Cümə axşamı, 25 Aprel

Deputat açıqladı: Mehdiyevin arvadı və qızı...

image

Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasını bataqlığa sürükləyib. Məşğul olmadığı bircə sahə var: o da elmdir.

Xəbər verilir ki, bu sözləri millət vəkili Etibar Əliyev Feysbuk sosial şəbəkə hesabında qeyd edib.

“İnstitut direktorları ilə icra başçıları kimi davranır. Ramiz Ənvəroviç ixtisasca filosofdur. Prezident Administrasiyasında işləyəndə özünə kitablar yazdırtdırardı. Özünün fəlsəfi bilgiləri çox aşağı səviyyədədir. AMEA-nın Fəlsəfə İnstitutunun kiçik elmi işçiləri ilə fəlsəfədən söhbət edə bilməz. İnstitut direktorlarını təhdid edir. Az keçməmiş isə barışır. Məsələ aydındır. Akademik göstəricisində adamın bir nəfər yetişdirməsi yoxdur. Bu gün mənə BDU-dan məlumat verdilər ki, adamın qızı Kamilə Əliyeva bu universitetdə Psixologiya üzrə Müdafiə Şurasının sədridir və müdafiələrin rus dilində aparılmasını təkid edir. Və bunu şərt kimi qoyur. Dilimizi bilmir axı. Kamilə xanımın dissertasiyasının özünün yazmaması haqqında söhbətlər gəzir. Ramiz Ənvəroviçin 80 yaşlı arvadı Qalina Yuryevna isə Riyaziyyat fakültəsində kafedra müdiri, Müdafiə Şurasının sədridir. Universitet rəhbərliyi onun arvadı və qızına kafedra əvəzinə rezidensiya yaradıb.

Bir sözlə; elm bunların inhisarına verilib. AMEA-nın Rəyasət Heyətinin üzvləri Ramiz Mehdiyevin idarəetmə qabiliyyətini itirməsinə hələlik dözürlər. Ancaq ürəyi dolu olan akademiklər də var və artıq pıçıldaşırlar. Elm isə heç zaman pıçıltını sevməyib”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33