Cümə, 19 Aprel

Qırğızıstan saxlanılan musiqiçiyə görə Qazaxıstana nota verdi - YENİLƏNİB

image

Qırğızıstan rəsmiləri Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinən Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı bu ölkəyə nota göndərib.

Bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev məlumat verib.

“Biz Qazaxıstana nota vermişik və bu işlə bağlı bütün məlumatları göndərmişik”, - deyə o bildirib.

Hazırda təxminən 20 nəfərə yaxın Bişkek sakini ölkədəki Qazaxıstan səfirliyinin önündə etiraz aksiyası keçirir. Onlar Qazaxıstanda saxlanılan qırğız musiqiçi Vikram Ruzaxunovun sərbəst buraxılmasını tələb edirlər.

14:07

Qazaxıstandakı nümayişlərdə iştirak etmək üçün qonşu ölkələrin sakinlərinə pul verildiyini iddia edən və iğtişaşlar zamanı Almatıda saxlanılan şəxs Bişkekdən olan caz orkestrinin rəhbəri Vikram Ruzaxunov olub.

Bu məlumatı musiqiçinin yaxınları təsdiqləyib. İnsidentlə əlaqədar Qırğızıstanın Xarici İşlər Nazirliyi hazırda öz vətəndaşının Qazaxıstanda saxlanma şəraitini aydınlaşdırdığını açıqlayıb.

“Bu, Qırğızıstanda məşhur caz ifaçısı Vikram Ruzaxunovdur. O, tez-tez Qazaxıstana gedir, orada konsertlərdə iştirak edir. Onu dünya caz aləmində çoxları tanıyır. Biz onu tanıyırıq və sevirik! Xahiş edirəm, onun üzərinə heç nə yıxmayın, buraxın. O, sadə musiqiçidir!” – deyə Azis Abəkirov “Twitter”-dəki mikrobloqunda yazıb.

Mənbə: gazeta.ru

11:42

Qazaxıstandakı nümayişlərdə iştirak etmək üçün qonşu ölkələrin sakinlərinə pul verilibmiş.

Belə bir iddia ilə “Qazaqstan” kanalına açıqlama verən adı açıqlanmayan Qırğızıstan vətəndaşı çıxış edib.

O bildirib ki, eyni mənzildə birlikdə qaldıqları 10 nəfərlə yanaşı ona da 90 min təngə (təxminən 350 AZN) verilib ki, küçə nümayişlərində iştirak etsin. Mənzildəki şəxslərin arasında Özbəkistan, Tacikistan və digər ölkələrdən də şəxslər olub.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28