Bazar, 19 May

Axtarış

zəlzələ” üzrə 566 nəticə tapıldı

12.10.2023 - 20:30

Lənkəranda zəlzələ oldu

Yerli vaxtla saat 19:54-də Lənkəran rayonu ərazisində maqnitudası 3.6 , dərinliyi 12 km olan zəlzələ baş verib. Xəbər verilir ki, zəlzələ 3 bala qədər hiss olunub.


09.10.2023 - 15:10

Zəlzələlərin artmasının səbəbləri AÇIQLANDI

Respublika Seysmoloji Xidmət Mərkəzi dünyada zəlzələlərin artmasının səbəblərini açıqlayıb. Mərkəzin Elektron xidmətlər şöbəsindən verilən məlumata görə, son vaxtlar dünyada baş verən zəlzələlərin artması insanların bu mövzuya olduqca narahat və həssas yanaşması ilə müşayiət olunur: "Zəlzələ təbii fəlakətlərin arasında ən qorxulusu və dəhşətlisi olduğuna gö


07.10.2023 - 11:09

Bu ölkədə 6 ballıq ZƏLZƏLƏ

Meksikanın Oaxaka əyalətində 6 bal gücündə zəlzələ baş verib. Xəbər verilir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən (EMSC) məlumat yayıb. Bildirilib ki, yerli vaxtla səhər saat 5-də baş verən zəlzələ 108 kilometr dərinlikdə qeydə alınıb.


06.10.2023 - 10:03

Yaponiyada daha bir zəlzələ

Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Xəbər verilir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Zəlzələnin episentri Şimoda şəhərindən (Honsyu adası) 525 km cənub-şərqdə olub. Təkanların ocağı 10 km dərinlikdə yerləşib Sunami təhlükəsi ilə bağlı məlumat verilməyib.


05.10.2023 - 09:16

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın Torişima adasında 6,6 maqnitudalı zəlzələ olub. Xəbər verilir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib. Bölgədə sunami xəbərdarlığı edilib. Arxipelaq inzibati cəhətdən Tokio ilə bağlıdır və paytaxtın cənubunda yerləşir.


04.10.2023 - 15:00

Flippində güclü zəlzələ oldu

Flippində 6,4 bal gücündə zəlzələ olub. Xəbər verilir ki, bu barədə yerli seymologiya idarəsindən bildirilib. Qeyd olunub ki, təbii fəlakət Flippinin Mindanao adasında qeydə alınıb. Dağıntı və itkilər barədə hələ ki məlumat yoxdur.


01.10.2023 - 09:40

Qırğızıstanda güclü zəlzələ olub

Qırğız Respublikasının ərazisindəki İssık-Kul gölünün cənubunda 6,2 maqnitudalı zəlzələ olub. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Qazaxıstanın Almatı şəhərindən 122 km cənubda qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub. Seysmoloqların verilənlərinə görə, Bakı vaxtı ilə saat 01:30-da qeydə alınan təbiət hadisəsi


26.09.2023 - 09:18

Filippin sahillərində güclü zəlzələ oldu

İndoneziya və Filippin sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Xəbər verilir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Mindanao adasının Davao Oriental əyalətində yerləşən, təxminən 285 min nəfər əhalisi olan Mati şəhərindən 285 km cənub-şərqdə, 100 km dərinlikdə yerləşir. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi


24.09.2023 - 09:37

Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib 

Gürcüstanda 4,7 maqnitudalı zəlzələ baş verib. Bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 08:00-da paytaxt Tbilisi yaxınlığında qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilmir.


21.09.2023 - 09:50

Alyaska ştatında güclü zəlzələ oldu

Amerikanın Alyaska ştatı sahillərində 5,4 bal maqnitudada zəlzələ qeydə alınıb. Xəbər verilir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin episentri 1 min nəfərin yaşadığı Sand Point şəhərindən 41 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 51 km dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi barədə məlumat verilməyib.


19.09.2023 - 19:36

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub. Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. İlkin məlumata görə, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi 16 km olub.


17.09.2023 - 16:02

Kanada sahillərində güclü ZƏLZƏLƏ

Kanada sahillərində güclü zəlzələ olub. Xəbər verilir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. 5.6 bal gücündə olan zəlzələnin episentri əhalisi təxminən 2 min nəfər olan Port-Makneyll şəhərindən 228 km qərbdə yerləşib. Zəlzələ 10 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41