Cümə axşamı, 25 Aprel

Yoluxma artdı: Azərbaycan yenidən qapanmaya gedir?

image

Yoluxma sayının artması ölkədə karantin qaydalarının sərtləşdiriləcəyi ilə bağlı ehtimalları yenidən gündəmə gətirib. Milli Məclisin deputatı Məlahət İbrahimqızı artıq bunun anonsunu verib. O, yoluxma sayının bu templə artacağı təqdirdə karantin rejiminin sərtləşdirilməsinin qaçılmaz olduğunu bildirib.

Azərbaycan yenidən qapanmaya gedə bilərmi? Karantin rejiminin sərtləşdiriləcəyi təqdirdə hansı iş yerləri bağlana bilər? Qapanma ölkə iqtisadiyyatına necə təsir göstərəcək?

Açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, qapanmalarla bağlı qərarın verilmə ehtimalı çox aşağıdır:

“Çünki Azərbaycanda peyvəndləmə prosesi kifayət qədər yüksəkdir. Artıq 18 yaşdan yuxarı əhalinin əksər hissəsi bundan keçib. Bu da yoluxma hallarının artmasına baxmayaraq, ağır xəstə sayının azalmasına səbəb olur”.

Ekspertin sözlərinə görə, Azərbaycan həmişə qonşu ölkələrdə gedən proseslərə uyğun addımlar atıb:

“Türkiyədə yoluxma sayının kəskin artsa da, karantin tədbirləri ilə bağlı heç bir qərar verilməyib. Rusiyada da kəskin artım müşahidə olunur, amma orada da qapanmaya ilə bağlı müzakirələr belə aparılmır.

Azərbaycanda son bir neçə gündə yoluxma sayında azacıq artımlar var. Amma pik nöqtə say 4500 nəfər olanda idi. Qapanma o zaman mümükündür. Çünki səhiyyə sistemi bu ağırlığa hazır deyildi. Lakin hazırda qapanmaya ehtiyac yoxdur. Bununla bağlı müzakirələr də olmayacaq”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33