Bazar, 19 May

Ukraynada müharibə olsa Yaponiya Avropaya sıxılmış qaz göndərəcək

image

Yaponiya hökuməti Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə, Avropaya sıxılmış təbii qazın göndərilməsi barədə qərar qəbul edib.

Xəbər verilir ki, bu barədə NHK telekanalı hökumətdəki mənbələrə istinadla məlumata yayıb. Hələlik vəziyyət gərginləşdiyi zaman göndəriləcək qazın vaxtı və həcmi barədə məlumat verilmir. Həmçinin bu zaman Yaponiyanın öz strateji ehtiyatlarından və ya üçüncü ölkədən müqavilə əsasında alınan təbii sıxılmış qazdan istifadə ediləcəyi bildirilmir.

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiuda ötən həftə bildirib ki, Yaponiyanın Avropa İttifaqı (Aİ) ölkələrinə qaz göndərməsi barədə qərarı əhalinin həyat şəraitinə mənfi təsir göstərməməlidir. Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno isə öz növbəsində qeyd edib ki, ölkənin enerji şirkətlərinin təbii sıxılmış qaz ehtiyatları yalnız 2-3 həftənin tələbatını ödəyə bilər.

Bu ərəfədə “Bloomberg” agentliyi ABŞ və Aİ ölkələrinin nümayəndələrinin bir sıra Asiya ölkələrinə, o cümlədən Yaponiya, Cənubi Koreya və Hindistana müraciət edərək Ukraynada vəziyyət gərginləşəcəyi halda Avropanın qaz təchizatına yardım göstərməyi xahiş etmələri barədə məlumat yayıb. Yaponiya KİV-i isə bu zaman söhbətin Yaponiyanın uzunmüddətli müqavilələr əsasında aldığı qazın bir hissəsinin Avropaya göndərilməsindən getdiyini bildirir.

Qeyd edək ki, Yaponiya dünyanın ən böyük həcmdə qaz idxal edən ölkələrindən biri olsa da, onun ixracı ilə məşğul deyil.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41