Cümə, 26 Aprel

Nazarbayevin qızı İsveçrədə bahalı MÜLK ALDI

image

Nursultan Nazarbayevin qızı Dinara Kulibayeva İsveçrədə Cenevrə gölünün sahilində yerləşən “Chateau Bellerive”i 62 milyon frank (təxminən 63 milyon dollar) alıb.

Xəbər verilir ki, qala bu yaxınlara qədər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəzifəsində çalışan və Cenevrədə yaşayan şahzadə Sədruddin Ağa Xanın varislərinə məxsus olub.

3 il əvvəl o, 120 milyon franka satışa çıxarılıb. Dinara Kulibayeva onu sərfəli qiymətə – cəmi 62 milyona alıb.

Ümumiyyətlə, Dinara Kulibayeva hələ 2011-ci ildə Cenevrədə məskunlaşıb, bir il əvvəl şəhərin ən bahalı villasını iş adamı Rüstəm Aksenenkodan 74,7 milyon franka alıb.

Onun sərvəti 1,5 milyard frank olaraq qiymətləndirilir.

Xatırladaq ki, “The Sunday Telegraph” qəzeti Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyənin hələ 2006-cı ildə Londonun şimalında Britaniya vətəndaşlığı almaq niyyətində olan malikanə aldığını yazmışdı.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33