Şənbə, 20 Aprel

Eyvaz Qurbanovun cinayət əməlləri – FAKTLAR

image

Son illərdə həyata keçirilən anti-korrupsiya əməliyyatları çərçivəsində bəzi icra başçıları külli miqdarda korrupsiya və dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsinə görə həbs edilib. Lakin həbs olunan bir neçə icra başçısı heç də korrupsiya və mənimsəmə hallarının sona çatması demək deyil. Bir çox icra başçılarının korrupsiya və yeyinti əməlləri  haqqında mətbuatda dəfələrlə məlumatlar paylaşılsa da, həbs sırası hələ ki, onlara gəlib çatmayıb.

Öz korrupsiya əməlləri və büdcədən ayrılan vəsaitləri mənimsəməsi ilə uzun müddətdir ki, gündəmdə olan icra başçılarından biri də Oğuz rayonunun icra başçısı Eyvaz Qurbanovdur. Eyvaz Qurbanov həm də özünəməxsus “korrupsiya metodu” ilə fərqlənən məmurlardan hesab olunur.

Belə ki, 2011-ci ildə Oğuza icra başçısı təyin olunan Eyvaz Qurbanov keçmiş sələfindən fərqli olaraq rayonun abadlaşdırılması tikinti lahiyyələrinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atıb. Ancaq görülən bu “adablıq” işləri icra başçısının əsas fəaliyyətini gizlətmək üçün istifadə etdiyi metodika olduğu müəyyənləşib. Həyata keçirilən bu lahiyyələrdə böyük həcmdə dövlət vəsaitinin mənimsənildiyi qeyd olunur.

Eyvaz Qurbanovun yeni mənimsəmə metodları

Təkcə son illər ərzində Oğuzun abadlıq işlərinə 2 milyon manat vəsait ayrılıb ki, bu pullar da 2 MMC-nin - "Rövşən Oğuz Qrup” və "Uğan” MMC-nin gördüyü işlərə xərclənib. Hər iki MMC rayonun icra başçısına yaxın şəxslər tərəfindən idarə olunur. "Rövşən Oğuz Qrup”un sahibi Hafiz Mustafayevin icra başçısı Eyvaz Qurbanovla yaxın dostluq münasibətinin olduğu bildirilir. "Uğan” MMC-nin isə Oğuz rayonunun Maliyyə Şöbəsinin keçmiş rəisi Əmir Əliyevə məsus olduğu qeyd edilir.  

Qeyd edək ki, Əmir Əliyev vəzifədə olduğu vaxt Oğuz rayonunda aparılan yoxlamalar zamanı böyük maliyyə pozuntuları səbəbindən rayonun təhsil şöbəsi, Dövlət Sosial Müdafiə Fondu və digər qurumlarında bir neçə vəzifəli şəxs işdən azad edilib, hətta həbs edilənlər də olub.

Lakin bütün bunlar yeyinti mexanizminin görünən tərəfləridir. Əslində isə “Rövşən Oğuz Qrup” şirkətinin əsas payçısı və eyni zamanda şirkətin fəaliyyətini təmin edən əsas şəxs məhz Eyvaz Qurbanovdur. Eyni zamanda Oğuzda yerləşən “Afra Hotel” məhz bu şirkətə, dolayısı ilə Eyvaz Qurbanova məxsusdur. İcra başçılarının kommersiya fəaliyyəti həyata keçirməsi qanunla qadağan olunmasına baxmayaraq Eyvaz Qurbanov bu istiqamətdəki fəaliyyətini gizlətməyə belə ehtiyac duymur.

Eyvaz Qurbanovun tikinti sektorundakı mənimsəmə faktları

Oğuzdakı bütün tikintilər məhz adı çəkilən bu iki şirkət tərəfindən həyata keçirilir. Ən böyük maliyyə maxinasiyaları da məhz bu tikinti layihələri zamanı həyata keçirilir. Bu cür maxinasiyalardan biri rayonun daxili büdcəsindən maliyyələşdirilən “Bayraq meydanı”-nın tikilməsində həyata keçirilib. "Rövşən Oğuz Qrup" MMC tərəfindən inşa edilən həmin meydan artıq bir dəfə sökülərək, yenidən qurulub. Meydanın əsaslı təmiri nəzərdə tutulsa da, sadəcə kosmetik dəyişikliklər edilib və tikinti üçün ayrılan 289 min manat vəsait isə təyinatı üzrə xərclənməyib. 

Rayonun daxili yollarının yenilənməsi məqsədi ilə ayrılan 742 min manat vəsait də təyinatı üzrə xərclənməyib. Yolların tikintisini həyata keçirilməsi isə Eyvaz Qurbanovun nəzarətində olan “Rövşən Oğuz Qrup” şirkətinə tapşırılıb. Hazırda Oğuzda rayon daxili yolların vəziyyəti bərbaddır, ayrılan vəsaitdən isə heç bir xəbər-etər yoxdur.

Digər bir fakt isə son iki ildə rayon Suvarma Sisitemləri idarəsinə 500 min manata yaxın vəsait ayrılması ilə bağlıdır. Məlumatlara görə, həmin vəsaitlər texnikalara ehtiyyat hissələrinin, tikinti materiallarının, elektirik və digər maşın avadanlıqlarının alınmasına, eyni zamanda su nasoslarının  cari təmirinə xərcləndiyi qeyd olunub. Lakin avadanlıqların alınması üçün sənədləşdirmələrdə ciddi şişirtmələrə yol verilərək ayrılan vəsaitin bir hissəsi mənimsənilib.

Bütün bu mənimsəmə işlərini icra başçısı öz yaxın adamları vasitəsilə örtbasdır etməyə müvəffəq olub. Belə ki, rayonda büdcədən ayrılan dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət etməli olan maliyyə rəisi Elşad Yusifov Eyvaz Qurbanovun qudasıdır.

İcra başçısının korrupsiya şəbəkəsi

Oğuzun icra başçısı Eyvaz Qurbanova məxsus şirkətlər oxşar fəaliyyətləri təkcə Oğuzda həyata keçirməyib. Bu şirkətlər Oğuzla yanaşı Yevlaxa rayonunda da bina tikinti layihələrinin həyata keçirilməsində əsas rol oynayıb. Elmar Vəliyev Gəncə şəhər icra hakimi vəzifəsində olduğu vaxtlarda şirkət Gəncənin su kanalizasiya sisteminin yenidən qurulması və Gəncə Flarmoniyasının tikintisi kimi tenderlərin də qalibi olub. “Rövşən Oğuz Qrup” şirkəti eyni zamanda BP-nın Azərbaycandakı layihələrin əsas icraçılarındandır. Eyvaz Qurbanovun Oğuzdakı oxşar layihələrin həyata keçirilməsində də yeyinti və maxinasiyalara yol verib.

2019-cu ildə Yevlaxın icra başçısı Qoca Səmədovun həbs olunmasından sonra Eyvaz Qurbanovun da başı dərdə girib. Belə ki, Qoca Səmədovun korrupsiya əməlləri ilə yanaşı  Yevlaxda icra olunan tikinti maxinasiyalarının da üstü açılıb. Bu istiqamətdə işləri həyata keçirən şirkətlərin Eyvaz Qurbanova məxsus olması isə Oğuzun icra başçısını birbaşa hədəfə çevirib. 

Hazırda Eyvaz Qurbanovun korrupsiya və mənimsəmə fəaliyyətləri üzrə hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. Eyvaz Qurbanovun oxşar cinayət əməlləri tərəfimizdən davamlı olaraq nəzarətdə saxlanılır.
 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20