Cümə, 19 Aprel

Eldar Əzizov və Rafael Mehralıyev ofşor şirkətlər vasitəsilə büdcəni talayır - İDDİA - ŞOK RƏQƏMLƏR

image

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti 02.12.2021-ci il tarixdə 44 ədəd kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması üzrə təkliflər sorğusu elan edib.

Məlumata görə, ötən ilin dekabrın 16-a qədər təkliflər qəbul edilib və bir gün sonra isə təklif konvertləri açılıb. İddiaçıların verdiyi təklif qiymətləri aşağıdakı cədvəldə öz əksini tapıb.

1

“Grand Motors” MMC

10 949 928

2

“UDT-Texnika” MMC

11 630 080

3

Multi Supply Park LLC

18 745 000

4

“ORN GROUP” MMC

18 900 000

5

“METSL AZERBAİJAN” MMC

18 990 000

Dövlət satınalmalar portalında 27.12.2021-ci il tarixdə həmin təkliflər sorğusunun qalibi 18 745 000 manat məbləğlə Multi Supply Park LLC elan edilib. Yuxarıda cədvəldən göründüyü kimi, qalib elan edilən şirkət ən aşağı təklif vermiş 1-ci şirkətdən (Grand Motors MMC) 7.8 milyon, ikinci şirkətdən isə 7,1 milyon manat daha çox məbləğlə qalib elan edilib. Aşağı təklfi verən şirkətlər sünu olaraq kənarlaşdırılaraq, qalib Rafael Mehralıyevə məxsus ofşor şirkət elan edilib.

 

Satınalan təşkilatın adı

Qalibin adı

Qalibin VÖENİ

Malların (işlərin/xidmətlərin) adı

Musabiqənin adı

Məbləğ

Dərc edilmə tarixi

Başlama tarixi

Bitmə tarixi

1

BAKI ŞƏHƏR MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI DEPARTAMENTİ

“Multi Supply Park” LLC

412744133

Kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması

Kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması

18 745 000 AZN

27.12.2021

22.12.2021

19.12.2022

Multi Supply Park LLC – Gürcüstan Ədliyyə Nazirliyini hüquqi şəxslər reyestrindən 412744133 (Dövlət satınalmar portalında VÖEN kimi qeyd edilib) identifikasiya nömrəsilə axtarış etsək aşağıda göstərilən sənədi tapırıq.  

B21125605 (napr.gov.ge)

Sənəddə qeyd edildiyi kimi Multi Supply Park LLC Gürcüstanda Azad İqtisadi Zonada qeydiyyatdan keçmiş ofşor şirkətdir. Qeydiyyat sənədlərinə əsasən şirkətin sahibi və direktoru Samir İbadullayev adlı şəxsdir. Mənzil Kommunal Təsərrüfat Departamentinin işçilərinin bildirdiklərinə görə, bu şirkətin faktiki sahibi Rafael Mehralıyevdir. Samir İbadullayev isə Rafael Mehralıyevin yaxın adamıdır. Rafael Mehralıyev Samir İbadullayev adına olan şirkətlər vasitəsilə tez tez pul nağdlaşdirma əməliyyatları edir.  

Yeri gəlmişkən, mediada Mənzil-Kommunal Təsərrüfatı Departament rəhbəri afael Mehralıyev tender maxinasiyaları, biznesi haqda kifayət qədər faktlar açıqlanıb.

Rafael Mehralıyev

Şirkətlə bağlı digər bütün sənədləri isə növbəti səhifədən əldə etmək olar.

Registry of entrepreneurial and non-entrepreneurial (non-commercial) legal entities (reestri.gov.ge)

Dövlət satınalmalar saytında nəzər yetirsək, görərik ki, 2020 və 2021-ci illərdə Bakı Şəhər Mənzil Kommunal Departamentinin müxtəlif qurumları  “AZ-TEX-IMPORT” MMC-dən (VÖEN 2004502101) 4 milyon manatda yuxarı məbləğdə Nəqliyyat və xüsusi texnikaların satınalınmasına dair 5 müqavilə imzalamışdır.

 

Satınalan təşkilatın adı

Qalibin adı

Qalibin VÖENİ

Malların (işlərin/xidmətlərin) adı

Musabiqənin adı

Məbləğ

Dərc edilmə tarixi

Başlama tarixi

Bitmə tarixi

1

BAKI ŞƏHƏR FƏVVARƏLƏRİN İSTİSMARI İDARƏSİ

“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti

2004502101

Nəqliyyat və xüsusi texnikaların satınalınması

Nəqliyyat və xüsusi texnikaların satınalınması

                  967 775,82

18.02.2021

15.01.2021

15.04.2021

2

MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ

“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti

2004502101

Nəqliyyat və xüsusi texnikaların satınalınması

Nəqliyyat və xüsusi texnikaların satınalınması

                  980 914,00

15.02.2021

04.01.2021

04.04.2021

3

BAKI ŞƏHƏR MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI DEPARTAMENTİNİN 3 SAYLI XÜSUSİ TƏYİNATLI MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ

“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti

2004502101

Nəqliyyat və xüsusi texnikaların satınalınması

Nəqliyyat və xüsusi texnikaların satınalınması

                  912 820,00

15.02.2021

12.01.2021

12.04.2021

4

XƏZƏR RAYON MƏNZİL- KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ

“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti

2004502101

Nəqliyyat və xüsusi texnikaların satınalınması

Nəqliyyat və xüsusi texnikaların satınalınması

                  158 120,00

09.12.2020

08.12.2020

27.02.2021

5

BAKI ŞƏHƏR MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI DEPARTAMENTİ

“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti

2004502101

Nəqliyyat və xüsusi texnikaların satınalınması

Nəqliyyat və xüsusi texnikaların satınalınması

                  988 722,00

04.12.2020

05.02.2021

06.05.2021

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin saytından məlum olur ki, elə həmin AZ-TEX-IMPORT MMC-nin də qanuni təmsilçisi Rəfael Mehralıyevin yaxın adamı Samir İbadullayevdir.

 

Kommersiya qurumunun adı

VÖEN

Vergi uçotu orqanının adı

Təşkilati-hüquqi forması

Hüquqi ünvanı

Nizamnamə kapitalı

Maliyyə ili

Qanuni təmsilçi

Dövlət qeydiyyatına alındığı tarix

Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi

“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti

2004502101

2 saylı Ərazi Vergilər Baş İdarəsi

Məhdud məsuliyyətli cəmiyyət

AZ1142, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, TELNOV, ev 2347/48, m. 290

226010.00 AZN

01.01 – 31.12

SAMİR İBADULLAYEV SAHİB OĞLU

19.07.2017

17.11.2020

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və cavabdeh şəxslərindən məsələyə münasibət öyrənə bilmədik. Bütün cəhdlərimizə baxmayaraq, qarşı tərəfin mövqeyini almaq mümkün olmadığı üçün məlumat birtərəfli qaydada işıqlandırılır. Bütün hallarda qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq./KONKRET.az/

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20