Cümə axşamı, 18 Aprel

2450 manatdan obyektlər, 1500 manatdan avtomobillər satışa çıxarılır - FOTO

image

15 fevral tarixində 24 dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, bunlardan 11-i kiçik dövlət müəssisə və obyekti, 1-i yarımçıq tikili, 12-i isə nəqliyyat vasitəsidir.

Bu dəfə də hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət baxımından çoxçeşidlidir. Belə ki, ilkin satış qiyməti 2 450 manat və 102 500 manat aralığında olan əmlaklar Mingəçevir, Şəmkir, Balakən, Xızı və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Yaponiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1986-2009-cu illər arasında dəyişir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin satış qiyməti 1500 manatdan başlayır və 7000 manata qədər artır.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə linkdən tanış ola bilərsiniz.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından və ya özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28