Şənbə, 18 May

Nazarbayevin qızı parlamentin iclasına gəlmədi

image

Qazaxıstan parlamentinin aşağı palatasının deputatı, respublikanın keçmiş prezidentinin böyük qızı Dariqa Nazarbayeva bu gün keçirilən parlament iclasında iştirak etməyib.

Xəbər verilir ki, bu barədə parlament nümayəndələri məlumat yayıblar.

Nursultan Nazarbayevin qızının iclasda iştirak etməməsinə səbəb xəstəliyi göstərilir. Hazırda Nazarbayevanın hansı xəstəlikdən əziyyət çəkdiyi və özünü necə hiss etdiyi açıqlanmır.

Qeyd edək ki, Dariqa Nazarbayeva ötən ilin yanvarından Qazaxıstan parlamentinin İqtisadi islahatlar və regional inkişaf komitəsinin üzvüdür.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41