Cümə, 29 Mart

Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı

image

“Ötən il ölkəyə giriş edən əcnəbilərin sayı 791 min 983 nəfər olub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalma deməkdir”.

Xəbər verilir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Keçən il 2020-ci illə müqayisədə olduğu yer üzrə qeydiyyatda 14,6 faiz, ölkədə müvəqqəti yaşamalarda 19,8 faiz, daimi yaşayanlarda 43,6 faiz, iş icazəsi alanlarda 43,2 faiz artım müşahidə olunub”, – deyə o əlavə edib.

Ötən il 420 şəxsin readmissiya edildiyini söyləyən Xidmət rəisi hazırda Azərbaycanda olan və yaşayan əcnəbilərin sayının 129 min 590 nəfər olduğunu vurğulayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45