicat Mahmudovun rəhbərlik etdiyi “Abeona Global Limited” şirkətinin açıqlanan sonuncu maliyyə hesabatı


05.04.2021 - 18:20

Büdcəyə 53 milyon manat qaytarıldı

Hesablama Palatası 2020-ci ildə və əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticəsi olaraq 52846,9 min manat dövlət vəsaitini bərpa edib. Xəbər verilir ki, bu, “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilib. Qeyd olunub ki, həmin vəsaitin 50808,5 min manatının dövlət büdcəsinə, 497,0 min manatının DSMF-in büdcəsinə və 1541,4 min manatının dövlət müəssisələrinin


05.04.2021 - 14:14

Ötən il Azərbaycandan qanunsuz 1,1 milyard manat dəyərində xarici valyuta çıxarılıb

Ötən il Azərbaycandan qanunsuz 1,1 milyard manat dəyərində xarici valyuta ixrac olunub. Məlumata görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir. Hesabatda qeyd edilib ki, auditlə əhatə olunan dövrdə 7 (yeddi) rezident bank tərəfindən ümumilikdə ölkə ərazisindən kənara “müxbir hesaba göndəriş” adı altında manat ekvivalentində 1,1 mlrd. manat dəyərində xarici valyuta vəsaitləri (əsasən ABŞ dolları və Avro ilə olan pul banknotları) ixrac olunub.


05.04.2021 - 11:17

Həbsdə olan müəllimin həyat yoldaşı Ramiz Mehdiyevin qohumu imiş...

Külli miqdarda dələduzluqda ittiham edilən gənc müəllimin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. 5 il cəza alan qadının şikayəti təmin edilməyib. Xəbər verilir ki, 1985-ci il təvəllüdlü Leyla Əliyeva dələduzluqda ittiham edilir. İş üzrə zərərçəkmiş şəxs Yusif İldırımzadənin qohumudur. Məhkəmə araşdırması zamanı dindirilən zərərçəkmiş Kəmalə Əliyeva ifadəsində deyib


04.04.2021 - 17:55

Gömrük Komitəsinin maşında rüşvət alan rəisi həbs olundu - ANBAAN VİDEO

Dövlət Gömrük Komitəsi Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışmış Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə İTV-nin “Qanundan kənar” verilişində bildirilib. Qeyd olunub ki, C.Babayev daşıma fə


03.04.2021 - 16:14

Əhməd Əhmədzadənin milyonluq mülklərinin siyahısı yayıldı

Aprelin 2-də Prezident İlham Əliyevin sərəncamı ilə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə vəzifəsindən azad edilib. 76 yaşlı məmur uzun illərdir ölkənin su təsərrüfatına rəhbərlik edirdi. Belə ki, 1993-2004-cü illərdə Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004-2006-cı illərdə Kənd Təsərrüfatı nazirinin birinci mü


02.04.2021 - 18:20

“Rusiya hücum etsə, tək qoymayacağıq" - ABŞ-dan Ukraynaya DƏSTƏK

Ukrayna Müdafiə Nazirliyi ötən gün axşam Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostinlə onun ukraynalı həmkarı arasında aparılmış telefon danışığı barədə məlumat yayıb. Məlumatda deyilir ki, tərəflər Donbassdakı vəziyyəti və Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsini müzakirə ediblər. Lloyd Ostin ukraynalı həmkarı Andrey Tarana bildirib ki, əgər Rusiya Ukrayna ilə münaqişəyə başlasa ABŞ müdaxilə edəcək. “


01.04.2021 - 16:40

Çin qonşumuzu 400 milyarda “satın alır”Etiraz

İranda Çinlə əməkdaşlıq razılaşmasına qarşı etiraz aksiyaları keçirilib. Xəbər verildiyi kimi müxtəlif şəhərlərdə baş tutan etirazlara bir neçə yüz nəfər qatılıb. Etirazların xüsusilə Tehran, İsfahan, Rəşt və digər şəhərlərdə baş tutduğu bildirilib. İranlı jurnalist Babək Taqvai Rusiya mətbuatına açıqlamasında etirazlarda “İran satılmır”, “Çin, İrandan rədd ol” şüarlarının səsləndirildiyini söyləyib. Üstəlik,


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41