Cümə axşamı, 16 May

Qazaxıstana yeni Baş nazir təyin olunub

image

Qazaxıstan parlamenti Əlixan Smailovu ölkənin Baş naziri vəzifəsinə təsdiqləyib.

Xəbər verilir ki, onun lehinə 89 deputat səs verib.

Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir müddət əvvəl Baş nazir postuna Ə.Smailovun namizədliyini təqdim etmişdi.

Parlamentin təsdiqindən sonra dövlət başçısı Kasım-Jomart Tokayev Ə.Smailovun Baş nazir təyin olunması barədə sərəncam imzalayıb. 

Qeyd edək ki, Ə.Smailov 1972-ci ildə dekabrın 18-də Qazaxıstanın Almatı şəhərində anadan olub. 1993-cü ildən maliyyə və iqtisadiyyat sahələrində müxtəlif vəzifələrdə çalışıb.

O, bu il yanvarın 5-dən Baş nazir səlahiyyətlərini icra edirdi. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00