Cümə, 19 Aprel

Tvindemiya gəlir: Avropaya XƏBƏRDARLIQ

image

2021-ci ildə demək olar ki, yoxa çıxan qrip Avropaya qayıda bilər. Bu fikrə Avropa İttifaqının tibb orqanları gəlib. Səbəb isə karantin tədbirlərinin zəifləməsidir.

2022-ci ildə qrip virusunun çox sürətlə qayıdacağı deyilir. Üstəlik, yaşlılara təsir edən H3A qrip virusunun ən təhlükəli ştammı yayılır. Nəticədə mütəxəssislər ikiqat epidemiyanın (tvindemiya) başlamasından qorxurlar.

Belə ki, 2021-ci ilin dekabr ayında Avropanın reanimasiya şöbələrində qripə yoluxanların sayı sürətlə artıb. İlin son həftəsində pik hədd - 43 hadisə olub. Bu, keçən ilin eyni ayı ilə müqayisədə çoxdur. Onda bütün dekabr ayı ərzində reanimasiya şöbəsində cəmi bir qrip hadisəsi qeydə alınmışdı.

Avropa koronavirusla yanaşı indi uzun qrip mövsümü ilə üz-üzədir. O, yaya qədər çəkə bilər. Eyni zamanda, ötən il qrip virusunun demək olar ki, yayılmaması səbəbindən ona qarşı peyvəndlər yekunlaşdırılmayıb. Bu o deməkdir ki, onlar H3A-ya qarşı “optimal olmayacaq”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20