Cümə, 19 Aprel

Eldar Quliyevin kürəkəninin adına açdığı şirkətləri - Siyahı / Fotolar

image

Son günlər Milli Məclisin deputatı Eldar Quliyeyenidən qalmaqallı açıqlamalar ilə gündəmə gəlib. Belə ki, bu dəfə rektor-deputat, unun qiymətinin qalxmasına əhalinin "çörək israfçılığı" ilə haqq qazandırmağa çalışıb. rektor-deputat.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında benzin qiymətlərindəki artım zamanı Eldar Quliyev “15 qəpiklə heç kim kasıblamaz” deyə şərh verib və bir vaxtlar Fransada qadınlarla olan söhbətləri ilə də gündəmə gəlib.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə hesablarında Eldar Quliyevin şirkətləri barəsindəki faktları açıqlayıb. Jurnalist deputatın kürəkəni Səfərov Abbas Tofiq oğlunun adına açdığı şirkətlərin bir qismini oxucuların nəzərinizə çatdırıb:

"KAPİTOL" Mənzil Tikinti Kooperativi - Qeydiyyat ünvanı: Nəsimi rayonu, Bülbül PR., ev 65"A", m. 17

"EPOTOS-BAKI" Məhdud Məsuliyyətli Cəmiyyəti - Qeydiyyat ünvanı: Nəsimi rayonu, Bülbül PR., ev 65"A", m. 17

"HİGT CONTRAKT" Məhdud Məsuliyyətli Cəmiyyəti - Qeydiyyat ünvanı: Nəsimi rayonu, Bülbül PR., ev 65"A", m. 17

"MONALİT-ALFA" Məhdud Məsuliyyətli Cəmiyyəti - Qeydiyyat ünvanı: Nəsimi rayonu, Bülbül PR, ev 65"A", m. 17

"ELEQANT-M" Məhdud Məsuliyyətli Cəmiyyəti

"ART-PUZZLE" Məhdud Məsuliyyətli Cəmiyyəti - Qeydiyyat ünvanı: Nəsimi rayonu, Bülbül PR., ev 65"A", m. 17

"PLANET TUR" Məhdud Məsuliyyətli Cəmiyyəti - Qeydiyyat ünvanı: Nəsimi rayonu, Bülbül PR., ev 65"A", m. 17

"SUPERSERVİS" (ПРИВАТНЕ ПІДПРИЄМСТВО "СУПЕРСЕРВІС") - Ukrayna, Odessa şəhəri

“KARVAN” Palace Hotel – Mərdəkan

Eyni zamanda Nəsimi bazarının yanında tikilmiş 16 mərtəbəli binanın tikintisi deputata və kürəkəninə məxsus "KAPİTOL" Mənzil Tikinti Kooperativi tərəfindən həyata keçirildiyi məlumdur.

Məsələ ilə bağlı Eldar Quliyevdən açıqlama almaq mümkün olmadı.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20