Angela Merkelə BMT strukturunda iş təklif edilib
Angela Merkelə BMT strukturunda iş təklif edilib
BMT-nin baş katibi Antoniu Quterriş Almaniyanın sabiq kansleri Angela Merkelə qurumda yüksək səviyyəli müşavir postunu təklif edib.
Xəbər verilir ki, DPA agentliyi bu barədə beynəlxalq təşkilatdakı mənbəyə istinadla məlumat yayıb.
Angela Merkel Antoniu Quterrişin təklifinə hələ cavab verməyib. Onun bu təklifi qəbul etməyəcəyi ehtimal olunur.
Qeyd edək ki, 16 il Almaniyanın kansleri vəzifəsində çalışan Angela Merkel beşinci müddətə namizədliyini irəli sürməyib. 2021-ci ildə bu postda onu sosial-demokrat Olaf Şolts əvəz edib.
Aftafa.tv