Çərşənbə, 24 Aprel

“Legiya” Mahir Emreli ilə bağlı bəyanat yayıb

image

Polşanın “Legiya” klubu  Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.

“Mətbuatda “Legiya” ilə onun oyunçusu Mahir Emreli arasındakı münasibətlərlə bağlı yayılan xəbərlərə görə, nəzərinizə çatdırırıq ki, Mahir Emrelinin hazırda etibarlı olan müqaviləsi var və o, klubun futbolçusudur. “Legiya” dəfələrlə onu kluba qayıtmağa və müqavilə öhdəliklərini yerinə yetirməyə çağırıb, həmçinin futbolçuya lazım olan hər cür dəstəyi təklif edib.

Klub daim futbolçu ilə razılığa gəlməyə çalışır, onun nümayəndələri ilə danışıqlar aparır. Eyni zamanda, klub danışıqların məxfiliyini və faydalarını nəzərə alaraq, onların məzmununu açıqlamır”, - deyə bəyanatda bildirilib.

Həmçinin, “Legiya” Emrelinin vəkili Anıl Dinçərin bəyanatlarını da “yalan və hüquqi əsası olmayan ifadələr” adlandırıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37