Cümə, 17 May

Nanə Anar Ağakişiyevə görə ATV-dən gedir?

image

Aparıcı Nanə Ağamalıyevanın uzun illərdir çalışdığı “Azad Azərbaycan” (ATV) telekanalı ilə yollarını ayırdığı iddia olunur.

Əldə etdiyimiz məlumata görə, aparıcı şirkətdə vəzifəyə gətirilən stilist Anar Ağakişiyevlə aralarında yaranan fikir ayrılığı səbəbindən “Günün sədası” verilişinin  ötəngünkü canlı efirindən sonra əşyalarını toplayıb və ATV-dən gedib.

Belə ki, A.Ağakişiyevə telekanalın efirinə çıxan aparıcıların saç və makiyajına nəzarət etməsi tapşırılıb. Rəhbərlik isə əməkdaşlarına bildirib ki, stilistin fikri ilə razılaşmayanlar işdən çıxa bilər. N.Ağamalıyevanın da gedişi bununla əlaqəlidir.

Bu gün isə ATV-də saat 15:00-a kimi profilaktika olduğundan aparıcı efirə çıxmayıb. Onun sabahkı efirə gəlib-gəlməyəcəyi isə sual altındadır.

Telekanalın mətbuat katibi Ozal İbrahimli açıqlamasında yayılan məlumatın əsassız olduğunu bildirib.

N.Ağamalıyevanın özü ilə əlaqə saxlamağa çalışsaq da, nömrəsinə zəng çatmayıb, A.Ağakişiyev isə zənglərimizi cavabsız qoyub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41