Cümə, 29 Mart

Əfqanıstanda durum faciə həddində - Maaş əvəzinə buğda veriləcək

image

Taliban paytaxt Kabildə həyata keçirilən “əmək üçün buğda” layihəsinin bundan sonra bütün ölkə ərazisində həyata keçiriləcəyi bildirilib.

Xəbər verilir ki, bu barədə Əfqanıstan Kənd Təsərrüfatı nazirnin müavini Fazil Bari Fəzli açıqlama verib.

O, Talibanın xalqa bacardığı qədər kömək etməyə hazır olduğunu deyib.

ABŞ qoşunlarının ölkədən çıxarılması və 2021-ci il avqustun 15-də Talibanın nəzarəti bərpa etməsi ilə ölkədəki humanitar və iqtisadi böhran daha da dərinləşib. Bundan əlavə, ABŞ bundan sonra Əfqanıstanın beynəlxalq banklardakı hesablarını dondurub. Həmin hesablarda Əfqanıstana məxsus təxminən 9 milyard dollar var.

Taliban ilk dəfə oktyabr ayında maaşların buğda ilə ödənilməsi layihəsini açıqlayıb. Qərara əsasən, Kabildə işləyəcək fəhlələrin hər birinə gündə 10 kiloqram, digərlərinə isə 16.5 kiloqram buğda veriləcək.

Taliban administrasiyası İnkişaf Agentliyinin rəhbərinin müavini Riyazəddin Şərifi layihənin iki ay çəkəcəyini və 40 min yoxsulun bu yolla işlə təmin olunacağını bildirib.

Ölkədə maaşların ödənilməsi üçün istifadə edilən buğda Hindistanın devrilmiş Əşrəf Qani hökumətinə bağışladığı ehtiyatlarla qarşılanır.

Fəzli Pakistandan 18 ton buğda aldıqlarını və 37 min ton daha göndərməyə razılaşdıqlarını, Hindistanla isə 55 ton buğda ianəsi üçün danışıqların davam etdiyini bildirib. Amma o, alınacaq buğdanın nə qədərinin humanitar yardıma və maaşların ödənilməsinə sərf ediləcəyini açıqlamayıb.

BMT dünən Əfqanıstana 4.4 milyard dollar humanitar yardım edəcəyini açıqlayıb. ABŞ Prezidenti Co Bayden də ölkəyə əlavə 308 milyon dollar yardım göndərəcəyini bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45