Cümə, 19 Aprel

“Omikron”a görə koronavirus testinin götürülmə üsulu dəyişə bilər

image

PCR testi üçün yaxma burun-udlaqdan deyil, tüpürcəkdən götürülərsə “Omikron” daha tez və asan aşkarlana bilər.

Bu barədə Cənubi Afrika Respublikasının Keyptaun Universitetinin alimlərin elan ediblər. Onların bununla bağlı müvafiq araşdırması “MedRxiv” portalında dərc olunub.

Alimlərin fikrincə, həkimlər test sistemini ştammın xüsusiyyətlərinə uyğunlaşdırmalıdırlar.

Belə ki, 2021-ci ilin avqustundan dekabr ayına qədər Keyptaundakı xəstəxanada 382 xəstənin testi təhlil edilib. Tədqiqatlara görə, yoluxmuş insanlarda burun-udlaqdan götürülən yaxma ilə 14 faiz hallarda “Omikron” ştammını müəyyən etmək olmur, tüpürcəkdə isə bütün hallar aşkarlanıb.

“Delta" ştammı isə əksinə, tüpürcəkdə 71 faiz hallarda aşkar edilsə də, burun-udlaqdan götürülən yaxma ilə bu göstərici 100 faiz olub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28