Cümə, 17 May

“İğtişaşlar peşəkarlar tərəfindən planlaşdırılıb” - Tokayev

image

“Qazaxıstanda iğtişaşlar peşəkarlar tərəfindən planlaşdırılıb və hakimiyyət dinc nümayişçilərə qarşı güc tətbiq etməyib”.

Xəbər verilir ki, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev deyib.

Onun sözlərinə görə, iğtişaşlardan sonra çoxlu sayda silahlılar Almatını tərk edərək qonşu respublikalara gediblər.

Xatırladaq ki, yanvar ayının əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. İğtişaş iştirakçıları polis əməkdaşlarına və hərbçilərə hücum edib. Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Ölkədəki vəziyyəti yanvarın 7-si sabitləşdirmək mümkün olub. Yanvarın 19-u isə bütün ölkə üzrə tətbiq edilən fövqəladə vəziyyət rejimi başa çatıb. Ölkə rəhbərliyinin məlumatına görə, iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4500-dən çox insan isə xəsarət alıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58