Şənbə, 20 Aprel

Axtarış

molla” üzrə 112 nəticə tapıldı

04.03.2024 - 14:56

“ZEEKR” brendi artıq rəsmi olaraq Azərbaycanda! - FOTO

Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan “Efendiler Group” 22 oktyabr 2023-cü ildə “ZEEKR” avtomobil brendi ilə distribütorluq müqaviləsi imzalamışdı. Artıq bu gündən etibarən də “ZEEKR Bakı Mərkəzi” rəsmi olaraq fəaliyyətinə başlayıb. Sərgi salonunda 49 900 dollardan başlayan qiymətlər ilə 001, 36 500 dollardan başlayaraq X və 77500 dollar qiymətinə isə 009 modelləri təqdim olunub. Yüksək peşəkarlığı ilə seçilən satış nümayəndələ


02.03.2024 - 12:42

Göygölün dörd kəndində əməliyyat: Polislər xeyli silah-sursat aşkarladılar - FOTO

Göygöldə silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli, Borsunlu, Köşkülü və Mollacəlilli kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Qeyd edilən ərazilərdən 688 ədəd müxtəlifçaplı avtomat patronları, daraqlar və “Revolver” tipli tapança aşkar edilərək götürülüb. Araşdırmalar davam


24.01.2024 - 11:06

Bakıya qarşı bu plan əvvəlcədən hazırlanmışdı - Mollazadə

Avropa siyasətçiləri Azərbaycanın müstəqil siyasət aparmasına, ərazi bütövlüyünü bərpa etməsinə, ölkəmizin inkişafına və AB ölkələrinə “böyük qardaş” kimi baxmadığına görə çox ciddi narahatlıq keçirirlər. Ona görə də Azərbaycanı cəzalandırmaq istəyirlər. Bu sözləri açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Asim Mollazadə deyib. O, Azərbaycanın heç


13.12.2023 - 08:57

Yeniyetmə qız sənədlərini götürüb evdən getdi

Masallıda yeniyetmə qız itkin düşüb. Xəbər verilir ki, rayonun Mollahəsənli kəndində yaşayan 71 yaşlı qadın polisə müraciət edərək nəvəsinin itkin düşdüyünü bildirib. O qeyd edib ki, nəvəsi, 2008-ci il təvəllüdlü Leyla (şərti adlı) dekabrın 11-də paltarlarını və sənədlərini götürərək naməlum istiqamətdə gedib. Müraciətlə bağlı Masallı RPŞ-də araşdırma aparılı


10.10.2023 - 14:00

SEPAH İsrail savaşına girərsə... - Arkov

İran və İsrail arasında nifrət hamıya məlumdur. Lakin obyektiv səbəblərdən molla rejimi Hizbullaha daha yaxındır - siyasi partiya ilə onun radikal qanadı arasında əlaqə gizlədilmir. Bəli, Hizbullah rəhbərliyi (İran rəhbərliyi kimi) HƏMAS-la həmrəy olduğunu bəyan etdi, lakin Təl-Əviv Livana yeni hücumlar etməsə, İsrailə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəyini bildirdi. Təl-Əvivin reaksiyası hələ ki, məlum


21.09.2023 - 13:08

İranda cümə imamı qətlə yetirildi

Zəncan əyalətinin Sücas şəhərinin cümə imamı Höccət Etibar naməlum şəxs tərəfindən məsciddə güllələnərək öldürülüb. Xəbər verilir ki, bu barədə yerli media məlumat yayıb. Həmçinin, Qeydar şəhərinin “İmam Sadiq” dini məktəbinin müdiri olan mollaya 5 güllə vurulduğu bildirilib.


19.09.2023 - 09:40

Laçında qəza: “Azərenerji”nin əməkdaşları həlak oldular

Sentyabrın 19-da saat 9 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində “Azərenerji”nin əməkdaşları - Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər. Faktla bağlı araşdırma aparılır.


14.09.2023 - 20:30

İranda hökumət mollası və polis əməkdaşı öldürüldü

İranın Əhvaz şəhərində Kumeyl Əhmədi adlı hökumət mollasının cəsədi üç gün sonra Karun çayında tapılıb. Xəbər verilir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, Hormozqan əyalətində isə Övlad Hüseynzadə adlı polis əməkdaşı silahlı şəxslərlə toqquşmada öldürülüb.


14.09.2023 - 10:02

33 yaşlı kişi meşədə güllələndi

Sentyanrın 14-ü saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. Xəbər verilir ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb, torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu


14.09.2023 - 09:24

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - VİDEO

Sentyabrın 13-ü saat 21:35-dən sentyabrın 14-ü saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Tovuzqala rayonunun Mosesqex yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Mü


07.08.2023 - 12:25

İranda gənc qız əxlaq polisini döydü

İranda molla rejiminin insanlara qarşı kobud rəftarı davam edir. Xəbər verilir ki, ölkədə fəaliyyət göstərən əxlaq polisi hicabdan imtina edən bir qıza irad bildirib. Bu zaman gənc qız bu irada əsəbiləşərək polisi döyüb. Görüntüləri təqdim edirik:


31.07.2023 - 11:23

Azərbaycanda ölmüş şəxs anidən dirildi

İllər əvvəl bir kişinin dəfn mərasimi idi. Səhv eləmirəmsə, Göyçayda idi. Mərhumun cəsədini aparırdılar. Əzizləri cəsədi daşıyanda inilti eşidiblər. Bir də gördük ki, mərhum anidən dirildi. Özüm də qorxdum. Təsəvvür edin, bir qədər əvvəl adama cənazə namazı qılmağa hazırlaşırdıq. Amma sən demə, kliniki ölüm keçirib. Anlaşılmazlıq olub.


Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20