Cümə, 19 Aprel

Kanada Ukraynaya xüsusi təyinatlı dəstə göndərdi

image

Kanada Ukraynaya xüsusi təyinatlı dəstə göndərib.

Xəbər verilir ki, Kanadanın Müdafiə Nazirliyi Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşməsindən ehtiyat etdiyi üçün Ukraynaya xüsusi təyinatlı dəstə göndərib.

Dəstə xüsusilə Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşdiyi halda kanadalı diplomatların təxliyəsi planının hazırlanmasına kömək etməlidir.

Nazirliyin məlumatında deyilir: “Bölməyə genişmiqyaslı işğal halında Kanada diplomatik nümayəndələrinin təxliyəsinə yardım etmək tapşırılıb”.

Həmçinin Rusiyanın hücumlarının qarşısını almaqda Ukraynaya kömək məqsədi ilə Kanada bu addımları atır.

“Bu, NATO müttəfiqlərinin Rusiyanın təcavüzünün qarşısını almaq və Ukrayna hökumətinə dəstək yollarını müəyyən etmək üçün öhdəsinə götürdüyü səylərin bir hissəsidir”, – Kanadanın Müdafiə Nazirliyindən bildirilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28