Şənbə, 20 Aprel

Nazarbayevin ömürlük sədrliyi LƏĞV EDİLDİ

image

Qazaxıstan parlamentinin məclisi (aşağı palatası) keçmiş prezident Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyasına (QXA) və ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini ləğv edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.

Xəbər verilir ki, bu barədə deputat Kanat Nurov bildirib.

Onun sözlərinə görə, konstitusiya qanunlarına QXA və Təhlükəsizlik Şurasına sədrliyin qanuni olaraq şəxsiyyətinə görə deyil, vəzifəsinə görə Qazaxıstan Respublikasının Prezidentinə məxsus olması ilə bağlı bütün zəruri düzəlişlər senata göndərilib.

Qeyd edək ki, Nazarbayev QXA rəhbərinin səlahiyyətlərini 2021-ci ildə, Təhlükəsizlik Şurasının sədri postunu isə ölkədə baş verən son kütləvi iğtişaşlar zamanı ölkənin hazırkı prezidenti Kasım-Jomart Tokayevə təhvil verib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20