Cümə axşamı, 28 Mart

Bakıda qonşusunu döyən sərxoş kişi cəzalandırıldı — Hökm

image

Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Ceyhun tanışı Ravilə xəsarət yetirib.

Əldə etdiyimiz məlumata görə, Ceyhun ötən il aprelin 30-da, saat 14 radələrində sərxoş vəziyyətdə Binə qəsəbəsi Südçülük Sovxozu yeni yaşayış sahəsində yerləşən mağazanın qarşısında Ravilin onun salamına cavab verməməsini bəhanə gətirib, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə onu nalayiq sözlərlə təhqir edib.

Daha sonra Ceyhun Ravilin sol barmağını buraraq, əlindəki bıçağın dəstəyi ilə başına bir dəfə zərbə vurub.

İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma)  və 221.3-cü (silah qismində istifadə etməklə xuliqanlıq etmək) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, Ravili uzun müddətdir yaşadığı qəsəbədən tanıyır: “Ravil ilə birlikdə işləmişəm. Lakin onunla o qədər də yaxın münasibətdə olmamışam.

Aprelin 30-da atamın yaşadığı Binə qəsəbəsində yerləşən evinə getdim Atamgil Ravilin yaşadığı ünvanın yaxınılığnda digər məhəllədə yaşayırlar. Həmin gün günorta saatlarında atamgildə bir qədər pivə içdim. Saat 14.00-da Ravilgilin yaşadığı məhəllədə yerləşən mağazaya siqaret almaq üçün getdim. Həmin mağazanın qarşısında Ravil və bir neçə şəxs vardı. Salam verdim, bu zaman Ravilin salamımı almadığını düşündüm. Ondan nə üçün salamımı almamasını soruşdum. Ravil dedi ki, mən beləyəm, sənin salamını almıram. Ravilin bu sözünə görə aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı Ravil həmin mağazanın qarşısında, yəni küçədə başı ilə burnumdan zərbə vurdu. Ravilin vurduğu zərbədən huşumu itirdim, yerə yıxıldım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, eyni zamanda Ravil onun boyun nahiyəsindən yumruqla da vurub: “Mübahisə zamanı orada adlarını bilmədiyim bir neçə şəxs olub. Bundan sonra özümə gəldim, oradan uzaqlaşaraq ərazi üzrə Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə ərizə ilə müraciət etdim. Aldığım xəsarətlə bağlı tibbi muayinədən keçdim. Ümumiyyətlə Ravili vurmamışam, nə də ona heç bir xəsarət yetirməmişəm. Əksinə, Ravil məni vuraraq xəsarət yetirib. Eləcə də əlimdə hər hansı bıçaq və ya alət olmayıb”.

Sonda isə Ceyhun törətdiyi əməli etiraf edib və zərərçəkmiş şəxslə barışdığını, məhkəmədən də bağışlanmasını istəyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ravil bildirib ki, Ceyhun spirtli içkilərin aludəçisidir və mütəmadi olaraq sərxoş vəziyyətdə olur: “Aprelin 30-da saat 14.00-da Südçülük sovxozu ərazisində yaşadığım evin kücəsində yerləşən və işlətdiyim ərzaq mağazasının qarşısında firma malı gətirən Elçin Quliyevlə malların təhvil-təslimini edirdim. Qardaşım Qədim və qonşularım Lazım da orada olublar. Həmin vaxt hər zamankı kimi sərxoş olan Ceyhun yanımızdan keçərək salam verdi. Lakin Ceyhunun verdiyi salamı eşitmədim. Ceyhun məndən “niyə mənim salamımı almırsan”, - deyə soruşdu. Mən də cavab olaraq eşitmədiyimi dedim və üzrlü saymağını xahiş etdim”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, lakin Ceyhun söhbəti uzadaraq salamını almadığını irad bildirib: “Dedi ki, bir azdan sonra gələrək niyə onun salamını almadığının cavabını izah edər. Həmin zaman qardaşım Qədim bizim yanımıza yaxınlaşdı, Ceyhunu məhəllənin başına yola saldı. Mən də Elçinlə birlikdə işlərimə davam etdim”.

Ravil qeyd edib ki, təxminən 10 dəqiqədən sonra Ceyhun yenidən ora qayıdıb və onunla kənarda söhbət etmək istədiyini bildirib: “Ceyhuna sərxoş olduğunu dedim, sonra söhbət etməyi bildirdim. Lakin Ceyhun ünvanıma nalayiq söyüşlər söydü. Mən də onu söydüm. Bu zaman qardaşımın həyat yoldaşı Elnarə mağazaya gəlirdi. Ceyhuna irad bildirdim ki, sakit dursun. Elnarə yaxınlaşaraq məni kənara çəkmək istədi. Bu zaman Ceyhun məni itələdi. Qardaşım Qədim və Lazım bizi sakitləşdirməyə çalışdılar.

Elçinin isə nisbətən kənarda başı malları saymağa qarışmışdı. Ceyhun üzərimə gələrək əlimi sıxdı, sol barmağımı əzərək qırdı. Barmağımı Ceyhunun əlindən cıxarmaq istədiyim zaman Ceyhun əlindəki nə olduğunu bilmədiyim küt alətlə başıma zərblə vurdum. Ceyhun ora gələrkən əli bükülü vəziyyətdə olub, onun əlindəki bıçaq olub. Çünki bir hissəsi kəsici şeyə oxşayırdı. Əsəbi olduğumdan Ceyhunu özümdən ayırmaq üçün başım ilə onun sifətindən zərbə vurmuşam. Ceyhun sərxoş olduğuna görə müvazinətini itirərək yerə yıxılıb və burnundan xəsarət alıb. Ceyhun yerdən qalxdıqdan sonra oradan uzaqlaşdı”. 

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Ceyhun 2 il 9 ay müddətə azadlıqdan məhrum edilib.

Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25