Cümə, 19 Aprel

Hollandiyada nazir postuna gətirilən 2 türk – Onlar kimdir?

image

Hollandiya Baş naziri Rutte liderliyində 4 partiyalı koalisiya hökumətində türk kökənli iki nazir də təmsil olunacaq.

Xəbər verilir ki, Dilan Yeşilgöz təhlükəsizlik və ədliyyə, Günay Uslu isə mədəniyyət və media üzrə dövlət naziri olacaq.

Qeyd edək ki, Hollandiyada martın 17-də keçirilən seçkilərdən sonra koalisiya hökumətində təmsil olunacaq şəxslərin adları açıqlanıb. Mark Ruttenin baş nazir olacağı hökumətdə 28 nazir təmsil olunacaq. Nazirlərin 14 xanım, 14 kişidir.

18 iyun 1977-ci ildə Ankarada anadan olan Dilan Yeşilgöz həmkarlar ittifaqı üzvü, Tuncelidə doğulmuş qaçqın əsilli siyasətçidir. Yeşilgözün valideynləri 1980-ci il çevrilişindən sonra Türkiyədən qaçaraq Hollandiyadan sığınacaq istəyib. Amsterdam Universitetində sosial-mədəni elmlər üzrə təhsil alan Yeşilgöz 2014-2017-ci illər arasında Amsterdam Şəhər Şurasının üzvü olub. Yeşilgöz 2017-ci il seçkilərində VVD siyahısından Hollandiya Nümayəndələr Palatasına daxil olub. Ötən ilin mart ayında keçirilən seçkilərdə yenidən millət vəkili seçilən Yeşilgöz, 25 may 2021-ci ildə müvəqqəti hökumətdə iqtisadi işlər və iqlimdən məsul dövlət naziri vəzifəsinə təyin edilib. Yeni hökumətdə isə təhlükəsizlik və ədliyyə naziri vəzifəsini icra edəcək.

Günay Uslu isə Afyonkarahisarın Emirdağ rayonundan olan bir ailənin övladıdır. Amsterdam Universitetində mədəniyyət tarixi üzrə fəlsəfə doktoru olan 49 yaşlı Günay Uslu Avropa mədəniyyət tarixi, irsi və muzeyləri üzrə ekspertdir. Uslu Amsterdam Göz Filmləri Muzeyinin Müşahidə Şurasının sədridir. Günay Uslu Hollandiya hökumətində media və mədəniyyət üzrə dövlət naziri olacaq.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28